Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə İraqa hərbi müdaxilə edə bilər...


İraq Ali məhkəməsi İraq Kürdüstan Muxtariyyətində müstəqillik referendumunun dayandırılması haqda qərar qəbul edib


Metbuat.az-ın məlumatına görə, bu barədə məhkəmə bu gün qərar çıxarıb.

Ancaq İraq Kürdüstanı sentyabrın 25-də referendum keçirməkdə israrlıdır. İraq Kürdüstanının lideri Məsud Bərzani məhkəmə qərarı ilə bağlı açıqlamasında bildirib ki, referendumun təxirə salınması ilə bağlı heç bir qərar verməyiblər. Məsələlər hər gün bir az daha gərginləşir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendumla bağlı xəbərdarlıq edib. Bu gün səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin İraqın sərhədində təlimlərə başlaması isə vəziyyəti daha da gərginləşdirib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Adgözəl Məmmədovun sözlərinə görə, ilk bundan başlamaq lazımdır ki, İraq Kürdüstanının rəhbəri molla Mustafanın oğlu Məsud Bərzani bu cəsarəti hardan alır?: 

“Sənin cənubunda ərəb, şimalında Türkiyə, şərqində İran, qərbində də döyüş bölgəsi olan Suriya... Heç bir dənizə çıxışı yoxdur, ətrafında da ərəblərlə münasibət gərgin, Türkiyə ilə İranın da münasibəti göz qabağındadır. Qərbində də illərdir vətəndaş müharibəsinin getdiyi Suriya. Belə bir məqamda bu cəsarəti Bərzani hardan alır? Hesab edirəm ki, bu, bir avantüradır. Çünki nəticəsi hesaba gəlməyən, hesablanmayan düsturlar var. İstər siyasi, istər strateji, taktiki, subtaktiki, subordinal taktiki və s. Heç bir xəttə uyğun gəlməyən xətlər var. Fərz edək ki, onlar qondarma Kürdüstan dövlətini yaratdılar. Bəs ticarətini hansı bölgə ilə edəcəklər? 

- Türkiyə Kürdüstan ərazisinə hərbi müdaxilə edə bilərmi və belə bir addım olarsa, bu, nə ilə nəticələnə bilər?

- Bu, çox təhlükəli bir məsələdir. Türkiyənin bu addımı atması üçün Rusiyaİranla bir razılığı olmalıdır. Yoxsa meydanda təklənə bilər. Bəlkə də, Ərdoğan hesab edir ki, ona ərəb cəbhəsindən kömək olacaq. Amma ərəblər də bu məsələdə türklərə qarşı ola bilər. Ağır ssenarilər baş verə bilər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ən azı şimal cəbhəsi ilə razılaşdırılmalıdır və sona qədər strateji məqsədlər nəzərə alınmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar