Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə məcburən Suriyada Rusiya təyyarələrini vuracaq?


Politoloq: “Rakkadan sonra bütün diqqətlər neft bölgəsi olan Deyr ez Zor, Mayadin və Abukəmal ərazisinə yönələcək. Beləliklə, Suriyada savaş yeni mərhələyə qədəm qoymaqdadır”.


“İŞİD məğlub olmaq üzrədir və geri alınmış torpaqlarda ağalıq üstündə mübarizə daha da kəskinləşib. Tərəflər onu da bilirlər ki, onlar ayrı-ayrılıqda  sabit Suriya qura bilməyəcəklər”.

Bu sözləri politoloq Zaur Məmmədov Türkiyəli hərbi ekspert Kərəm İldırımın Suriyada ABŞ-Rusiya müharibəsinin başlana biləcəyi ehtimalını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Ötən həftə beynəlxalq terror təşkilatı İŞİD-in özünə paytaxt elan elədiyi Rakka üzərində Suriya hərbi təyyarəsi ABŞ tərəfindən vurulduqdan sonra Rusiya Müdafiə Nazirliyi bundan sonra Rusiya zonasına girən bütün təyyarələri “tutacağını” bəyan eləmişdi. Qərb mətbuatı isə bunu Rusiya tərəfindən NATO təyyarələrinin vurulacağı kimi dəyərləndirib. Ağ Evdən isə Rusiyanın bu təhdidinə qarşı bildirilib ki, ABŞ öz maraqlarının müdafiəsi üçün hər şeyi edəcək. 

Bu barədə mətbuata açıqlama verən Türkiyəli hərbi ekspert Kərəm İldırım  bildirib ki, Tramp ABŞ daxilində öz reytinqini qaldırmaq üçün Suriyada vəziyyəti bilərəkdən gərginləşdirir və buna görə də Suriya ordusuna zərbələr endirir. Tramp adminstrasiyasının Bəşər Əsədi müdafiə edən və Vaşinqtonun Suriya ilə bağlı planlarını pozan Rusiyanın bu yolla səbrinin həddini yoxladığını qeyd edən hərbi ekspertin fikrincə, Türkiyənin sərhədlərində, Suriyada ABŞ-Rusiya müharibəsinin başlanması istisna olunmur. Türkiyəli hərbi ekspert vurğulayıb ki, bu halda NATO üzvü olan Türkiyə hərbi alyans qarşısında öz öhdəliklərini yerinə gətirmək üçün məcburən Rusiya təyyarələrini vuracaq, rus hərbiçilərini öldürəcək. Kərəm İldırımın sözlərinə görə Tramp adminstrasiyası məhz daxili problemlərdən qaçmaq üçün Suriyada böyük müharibə hazırlığı içindədir və Suriya problemini tamamilə unutduracaq olan bu böyük savaş bütün Yaxın Şərqi öz alovları içində yandıracaq ki, bu da Türkiyənin bölgədəki maraqlarına tamamilə ziddir.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədovun fikirlərini öyrənib.

Картинки по запросу zaur məmmədov politoloq

Zaur Məmmədov: “İŞİD terror qruplaşması sıxıldıqca böyük güclər daha da həyacanlanaraq bir- birini arenadan çıxarmaq istəyirlər”.


Dünyanın qlobal təhlükəsizliyi baxımından ABŞ-Rusiya müharibəsinin mümkünsüz olduğunu vurğulayan politoloq Zaur Məmmədova görə, sadəcə olaraq indiki gedişatlar Suriyada savaşın yeni mərhələyə keçməsinə işarədir:

“Son günlər Rakka və ümumillikdə Suriyada aləm yenə də bir-birinə dəyib. ABŞ, Rusiyaİran öz maraqlarından çıxış edərək Suriyada bir-birinə qarşı mübarizədə daha da prinsipiallıq nümayiş etdirirlər. Çünki İŞİD məğlub olmaq üzrədir və geri alınmış torpaqlarda ağalıq üstündə mübarizə daha da kəskinləşib. Tərəflər onu da bilirlər ki, onlar ayrı-ayrılıqda  sabit Suriya qura bilməyəcəklər. Bazar ertəsi günü ABŞRusiya arasında okeanın o tayının ordusu tərəfindən vurulan Suriya  təyyarəsi tərəflər arasında ciddi söz atışmalarına gətirib çıxarıb. Lakin ABŞRusiya arasında  birbaşa müharibəni istisna edirəm. Bu,  mümkün deyil. Digər tərəfdən isə, tərəflər arasında müharibə üçüncü ölkələr vasitəsilə həyata keçirilir. 

Zaur Məmmədov: “ABŞRusiya arasında olan qarşıdurma həm Bakı, həm də Ankara üçün əlverişlidir”.


ABŞRusiya arasında olan qarşıdurmanın Azərbaycan və Türkiyəyə təsirinə gəlincə, tərəflər arasında münaqişənin olması həm Bakı, həm də Ankara üçün əlverişlidir. ABŞRusiyanın ortaq mövqedən çıxış etməsi regionda bir çox problemlərə gətirib  çıxara bilər. İŞİD terror qruplaşması sıxıldıqca böyük güclər daha da həyacanlanaraq bir- birini arenadan çıxarmaq istəyirlər. İndi Suriyada strateji əhəmiyyətli bölgələr uğrunda Rusiya, ABŞİran arasında mübarizə gedir. İranRusiya ABŞ-a təslim olmaq iqtidarında deyilllər. Rakkadan sonra bütün diqqətlər neft bölgəsi olan Deyr ez Zor, Mayadin və Abukəmal ərazisinə yönələcək. Bu həftə  İran Suriya müharibəsi başlayandan ilk dəfədir ki, ölkədən ölkəyə ballistik raket  atdı.  Beləliklə, Suriyada savaş yeni mərhələyə qədəm qoymaqdadır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar