Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Azərbaycanı Rusiyadan qoruya bilərmi?


Bakı Ankaranın yanında yer aldığı halda, Azərbaycanla Rusiyanın dəstəklədiyi Ermənistan arasında müharibənin başlaması ehtimalı nə qədər böyükdür?


Azər Qasımlı: “Sabah tutaq ki, Qarabağda savaş başlasa və Rusiya ciddi şəkildə təzyiq etsə Türkiyə bizim arxamızda dayana biləcəkmi?”

“Əslində Rusiya ilə Türkiyə arasında münasibətlərin pisləşməsi Azərbaycan üçün bu bölgədə və ilk növbədə Qarabağ məsələsinin həllində bir manevr imkanları açır”

Bu sözləri regionun ən güclü dövlətləri olan Rusiya və Türkiyənin arasındakı münaqişəyə Azərbaycanın da cəlb olunma ehtimallarını Azər Qasımlı PİA.AZ-a şərh edərkən bildirib.

Xatırladaq ki, Türkiyə ilə Rusiya demək olar ki, müharibənin bir addımlığındadır. Bu iki dövlət arasında olan gərgin münasibətlər dünya mətbuatınında  diqqətindədir. Regionun iki güclü ölkəsinin Cənubi Qafqazda maraqlarının olması artan siyasi gərginliyin bu regionda da təsirsiz ötüşməyəcəyini labüd edir. Bu gün Rusiya Cənubi Qafqazı öz nüfuz dairəsi hesab edir və üçüncü ölkələrin siyasi varlığını qəbul etmir. Rusiya ilə Türkiyə arasında münaqişə getdikcə güclənir  və bu münaqişəyə Azərbaycanın da cəlb olunma ehtimalları artır.












Azər Qasımlı: “Əgər sabah Rusiya bizə müdaxilə etsə Türkiyə bizim yanımızda olmalıdır və bu açıq şəkildə o sənəddə qeyd olunmalıdır”


REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı PİA.AZ-ən əməkdaşının suallarını cavablandırarkən bildirib ki, Türkiyə- Rusiya münasibətlərinin gərginləşməsi ola bilsin ki, Qarabağda da müəyyən mənfi aktivliyə gətirsin:

“Bildiyimiz kimi Türkiyə ilə Azərbaycan arasında hərbi-siyasi anlaşma var. Düzdür bu anlaşma biz istədiyimiz səviyyədə deyil. Yəni bu anlaşma tam strateji sənəd deyil. Sabah Rusiya Azərbaycana müdaxilə etsə, Türkiyə bizi bu nöqteyi nəzərdən qoruya bilməyəcək. Amma hər bir halda bu sənəd var və bunun da Qarabağ məsələsinə az da olsa təsiri var. Bu gün Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi Türkiyənin Qarabağ probleminə daha çox vaxt ayırmasına gətirib çıxardacaq və Azərbaycana daha çox dəstək verəcək. 

Mən düşünürəm ki, məhz bu nöqteyi nəzərdən bizim üçün müsbətdir. Amma bir digər tərəfdən də Türkiyə- Rusiya münasibətlərinin gərginləşməsi  ola bilsin ki, Qarabağda da müəyyən mənfi aktivliyə gətirsin. Yəni Rusiya ilə azərbaycan münasibətləri pisləşsin yaxud da Azərbaycanla Türkiyə arasındakı münasibətlər pisləşsin. Nəticə olaraq da bu münasibətlərin mənfi nöqteyi nəzərdən Qarabağ probleminə təsiri ola bilər. Ona görə burada proseslər  daha çox həm Azərbaycan hökumətinindən asılı olan, həm də bizdən asılı olmayan məqamlar var. Bizlər də iki böyük dövlətlər arasında münasibətlərin gərginləşməsini kənardan izləyərək çox radikal addımlar atmadan səhv buraxmayaq. Yəni bu gün Azərbaycan xarici siyasətinin əsas işi Rusiya ilə Türkiyə arasında gedən problemlərdən və bu gərginlikdən böyük bir səhv addım atmamasıdır.

Azər Qasımlı: “Bu gün Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi Türkiyənin Qarabağ probleminə daha çox vaxt ayırmasına gətirib çıxardacaq”


Əslində Rusiya ilə Türkiyə arasında münasibətlərin pisləşməsi Azərbaycan üçün bu bölgədə və ilk növbədə Qarabağ məsələsinin həllində bir manevr imkanları açır. Yəni biri var ki, Türkiyə ilə Rusiya münasibətləri normaldır və Türkiyə hər zaman Azərbaycanı dəstkləyir, bəyanatlar verir. Amma bu bəyanatlar Rusiyanın əleyhinə deyil yalnız Ermənistanın əleyhinə olan bəyanatlar idi. Məsələ də bu şəkildə 5-10 il davam ediridi və münasibətlər pisləşməsəydi ola bilsin ki, daha neçə illər davam edəcəkdir. Amma münasibətlərin pisləşməsi müəyyən mənada bizim üçün bir fürsətdir. Biz Türkiyənin bu bölgədə güclü olmasını dəlil olaraq Rusiya rəhbərliyinə çatdırmalıyıq və bunun nəticəsində də Türkiyənin Cənub Qafqazda söz sahibi olması müəyyən mənada Rusiyanın bu bölgələrdə maraqlarını yaxud da təsir imkanlarını azaldacaq. 

Amma bildiyimiz kimi Türkiyə NATO-un üzvüdür və Türkiyə NATO-un üzvü olaraq Azərbaycanı hansı nöqtəyə qədər dəstəkləyə biləcək? Sabah tutaq ki, Qarabağda savaş başlasa və Rusiya ciddi şəkildə təzyiq etsə Türkiyə bizim arxamızda dayana biləcəkmi? Bu çox önəmli sualdır. Düzdür Azərbaycan hakimiyyət nümayəndələri dəfələrlə bunu deyiblər. Biz də dəfələrlə bunları tənqid etmişik, indi də iqtidarın xarici siyasətini tənqid edirik. Amma açıq-aydın olan faktlar var. Bu da həm Türkiyəyə, həm də ümumiyyətlə qərb blokuna aiddir. Yəni ABŞ-a da, Avropa Birliyi ölkələrinə də aiddir. Hansılar ki, bu bölgədə maraqları var və NATO-un üzvləridir. Sabah Azərbaycana da Ukrayna, Gürcüstan kimi müdaxilə olsa Azərbaycanı dəstəkləyəcəklərmi? Yəni mən demək istəyirəm ki, Türkiyə sadəcə bəyanatlar deyil real addımlar atmalıdır. Bu real addımlardan birincisi də Azərbaycanla-Türkiyə arasında olan saziş dəyişib daha ciddi saziş olmalıdır. Yəni əgər sabah Rusiya bizə müdaxilə etsə Türkiyə bizim yanımızda olmalıdır və bu açıq şəkildə o sənəddə qeyd olunmalıdır”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar