Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın Münbiç bölgəsində YPG/PKK terror qruplaşmasına qarşı həyata keçirdiyi antiterror əməliyyatının ikinci fazası uğurla başa çatıb
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Ordusuna məxsus zirehli hərbi texnika TSK-nın nəzarətində olan “Fərat qalxanı” bölgəsindəki Cerablus rayonu ilə Münbiç cəbhə xəttini bir-birindən ayıran Sacu çayı sahillərində fəaliyyətə başlayıb.
Münbiç antiterror əməliyyatı əvvəlcədən müəyyən olunan hərəkət təqviminə uyğun aparılır.
Xatırladaq ki, Türkiyənin rəsmi dairələri Qəndil dağlarının və Kobani şəhərinin də terrorçulardan təmizlənəcəyini bəyan ediblər.
pia.az