Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə alimi: “Nuh peyğəmbər mobil telefonla oğluna zəng edib”

Türkiyəli akademik Yavuz Örnek Nuh peyğəmbərlə bağlı qəribə iddia ilə çıxış edib


 Türkiyə mətbuatı xəbər verir ki, akademik rəsmi dövlət telekanalı olan TRT-də canlı yayıma qatılaraq Nuh peyğəmbərin ona inanmayıb gəmiyə minməkdən imtina edən oğlunu yola gətirmək üçün böyük fəlakətdən əvvəl mobil telefonla zəng etdiyini bildirib. Yavuz Örnek iddiasının elmi əsasları olduğunu diqqətə çatdırıb.

“Nuh peyğəmbərin yaşadığı zamanda günümüzdən daha inkişaf etmiş texnologiya var idi. Mən bir elm adamı kimi bunları sübut edə bilərəm. Nuh peyğəmbərin oğlu ona inanmırdı. Buna görə də gəmiyə minməkdən imtina etmişdi. Nəticədə o, oğlunu yola gətirmək üçün ona mobil telefonla zəng etdi”, - deyə akademik bildirib.

Örnek həmçinin Nuhun gəmisinin nüvə enerjisi ilə işlədiyini də iddia edib. Onun sözlərinə görə, 10 min il əvvəl Nuh peyğəmbər 400 metrlik dalğaların zərbələrinin qarşısını almaq üçün gəmini poladdan hazırlayıb. O, gəmini işə salmaq üçünsə, nüvə enerjisindən istifadə edib.

Akademik həmçinin Nuhun oğlunun “naməlum uçan obyekt”i olduğunu da iddia edib: “Nuhun oğlu “uçan obyekt”dən istifadə edirdi. Həzrəti isa 2 min il öncə deyil, 2 min 300 il əvəl doğulub. Nuhun tufanı bütün dünyanı cənginə alıb, bu günədək olan iddiaların əksinə olaraq, fəlakət bir bölgəni əhatə etməyib. Nuh peyğəmbər gəmiyə canlı heyvan mindirməyib, o, canlıların döllərini və yumurtalarını götürüb. Bunları da sifarişlə Fransa və ABŞ-dan alıb. Tufandan sonra isə Nuh quruya çıxmaq üçün göyərçin yox, pilotsuz uçan aparat uçurub. Çünki texnoloji inkişaf varkən, niyə göyərçin yollasın ki?”, -deyə akademik bildirib.

Türkiyənin “Sözcü” qəzetinin yazarı Yılmaz Özdil isə akademikin dediklərini öz köşəsində “vəsf” edib.. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar