Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə gözlənilmədən niyə “Fərat Qalxanı” əməliyyatını bitirdi?


“Türkiyənin gözlənilmədən Suriyada “Fərat Qalxanı” əməliyyatını bitirməkdə əsas məqsədi həm ABŞ, həm də Rusiya ilə hərbi əməliyyatlar çərçivəsində üz-üzə gəlməməkdir”


“İŞİD-dən azad yaşayış məntəqələrinin kürdlərin nəzarəti altına keçməsi təhlükəsi həmişə var”.

Bu sözləri Böyük Birlik Partiyasının sədri, deputat Fazil Mustafa Türkiyənin gözlənilmədən Suriyada “Fərat Qalxanı” əməliyyatını bitirmək haqqında qərarın PİA.AZ-a şərh edərkən deyib. 

Xəbər verdiyimiz kimi Türkiyə gözlənilmədən Suriyada “Fərat Qalxanı” əməliyyatını bitirmək haqqında qərar verib. Türkiyənin baş naziri Binali Yıldırım “Fərat qalxanı” əməliyyatının başa çatdığını təsdiqləyib. “İki min kvadrat kilometrdən çox ərazi terrorçulardan azad edilib. Hazırda orada “Azad Suriya Ordusu” yerləşib. "Fərat qalxanı" əməliyyatı başa çatıb. Lakin gələcəkdə təhdidlər baş versə yeni adla yeni əməliyyata başlanıla bilər”, - deyə Binalı Yıldırım vurğulayıb. Halbuki daha əvvə prezident Rəcəb Tayyip Ərdoğan “Fərat Qalxanı” əməliyyatının Rakkada bitəcəyini söyləyirdi. Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il, avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı.

Türkiyənin belə gözlənilməz qərar almasında səbəb nə ola bilər. Türkiyə ilə Rusiya arasında Suriyada yenidən gərginliyin yaşanması, yoxsa Qərb koalisiyyasının Türkiyəni Rakka əməliyyatından kənarda saxlaması? Ümumiyyətlə bundan sonra Türkiyənin Suriyada hansı siyasət yürüdəcəyini gözləmək olar və İŞİD-dən azad yaşayış məntəqələrinin kürdlərin nəzarəti altına keçməsi təhlükəsi varmı?

Mövzu ilə bağlı Böyük Birlik Partiyasının sədri, deputat Fazil Mustafa öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Related image

Fazil Mustafa: “Həm ABŞ, həm də Rusiya qapalı şəkildə bir-biri ilə razılaşaraq, Türkiyəyə qarşı hansısa addımlar ata bilərlər”.


Böyük Birlik Partiyasının sədri qeyd edib ki, ABŞRusiya tərəfindən gələcək təhlükəni önləmək üçün Türkiyənin imkanları yoxdur. Buna görə də Türkiyə müəyyən dərəcədə sərhədlərin təhlükəsizliyini təmin edəndən sonra “Fərat Qalxanı” əməliyyatını bitirmək qərarına gəldi:

“Türkiyənin gözlənilmədən Suriyada “Fərat Qalxanı” əməliyyatını bitirməkdə əsas məqsədi həm ABŞ, həm də Rusiya ilə hərbi əməliyyatlar çərçivəsində üz-üzə gəlməməkdir. Türkiyə də buna risk etmir. Çünki Türkiyə minumum hədəfləri həll edəndən sonra düşündü ki, artıq həm ABŞ, həm də Rusiya qapalı şəkildə bir-biri ilə razılaşaraq, Türkiyəyə qarşı hansısa addımlar ata bilərlər. ABŞRusiya tərəfindən gələcək bu təhlükəni önləmək üçün Türkiyənin imkanları yoxdur. Buna görə də Türkiyə müəyyən dərəcədə sərhədlərin təhlükəsizliyini təmin edəndən sonra “Fərat Qalxanı” əməliyyatını bitirmək qərarına gəldi. Hər halda hərbi addımlarda belə taktiki dəyişikliyi normal qəbul etmək lazımdır. Çünki əvvəlcə planlaşdırılan hər şeyə nail olmaq kimi bir hədəf yoxdur. 

Fazil Mustafa: “ABŞRusiya tərəfindən gələcək təhlükəni önləmək üçün Türkiyənin imkanları yoxdur”.


Mən düşünürəm ki, buna görə də hədəfə getmənin mümkün olmadığını görəndə belə geri çəkilməni normal qarşılamaq lazımdır. Çünki Türkiyənin resursları bu geniş miqyaslı tədbirləri həyata keçirməyə imkan vermir. Bunun da əsas səbəbi odur ki, burada koalisiya qüvvələri və Rusiya ilə də müəyyən razılaşmalar əldə etməlisən. Bu isə olduqca çətindir. Ona görə çətindir ki, iki bir-birinə zidd qütbün arasında qalıb daha çox itkiyə məruz qalmaq olardı. Türkiyə də buna görə belə bir addım atmağa maraq göstərmədi. 

Türkiyə Suriyaya istənilən an yenidən girə bilər. Bu məsələdə problem yoxdur. Əsas odur ki, Türkiyə öz hərbi birliklərini ələ keçirdiyi ərazilərdə saxlayır və sərhədlərinə bu qüvvələrin yaxınlaşmasın qoymur. Qalan məsələlər də gedişatda bəlli olacaq. İndi nə isə demək üçün mən risk etmirəm. İŞİD-dən azad yaşayış məntəqələrinin kürdlərin nəzarəti altına keçməsi təhlükəsi də həmişə var. Türkiyə öz sərhədləri yaxın ərazilərə daha çox nəzarət edə bilər. Çünki Türkiyənin resursları öz sərhəddindən o tərəfə atmaq imkanları daha yaxşıdır. Amma daha irəliyə getməkdə problemlər var”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar