Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Silahlı Qüvvələri Naxçıvanda yerləşdirilə bilər?

Elxan Şahinoğlu: “Biz nə qədər Rusiya ilə strateji tərəfdaşlığa çalışsaq da, Rusiya işğalçıya dəstəyin artırır”


Üzeyir Cəfərov: “Rusiya-Ermənistan hərbi birləşməsinin yaranmasının ən birinci səbəbi Dağlıq Qarabağ, ikinci səbəbi də qonşu Gürcüstanla bağlıdır”

Rusiya-Ermənistan birgə hərbi birləşməsinin Naxçıvanla Qarabağ arasında yerləşdirilməsi ilə bağlı məlumatlar yayılır. Bunun müqabilində dünən parlamentdə Qars müqaviləsinə uyğun olaraq Türkiyə hərbi bazasının Naxçıvanda yerləşdirilməsi təklifi ortaya atılıb. Məəsələ ilə bağlı parlamentdə çıxış edən deputat Fərəc Quliyev qeyd edib ki, Ermənistan təkbaşına Azərbaycanla bacarmadığını görür və ona görə də bizi Rusiya ilə müttəfiqlik müqaviləsi  ilə hədələyir. Deputat Rusiya ilə müttəfiqlik siyasətinə yenidən baxmalmasını, Azərbaycan NATO-ya tam üzvlüklə bağlı birbaşa müraciət etməsini və Qars müqaviləsinə uyğun olaraq Türkiyə hərbi bazasının Naxçıvanda yerləşdirilməsi ilə bağlı işlər aparılmalısını təklif edib.

Xatırladaq ki, 2015-ci ildə Ermənistanla Rusiya  arasında imzalanan  sazişə görə, Rusiya Ermənistana ondan silah alması üçün 200 milyon dollarlıq kredit verib. Bu saziş çərçivəsində Rusiya Ermənistana “Smerç” reaktiv-yaylım atəşi sistemləri, TOS-1A “Solntsepyok” odsaçanları silahları ilə birlikdə "İsgəndər" silahı da verdi. İndiyədək Rusiya “İsgəndər” raketlərini heç bir ölkəyə ixrac etməmişdi. Ermənistan “İsgəndər” raketlərini ilk dəfə 2016-ci il sentyabrın 16-da nümayiş etdirib. Daha sonra raketlər sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən parada çıxarılıb. Bundan sonra noyabrın 14-də Rusiya prezidenti Vladimir Putin RusiyaErmənistan qoşunlarının birgə hərbi qruplaşmasının yaradılması haqqında sərəncamı təsdiqlədi. Və ən son olaraq da Rusiya-Ermənistan birgə hərbi birləşməsinin Naxçıvanla Qarabağ arasında, yəni Azərbaycan sərhəddində yerləşdirilməsi gündəmə gəldi.

Təbii ki, bu birbaşa Rusiyanın Azərbaycana qarşı heç də dost olmayan münasibətinin nümayişi kimi qəbul olunmalıdır. Açıqca görünməkdədir ki, Azərbaycanın aprel döyüşlərindən uğurla və böyük ruh yüksəkliyi ilə çıxması istər Rusiyada, istərsə də Ermənistanda ciddi təşviş yaradıb və bu üzdəndə hazırda RusiyaErmənistan Azərbaycana qarşı birgə əzələ nümayişinə qalxıblar. RusiyaErmənistanın Azərbaycana qarşı əzələ nümayiş etdirdiyi hazırkı dönəmdə Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda yerləşdirilməsi ehtimalını necə dəyərləndirmək olar və ümumiyyətlə Dağlıq Qarabağda gərginlik ortaya çıxarsa, Rusiya-Türkiyə-Azərbaycan üçbucağında münasibətləri necəinkişaf edə bilər?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğluya və hərbi ekspert Üzeyir Cəfərova müraciət edib.



Elxan Şahinoğlu: “Dağlıq Qarabağda başlanacaq növbəti müharibədə Ermənistan Rusiyadan tam hərbi yardım alacaq”.


Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Naxçıvanda Türkiyə Sillahlı Qüvvələrinin hərbi bazasının yerləşdirilməsi məsələsin gündəmə gətirmək və bu istiqamətdə də ciddi addımlar atmaq lazmımdır:

“Mən bu məsələni illərdir qaldırıram ki, Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq lazımdır. Çünki biz nə qədər Rusiya ilə strateji tərəfdaşlığa çalışsaq da, Rusiya işğalçıya dəstəyin artırır. Yəni Rusiya Ermənistana “İsgəndər” raketləri verir, hərbi qruplaşmlar yaradır və indi də mümkündür ki, rus hərbiçiləri Azərbaycanla sərhəddə yerləşdirilsin. Bütün bunlara nəzərər alaraq demək olar ki, artıq Azərbaycanın balanslaşdırılmış siyasət aparması çətinləşib. 

Regionda baş verən proseslərə görə də Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırlmalıdır. Naxçıvanda Türkiyə Sillahlı Qüvvələrinin hərbi bazasının yerləşdirilməsi məsələsin gündəmə gətirmək və bu istiqamətdə də ciddi addımlar atmaq lazmımdır. Əks halda Rusiya-Ermənistan hərbi iş birliyi getdikcə artacaq və bu da Azərbaycana müəyyən təhlükələr yaradacaq.

Elxan Şahinoğlu: “Azərbaycan üçün balanslaşdırılmış siyasət aparmaq çətinləşib”.


Rusiya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Aprel döyüşlərində də məsələyə müdaxilə etmədi. Düzdür təzyiq etdi ki, döyüşlər dayansın, amma müdaxilə etmədi. Məsələ burasındadır ki, biz bilmirik “İsgəndər M” raketləri Ermənistan üzərində Dağlıq Qarabağda yerləşdirilib ya yox. Həmçinin Ermənistan Silahlı Qüvvələrə bizə Qarabağdan kənarda da təxribat edə bilərlər. 

Məsələn Qazax-Tovuz istiqamətinə atəş açılsa, biz də əks atəşlə erməniləri yerində otuzdurmaq məcburiyyətində qalacağıq. Bu halda da Ermənistan çalışacaq ki, Rusiyanı prosesə qoşsunlar. Biz 90-ci illərdə də Rusiyanın Ermənistana dəstək verməsinin şahidi olduq. Dağlıq Qarabağda başlanacaq növbəti müharibədə də Ermənistan Rusiyadan tam hərbi yardım alacaq. Bu yardımın bir hissəsi açıq, bir hissəsi də gizli olacaq”.



Üzeyir Cəfərov: “Rusiya Qarabağ məsələsində özünü hər zaman Ermənistanın yanında aparıb və onları himayə edib”.


Hərbi ekspert Üzeyir Cəfərov mövzu ilə bağlı açıqlamasında bildirib ki, Ermənistan Naxçıvana hər hansı bir problem yaşadacaqsa, cavabı çox amansız və sərt olacaq. Bu amansız cavab Ermənistana həm Türkiyə, həm də Azərbaycan tərəfdən veriləcək:

“Onsuzda Rusiya işğalçı ölkə ilə əməkdaşlıq etməklə regiona əlavə gərginlik gətirir. Böyük ehtimalla Azərbaycan-Türkiyə hərbi birləşməsi ilə bağlı qərar veriləcək. Sadəcə bu qərar zaman məsələsidir və Türkiyənin özünün bəzi texniki xarakterli işləri həyata keçirməsi ilə bağlıdır. Ermənistan bütün idarəçiliyini, yəni iqtisadi, siyasi, mədəni və hərbi idarəçiliyini də Rusiyaya həvalə edib. Rusiya-Ermənistan hərbi birləşməsinin yaranmasının ən birinci səbəbi Dağlıq Qarabağ, ikinci səbəbi də qonşu Gürcüstanla bağlıdır. 

Onu da qeyd edim ki, Gürcüstanla bağlı olan məsələdə inanmıram ki, Ermənistan hər hansı bir riskə girsin. Buna görə demək olar ki, Rusiya-Ermənistan hərbi qoşunun yaradılmasında əsas səbəb Dağlıq Qarabağdır. Yəni Ermənistan apreldə yaşadıqları şokun təsirindən çıxmaq üçün çalışır ki, Rusiya hərbiçiləri ilə birlikdə olsun. Bu birləşmənin də komandanı Ermənistan Silahlı Qüvvələrinin 5-ci ordu korpusunun komandiri, general-mayor Andranik Markaryandır. 

Bildiyimiz kimi 1990-cı illərin əvvələrindən Naxçıvan ərazisində Türkiyə Silahlı Qüvvələri təlimatçı kimi fəaliyyət göstərirlər. Ümumiyyətlə Naxçıvanla bağlı bütün məsələlər qardaş Türkiyənin üzərindədir. Yəni Naxçıvanın təhlükəsizliyi, müdafiəsi məsələlərində Türkiyə həmişə önəmli rol oynayıb. Yəqin ki, Rusiya bu faktoru da unutmur ki, əgər Ermənistan Naxçıvana hər hansı bir problem yaşadacaqsa, cavabı çox amansız və sərt olacaq. Bu amansız cavab Ermənistana həm Türkiyə, həm də Azərbaycan tərəfdən veriləcək. 

Üzeyir Cəfərov: “Böyük ehtimalla Azərbaycan-Türkiyə hərbi birləşməsi ilə bağlı qərar veriləcək”.


Buna görə Ermənsitan özün ağıllı aparmalıdır. Ermənistan kiminsə sözüylə oturub durmamalıdır. Tez bir zamanda Azərbaycanın işğal olunmuş ərazilərini boşaltmaldır və regiona bir stabillik, sabitlik gəlməlidir. Amma görünən budur ki, Rusiya Ermənistanı həvəsləndirir. Bu həvəslənmə də Erməsnitanın öz başında çatlayacaq. Çünki Ermənistan yaxın zamanda düzgün qərar qəbul etməyəcəksə, Azərbaycan Ermənistanı cəzalandıracaq. Yəni Dağlıq Qarabağ ərazisində Ermənistan Silahlı Qüvvələri böyük itkilərlə üzləşəcəklər. Buna Azərbaycan ordusu hazırdır. 

Bəziləri deyir ki, əgər Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatına başlasa, yəni öz ərazi bütövlüyünün bərpası prosesinə başlasa, bu prosesə başqa ölkələr qarışacaq. Amma mən düşünmürəm ki, belə bir problem yaşansın. Çünki istər Rusiya, istərsə də Türkiyə başa düşürlər ki, o torpaqlar Azərbaycan ərazisidir və başqa yol yoxdur. Hamımız bilirik ki, Dağlıq Qarabağın işğalda qalmasının ən böyük günahkarı Rusiyadır. Rusiya Qarabağ məsələsində özünü hər zaman Ermənistanın yanında aparıb və onları himayə edib. Amma bu da uzun müddət çəkməyəcək. Çünki Azərbaycan bu vəziyyətlə barışmaq fikrində deyil. Azərbaycan gec-tez öz ərazi bütövlüyün təmin etməlidir və bu istiqamətdə də müəyyən işlər aparılır”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar