Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Rusiyadan “Su-57” qırıcı təyyarələri də ala bilər


Türkiyə ABŞ istehsalı olan "F-35" qırıcılarının əvəzində Rusiyanın "Su-57" qırıcılarını ala bilər


Bu barədə "Yeni Şafak" qəzeti mötəbər mənbəyə istinadən məlumat yayıb.

Əgər ABŞ Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması ilə əlaqədar "F-35"-lərin Türkiyəyə satışına mane olarsa, bu halda Ankara Rusiyadan "Su-57" qırıcılarının alınmasına dair qərar qəbul edə bilər.

Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya "S-400"lərin Türkiyəyə satışı ilə bağlı kredit müqaviləsi imzalayıb. Türkiyə Rusiyadan iki "S-400" batareyası alacaq. Tərəflər "S-400"lərin Türkiyədə istehsalı sahəsində də əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Rusiyadan "S-400"lərin alınması məsələsi ilə bağlı ABŞNATO rəsmiləri dəfələrlə Türkiyəni tənqid ediblər. ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, "S-400"lərin alınması Türkiyənin ABŞ-dan "F-35" tədarük etməsinə mənfi təsir göstərəcək. ABŞ Nümayəndələr Palatası da Rusiyadan "S-400"lər alınacağı təqdirdə Türkiyəyə "F-35" qırıcılarının satışına qadağa qoyulması barədə qanun layihəsini qəbul edib. Qanun layihəsi növbəti mərhələdə Senatda müzakirəyə çıxarılacaq. Yekun mərhələdə bu sənədi ABŞ prezidenti imzalamalıdır.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, əgər ABŞ "F-35" qırıcılarının satışına mane olarsa, Ankara cavab addımları atacaq.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar