Türkiyənin Van əyalətinin Çaldıran rayonunda PKK terrorçularının törətdiyi partlayış nəticəsində 5 hərbçi həlak olub, üçü yaralanıb
APA-nn “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, yol kənarına quraşdırılan kustar üsulla hazırlanmış partlayıcı qurğu hərbi maşın keçən an işə salınıb.
İnsidentin baş verdiyi ərazidə hazırda Hərbi-Hava Qüvvələrinin dəstəyi ilə terrorçuların müəyyən olunaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilir.
pia.az