«AzPolitika.info» Türkiyənin «Anadolu» agentliyinə istinadla xəbər verir ki, İdlibdəki təhlükəsizlik zonasında müşahidə məntəqələri yaratmaq məqsədilə, Türkiyə Suriyanın şimal-qərbinə hərbi texnika göndərməkdə davam edir
Qeyd olunur ki, hərbi texnika ölkənin müxtəlif rayonlarından gətirilir və Türkiyənin Suriya ilə həmsərhəd əyaləti olan Hatayda cəmləşdirilir. Növbəti dəstə bu ərəfədə yola çıxıb.
Türkiyə silahlı qüvvələrinin bölmələri İdlib əyaləti və «Demokratik ittifaq» (PYD) adlı Suriya kürd partiyasının nəzarəti altında olan Afrin rayonu sərhədlərində dislokasiya olunur. Ankara sonuncunu terror təşkilatı hesab edir və Türkiyədə qadağan olunmuş Kürd fəhlə partiyası (PKK) ilə əlaqəli olduğunu bildirir.
Türkiyə silahlı qüvvələri Baş qərargahındən xəbər veriblər ki, ordunun İdlibə göndərilməsi prosesi davam edəcək («Anadolu»).
Bu ərəfədə Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan Afrin bölgəsində türk hərbçilərin PYD-yə qarşı əməliyyat keçirəcəyinin mümkünlüyünü bir daha bəyan edib. Prezidentin sözlərinə görə, PYD Türkiyənin milli təhlükəsizliyini təhdid edir.
pia.az