Türkiyə Superliqasında 2017-18 mövsümünün başlama vaxtı açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yeni mövsümün ilk matçı avqustun 11-də keçiriləcək
Belə ki, mövsümün açılış turunun qarşılaşmaları 11-14 avqust aralığında oynanılacaq. Dekabrın 24-də ilk dövrə başa çatacaqsa, ikinci dövrəyə gələn il yanvarın 19-da start veriləcək. Mayın 20-də isə 34-cü, yəni mövsümün son turunun matçları baş tutacaq.
Yeni mövsümün təqvimi isə bu gün müəyyənləşəcək.
pia.az