Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Naxçıvanda baza aça bilərmi? - Şərh


“Naxçıvanın qarantı olan Türkiyənin ən azı orada hərbi bazasının olması təbii hal kimi qəbul olunmalıdır”


Bu sözləri analitik Vüqar Zifəroğlu Türkiyənin Naxçıvanda hərbi baza yaradacağı haqda yayılan məlumatları Axar.az-a şərh edərkən deyib. 

O, bu bazanın Naxçıvanda yerləşdirilməsi üçün demək olar ki, heç bir maneənin olmadığını bildirib:

“Naxçıvanda hərbi bazanın açılması müzakirələrinə Rusiyadan və Ermənistandan olan hərbi və siyasi ekspertlər də qoşulmuşdu. Əslində, Türkiyənin belə bir addım atması mümkündür və bu, bizim də istəyimizdir. Çünki Türkiyə və Azərbaycan arasında yüksək səviyyədə hərbi əməkdaşlıq mövcuddur. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında başqa dövlətin Azərbaycanda hərbi bazasının varlığı göstərilməsə də, Türkiyəyə strateji müttəfiq və qardaş ölkə olaraq icazə verilə bilər. Burada həm də Qars müqaviləsini vurğulamaq lazımdır ki, Naxçıvanın qarantı olan Türkiyənin ən azı orada hərbi bazasının olması təbii hal kimi qəbul olunsun. Türkiyə artıq Qətərdə belə bir baza formalaşdırdı və bununla da tarixində bir ilkə imza atdı. Bunu Naxçıvanda da etmək mümkündür. Lakin şübhəsiz ki, bu zaman Rusiya faktoru da nəzərə alınacaq”.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Naxçıvanda Türkiyənin hərbi baza yerləşdirmək ehtimalı olduğu haqqında informasiya yayılmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar