Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Naxçıvan razılaşması nə vəd edir?


Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesinin intensivləşməsinə xüsusi diqqət yetirilir


Bu barədə Axar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov danışıb. 

Millət vəkili bildirib ki, Azərbaycanda iqtisadi zonların yaradılmasına çox böyük ehtiyac var:

Azərbaycanda azad iqtisadi zonların yaradılması prosesinin intensivləşməsinə xüsusi diqqət yetirilir. Valeh Ələsgərov da kifayət qədər təcrübəli insandır və xarici inevstorlarla çox işlədiyi üçün xüsusi iqtisadi zonaların yaradılması işi də məhz ona həvalə edilib. Hazırda Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ətrafında xüsusi iqtisadi zona yaradılır, orada böyük tikinti işləri gedir”.

Millət vəkili ikinci azad iqtisadi sona kimi Naxçıvanın götürülməsini çox müsbət hal hesab edib:

“Birincisi, Naxçıvan izolyasiyadadır və problemləri həddindən artıq çoxdur. Ona görə də Naxçıvanla əlaqədar olaraq bu iş çox yüksək səviyyədə təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin və Naxçıvan Ali Məclsinin sədri Vasif Talıbovun Türkiyə ilə münasibətləri yüksək səviyyədədir. Məhz bu baxımdan da Naxçıvanda xüsusi iqtisadi zonanın yaradılması olduqca vacibdir. Bu, həm Naxçıvan əhalisi, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Xüsusi iqtisadi zonalar daha çox sərhəd zonaları, dənizətrafı, dəmiryolu və hava limanı olan yerlərdə yaradılır. Hesab edirəm ki, prezidentin sərəncamına əsasən komissiya təşkil edildiyi üçün bu iş daha da canlanacaq. Çünki Azərbaycanın dənizi var və dənizin ətrafında maraqlı dövlətlər həddindən artıq çoxdur”.

V.Əhmədov vurğulayıb ki, azad iqtisadi zonaların yaradılması ölkədə ÜDM-ə təsir göstərə bilər:

“Məsələn, İran və Çində xüsusi iqtisadi zonalar kifayət qədərdir və ÜDM-in 30-40 faizi həmin zonalarda istehsal olunur. Ona görə də Naxçıvanda xüsusi iqtisadi zonanın yaradılması çox müsbət haldır və yeni iqtisadi dividentlər vəd edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət öncə azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

Ötən gün isə Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi jurnalistlərə açıqlamasında Türkiyə və Naxçıvanın birgə azad iqtisadi zona yaratmağa qərar verdiyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar