Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə hansı tərəfi seçəcək? - ABŞ-ımı, yoxsa Rusiyanımı?


Şahin Cəfərli: “Türkiyə ilə ABŞ və Avropa arasında münasibətlərin soyuması, Türkiyənin Qərbdən qopması Moskvaya sərfəlidir”


“Ankara Moskva ilə əməkdaşlığı davam etdirməklə birlikdə hal-hazırda ABŞ-la bərabər addımlamaqda daha istəkli görünür”.

Bu sözləri politoloq Şahin Cəfərli mayın əvvəlində Ərdoğanın Putinlə Soçidə nəzərdə tutlan görüşünü şərh edərkən bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanRusiya prezidenti Vladimir Putinin mayın 3-də Soçidə görüşəcəyi məlum olub. Bu barədə məlumat verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, əsas müzakirə mövzusu Suriya olacaq. 

Qeyd edək ki, Suriya məsələsində Türkiyənin manevr etmək imkanları tükənir. Əsasən həm Rusiyanın, həm də ABŞ-ın Suriya kürdlərinin silahlı qüvvələri olan PYD-YPG-yə veridikləri siyasi və hərbi dəstək Ankaranı özündən çıxarır. Xatırladaq ki, rəsmi Ankara Suriya kürdlərinin silahlı qüvvələri olan PYD-YPG-ni PKK-nın Suriya qolu olan terror təşkilatı hesab edir PYD-YPG-nin danışıqlarda iştirakını qətiyyətlə rədd edir. Məhz PYD-YPG probleminin həlli üçün Türkiyə həm Rusiya ilə, həm də ABŞ-la bu məsələ ətrafında razılığa gəlmək üçün əməkdalığa gedir. Elə son zamanlar Türkiyənin Suriyada Rusiya ilə əməkdaşlığının əsasını məhz ABŞ-ın PYD-YPG-yə verdiyi dəstəyə qarşı idi. Lakin bir neçə ay əvvəl Rusiyanın yenidən PYD-YPG-ya dəstək verməyə başlaması Ankaranın Suriya siyasətini dalana dirəyib. Məhz bu səbəbdən “Fərat qalxanı” əməliyyatına son verən Türkiyə indi PYD-YPG-yə qarşı ABŞ prezidenti Donald Tramlaanlaşmağa cəhd edir. Elə Ərdoğanın Trampla son telefon danışığında iki lider Suriya məsələsində əlbir hərəkət etmək barədə razılığa gəliblər. Bu da təbii olaraq Rusiyada narahatlıqla qarşılanmaqdadır. Lakin məsələ ondadır ki, artıq Ankaranın həm Vaşinqtonu, həm də Moskvanı yola vermək və eyni zamanda PYD-YPG müşkülünüi həll etmək üçün  imkanları azalır. 

Türkiyə əvvəl-axır bu iki güc arasında seçim etməyə məcbur olacaq. Putinin də məqsədi bu seçimin Rusiyadan yana olmasıdır. Rusiyanın əsas məqsədi NATO və Qərb blokunu Türkiyənin vasitəsilə sarsıtmaq və böhrana salmaqdır. Əgər Putin, Türkiyəni NATO-dan uzaqlaşdırmağı bacarsa, bu Rusiya üçün böyük uğur sayılar. Rusiya, Qərb blokunu struktur böhranına sürükləmək istəyir. Ərdoğan da bu blokun əsasını təşkil edən Avropa İttifaqına və ABŞ-a meydan oxumaqda davam edir. Yəni Rusiyanın görmək istədiyini edir. Mövcud vəziyyət Moskva üçün göydəndüşmə bir fürsətdir. Rusiyanın əli güclənir, ancaq tamamilə duyğusal hərəkət edən Türkiyə xarici siyasəti müşkülə düşür.

Türkiyə prezident Rəcəb Tayyib ƏrdoğanRusiya prezidenti Vladimir Putinin 3 mayda Soçidə olacaq görüşünü və bu görüşdə əsas müzakirə ediləcək Suriya məsələsi ilə bağlı politoloq Şahin Cəfərli PİA.AZ-ın əməkdaşının suallarını cavablandırıb.


Картинки по запросу Şahin Cəfərli


Şahin Cəfərli: “Suriya-İraq məsələlərində Tramp Türkiyənin maraqlarını müəyyən qədər nəzərə alacaq”.


PİA.AZ siyasi şərhçi, politoloq Şahin Cəfərlinin gündəm mövzu ilə bağlı müsahibəsini oxucularının diqqətinə çatdırır:

- Şahin bəy, Rusiya və Türkiyənin daha əvvəl uğursuz olan Suriya əməkdaşlığı yenidən bərpa oluna bilərmi? 

- Rusiya və Türkiyənin Suriya məsələsində əməkdaşlığı qırılmayıb. Astana formatı hələ qalır. Sadəcə olaraq, geosiyasi reallıqların dəyişməsi ilə paralel olaraq bu əməkdaşlıq bəzən intensivləşir, bəzən isə zəifləyir. 
Bir müddətdir, iki ölkə münasibətlərində problemlər yenidən ön plana çıxıb. Tərəflər sanksiya dili ilə danışır. Məlumdur ki, Rusiya Türkiyə aqrar sektorunun əsas ixrac məhsulu olan pomidorun, eləcə də bəzi digər tərəvəzlərin bu ölkədən idxalını bərpa etmədi. Türkiyə isə buna cavab olaraq Rusiyadan buğda başda olmaqla, taxıl məhsulları idxalına 100% gömrük rüsumu təyin etdi. Rusiya öz növbəsində yeni sanksiya tədbiri kimi Türkiyəyə çarter uçuşlarını dayandıra biləcəyini açıqladı. Bu, ABŞ-ın Əsəd rejiminə aid aviabazaya raket zərbələrinə fəal dəstək verən, ümumiyyətlə, Vaşinqtonla daha yaxın işbirliyinə hazır olduğunu nümayiş etdirən Ankaraya xəbərdarlıq idi.

- İki ölkə arasında Suriya ətrafında  anlaşmanın olması daha çox Türkiyəninmi işinə yarayır, yoxsa bu məsələdə daha çox Rusiya təşəbbüslə çıxış edir?

- Əslində Vaşinqtona meyllənməsinə baxmayaraq, Türkiyə Suriya məsələsində Rusiya ilə dialoqunu kəsmək istəmir. Çünki Tramp administrasiyasının PYD-YPG məsələsi, eləcə də Suriyanın gələcəyi ilə bağlı mövqeyi hələ ki, aydın deyil. Tramp hakimiyyətə gəldikdən bir neçə gün sonra Pentaqon Suriya kürdlərinə ən yeni texnika və silah göndərdi. Lakin Ağ Evdən Ankaraya pozitiv siqnallar da gəlməkdədir. Referendumdan sonra Trampın Ərdoğana telefon açması Ankarada yüksək qiymətləndirilir. İki prezident NATO sammiti ərəfəsində, mayın 16-17-də görüşəcək. Bu görüş Türkiyə-ABŞ münasibətlərində çox önəmli olacaq və münasibətlərin inkişafı üçün yol xəritəsi bu görüşdə çiziləcək.

Rusiyanın mövqeyinə gəldikdə isə, Moskvanın bilavasitə Suriya məsələsində Türkiyəyə çox böyük ehtiyacından söz açmaq doğru olmazdı. Sadəcə olaraq, Moskva əvvəla, bu məsələdə təklənmiş, tərəfdaşları azalmış ölkə görüntüsü vermək istəmir və bu baxımdan Ankara ilə əməkdaşlıqda maraqlıdır. İkincisi də, Rusiya NATO-nun və ümumən Qərb blokunun daxilində gərginliyin, əgər mümkündürsə, bölünmənin olmasını istəyir, bu səbəblə, Türkiyə ilə ABŞAvropa arasında münasibətlərin soyuması, Türkiyənin Qərbdən qopması Moskvaya sərfəlidir. Ona görə də, Rusiya Türkiyə ilə arasındakı problemlərə baxmayaraq, bu ölkə ilə əlaqələrinin davam etməsində maraqlıdır.

Şahin Cəfərli: “ABŞ-ın Suriyada PYD-YPG ilə əməkdaşlıqdan imtina edəcəyinə inanmıram”.


- Suriya məsələsində Ərdoğan Tramp və ya Putini seçmək məcburiyyətində qala bilərmi və sizin fikrinizcə hansısa birini seçərsə Türkiyənin Suriyadakı varlığına bu seçim necə təsir edə bilər?

- Türkiyənin seçiminə gəldikdə, zaman-zaman Ankarada Vaşinqtonun ünvanına səslənən tənqidlərə, iqtidar mediasının anti-Amerika təbliğatına baxmayaraq, prezident Ərdoğan ABŞ-la körpülərin yandırılmasını istəmir. Əksinə, Suriya məsələsi başda olmaqla, bir çox məsələdə Vaşinqtonla birlikdə hərəkət etmək, Türkiyənin mənafelərinin ABŞ tərəfindən nəzərə alınmasına nail olmaq hazırkı mərhələdə onun üçün prioritetdir. Ərdoğan Donald Trampın son telefon zəngindən məmnun qalıb və tərəflər ikitərəfli görüş zamanı gündəmdəki məsələlərin konkret müzakirəsinə başlayacaqlar. Bu görüşdən əvvəl isə Ərdoğan Putinlə bir araya gələcək. Bu, Türkiyə tərəfindən uğurlu diplomatik gedişdir, çünki Trampa bir növ mesaj verilir ki, bizim əlimizdə Rusiya alternativi də var və siz Türkiyəni itirə bilərsiniz. 

Bu səbəblə, hesab edirəm ki, Suriya-İraq məsələlərində Tramp Türkiyənin maraqlarını müəyyən qədər nəzərə alacaq. Çünki açıq görünür ki, ABŞ tərəfi də Türkiyə kimi müttəfiqi itirmək istəmir. Mən ABŞ-ın Suriyada PYD-YPG ilə əməkdaşlıqdan imtina edəcəyinə inanmıram. Amma ola bilsin, Fətullah Gülən məsələsində bəzi addımların müqabilində (məsələn, Gülənin ABŞ-dan çıxarılaraq Kanadaya göndərilməsi) ABŞ Türkiyədən PYD-YPG ilə bağlı sərt mövqeyini yumşaltmasını istəyə bilər. Başqa bir siyasi alver mövzusu Rza Zərrab məsələsidir. ABŞ tərəfi R.Zərrabın istintaq və məhkəmə prosesinin Türkiyə rəhbərliyi əleyhinə yönəlməsini əngəlləməyin əvəzində Ankaradan güzəştlər qopara bilər.

Şahin Cəfərli: “Suriya məsələsində Ankara-Vaşinqton əməkdaşlığı konstruktiv təməllər üzərində davam edəcək”.


- Sizcə bu durumda Suriyadakı kürd probleminin həlli üçün Türkiyə ABŞ-la, yoxsaccRusiya ilə əməkdaşlıq etsə, daha uğurlu olar?

- Əgər kürd məsələsində mövqelər uzlaşdırılarsa, hesab edirəm ki, Suriya məsələsində Ankara-Vaşinqton əməkdaşlığı konstruktiv təməllər üzərində davam edəcək. Rusiya ilə Türkiyə arasında isə Suriyanın gələcəyi ilə əlaqədar ciddi fikir ayrılıqları var. Ankara Moskva ilə əməkdaşlığı davam etdirməklə birlikdə hal-hazırda ABŞ-la bərabər addımlamaqda daha istəkli görünür.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar