Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatı zamanı 260 terrorçunu məhv ediblər
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının çərşənbə axşamı yaydığı bəyanatda deyilir.
“Son məlumatlara görə, əməliyyat zamanı PYD/ YPG, PKK və İŞİD qruplaşmalarının azı 260 yaraqlısı məhv edilib”, – deyə bəyanatda qeyd olunur.
pia.az