Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə ABŞ-la razılaşıb: Rusiya yenə oyundankənar vəziyyətdə qalacaq?


Politoloq: “Türkiyə və Rusiyanın digər məsələlərdə yürütdüyü siyasət konkret olaraq Suriya probleminin tənzimlənməsindəki əməkdaşlığa təsir göstərməyəcək”


Rusiya-Türkiyə dostluğunun etimadlı olması istiqamətində Rusiyanın atmalı olduğu bir neçə ciddi addımlar var. Bunlardan biri də Ermənistanda olan Rusiya hərbi bazası ilə bağlıdır”.

Bu sözləri politoloq Nəsimi Məmmədli Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini satın almaması mövzusunda ABŞ-Türkiyə razılaşmasını PİA.AZ-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Türkiyə hökuməti uzun müddətdir Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəyir ki, bu da ABŞ-ın etirazı ilə qarşılanmışdı. Hətta Vaşinqton razılaşma ləğv edilməzsə, Ankaraya qarşı sanksiyalar tətbiq edəcəyini də bildirmişdi. Türkiyə isə sanksiya tətbiq olunarsa, buna adekvat cavab verəcəklərini açıqlamışdı.

Qeyd olunur ki, Donald Tramp Ərdoğanı S-400 raketlərindən imtina etməyə çağırmışdı. Ağ Ev sahibi bunun əvəzində ən müasir “Patriot” raketlərini Ankaraya satacaqlarını bildirmişdi. Ərdoğan hökuməti isə bildirmişdi ki, əgər Trampın komandası raket satışı barədə Konqresdən razılığı təmin edərsə, bu varinata razı olacaqlar. Yayılan məlumatlarda tərəflərin indi razılaşmaya yaxın olduqları bildirilir.

Rusiyanın oyundakənar vəziyyətdə qalması Moskvanın Ankaraya və bir başa Ərdoğana olan etimadını sarsıtmazmı və bu Rusiya-Turkiyə münasibətlərinin gələcəyinə, xüsusən Suriyada olan əməkdaşlığa necə təsir edəcək?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədlinin fikirlərini öyrənib.



Nəsimi Məmmədli: “Rusiya-Türkiyə dostluğunun etimadlı olması istiqamətində Rusiyanın atmalı olduğu bir neçə ciddi addımlar var”.


Hazırda Türkiyə-Rusiya münasibətlərinin əsasən Orta Şərqdə yaşanan siyasi-hərbi problemlərlə bağlı olduğunu qeyd edən politoloq Nəsimi Məmmədli əlavə edib ki, bu münasibətlər hələlik kövrəkdir və konkret məsələlər üzrə davam edir. Hər iki dövlət bu amilləri nəzərə alır və münasibətlərinin çərçivəsini də əsasən bununla müəyyən edib:

ABŞ-Türkiyə münasibətlərinin kökü çox dərindir. Strateji müttəfiqliyə dayanan münasibətlərlə yanaşı, qarşılıqlı hərbi-siyasi maraqların əhatəsi də xeyli genişdir. Ancaq Türkiyə-Rusiya münasibətləri barədə bunu demək mümkün deyil. Hazırda Türkiyə-Rusiya münasibətləri əsasən Orta Şərqdə yaşanan siyasi-hərbi problemlərlə bağlıdır. Bu münasibətlər hələlik kövrəkdir və konkret məsələlər üzrə davam edir. Hər iki dövlət bu amilləri nəzərə alır və münasibətlərinin çərçivəsini də əsasən bununla müəyyən edib. Odur ki, tərəflərin digər məsələlərdə yürütdüyü siyasət konkret olaraq Suriya probleminin tənzimlənməsindəki əməkdaşlığa təsir göstərməyəcək. 

Məsələnin mahiyyəti ondan ibarətdir ki Türkiyə hərbi sənayesi və ordunun təchizatı tamamilə NATO standartlarına uyğundur. Burada isə ABŞ-ın hərbi çəkisi daim üstün olub. Türkiyə-ABŞ münasibətlərindəki çağdaş problemin kökü isə ABŞ-ın Orta Şərq problemindən qaynaqlanır. ABŞ-ın regionda həyata keçirdiyi hazırkı siyasət Türkiyənin milli maraqlarına ciddi təhlükə törədir və onun Rusiya ilə yaxınlaşmasının kökündə bu amillər dayanır. Türkiyə-ABŞ münasibətlərində yaşanan ehtimadsızlıq rəsmi Ankaranın alternativ variantlara baş vurmasına səbəb olub. 

Nəsimi Məmmədli: “Rusiyanın Ermənistanda olan hərbi bazasının strateji hədəfi hələ də Türkiyədir”.


Təhlillər göstərir ki, Avropanın və İsrailin təhlükəsizliyi sahəsində ABŞ-ın göstərdiyi xüsusi fəallıq nədənsə Türkiyə məsələsində nəzərə çarpmır. Ən müasir hava hücümundan müdafiə sistemlərini Türkiyənin hava sahəsinin müdafiəsində istifadə etməyə həvəs göstərmir. Halbuki NATO müttəfiqi kimi Türkiyənin də hava sahəsinin qorunmasında eyni yanaşma olmalıydı. 

Bu baxımdan Türkiyənin alternativ yollar axtarması və Rusiyadan S-400 zenit-raket komplekslərini almaq istəməsi anlaşılandır. 

Müasir regional və qlobal siyasi-hərbi proseslər Türkiyənin həm Rusiyadan, həm də ABŞ-dan strateji hücum silahlarından müdafiə sistemlərini almasını zəruri edir. İndi Türkiyənin hərbi sənayesinin yalnız bir mənbədən təchiz edilməsi yanlış yanaşma olardı. Heç kimə sirr deyil ki, Rusiyanın Ermənistanda olan hərbi bazasının strateji hədəfi hələ də Türkiyədir. 

Rusiya-Türkiyə dostluğunun etimadlı olması istiqamətində Rusiyanın atmalı olduğu bir neçə ciddi addımlar var. Bunlardan biri də Ermənistanda olan Rusiya hərbi bazası ilə bağlıdır. Bu addımlar atılmayacağı təqdirdə etimadlı əməkdaşlıqdan danışmaq hələ tezdir. 

Odur ki, Türkiyə ABŞ-ın da ən müasir “Patriot” raketlərini də almaqdan imtina etməməlidir. Fərqli istiqamətlərdə aparılan danışıqlar heç də bir-birinə əngəl yaratmır və ikitərəfli münasibətlərə xələ gətirməyəcək.”

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar