Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə - Azərbaycan jurnalistlərə zindan


Jurnalistləri Müdafiə Komitəsi (CPJ) illik həbsxana statistikasını açıqladı


New York, 18 dekabr 2013— Türkiyə üst üstə iki il dünyanın ən çoz qəzetçi həbs edən ölkəsi oldu; onun ardından İran ve Çin gəlir; Azərbaycan ilk 10-luqda!

Mərkəzi qərərgahı Nyu Yorkda yerləşən JMK (CPJ) - nin bu mövzudakı hesabatına görə, hazırda dünya üzrə həbsdə olan jurnalistlərin yarıdan çoxu Türkiyə, İran və Çin zindanlarındadır. Bu barədə musavat.com-a adı çəkilən qurumun Nyu-Yorkdan göndərilən hesabatında bəhs edilir.

CPJ-nin idarə heyəti üzvü Joel Simon: “Qəzetçiləri məslək fəaliyyətlərinə görə həbs etmək aqressiv, basqıçı bir toplumun göstəricisidir”,  dedi. “Viyetnam ve Misir kimi ölkələrdə həbs olunan qəzetçilərin sayının artdığını görmək də rahatsız edicidir. Amma Türkiyənin üst-üstə iki il dünyanın ən pis qəzetçi zindanı olduğunu görmək açıq söylənsə, şok edici”.

Qəzetçiləri həbs edən ölkələr arasında ilk ən pis 10-luğu təşkil edənlər digərləridir: Eritreya, Viyetnam, Suriya, Azərbaycan, Efyopiya, Misir və Özbəkistan.

1 dekabr 2013 etibarı ilə toplam olaraq  211 qəzetçi barmaqlıqlar ardındaydı. CPJ qeyd edir ki, onun siyahısı bu il içində həbs edilən və buraxılan bir çox qəzetçini əhatə etməyib. Hər qəzetçiyə dair detallı bilgi bu linkdədir: http://www.cpj.org/imprisoned/2013.php

Komitə qeyd edir ki, Suriyada Bəçər Əsəd həbsdə tutduğu qəzetçi sayı ötən ilə nisbətən 15-dən 12-yə enib. Lakin 2013 sonlarına doğru Suriyada təxminən 30 qəzetçi qeyb olub.
Komitə daha sonra bildirir ki, Qüzey ve Güney Amerika qitələrində həbsdəki tək qəzetçi  ABŞ-da idi.

CPJ, qəzetçi tutan ölkələrin iqtidarlarına məktublar göndərərək, onlara ciddi əndişələrini bildirib. 2013-cü ildə ən azı 39 qəzetçi erkən olarq sərbəst buraxılıb.

CPJ (JMK) bildirir ki, 2013-cü ildə 18 dekabr tarixinə qədər 52 qəzetçinin öldürüldüyü qeydlərə keçib bu barədə son siyahı 2013-cü ilin 30 dekabr tarixində yayılacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar