Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Avropa münasibətləri daha kəskin dönəmə qədəm qoyur?


Şahin Cəfərli: “Türkiyənin Suriyadan və digər ölkələrdən gələn qaçqınları qəbul etməsi və Avropaya buraxmaması müqabilində Ankaraya vəd edilən maliyyə yardımının verilməməsi və ya çox az vəsaitin ödənməsi də Türkiyə rəhbərliyində narazılıq yaratdı”.


“Əgər Ərdoğan bir müddətdir səsləndirdiyi vədlərini yerinə yetirərsə, yəni edam hökmünün bərpası və Türkiyənin AB ilə əlaqələrini davam etdirib-etdirməməsi məsələləri barədə referendum təşkil edərsə, Avropa ilə əlaqələr qırılma nöqtəsinə çatacaq”.

Bu sözləri politoloq Şahin Cəfərli ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilərdən birinin PKK-nın fəal dəstəkçisi olduğu məsələsini və bundan sonra Türkiyə-Avropa münasibətlərinin hansı məcrada cərayn edəcəyini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilərdən birinin PKK-nın fəal dəstəkçisi olduğu üzə çıxıb. Bu xəbəri “Avropa Şurasının cənub-şərqə göndərdiyi müşahidəçi PKK dəstəkçisi, Sol Partiyadan millət vəkili Hunkonun saxta hesabatı təəccübləndirməməlidir”, - deyə A.Hunkonun PKK rəmzi ilə çəkdirdiyi fotonu paylaşan, hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili, parlamentin İnsan haqları araşdırma komissiyasının sədri Mustafa Yeneroğlu vurğulayıb. 

Qeyd edək ki, Andrey Konstantin Hunko 1963-cü ildə Almaniyada anadan olub. Almaniya Sol Sosialist Partiyasından Bundestaqın və Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Həmçinin onu da qeyd edək ki, ATƏT, Avropa Şurası və Avropa İttifaqının müşahidəçiləri Türkiyədə keçirilən referendumun nəticələri barədə ortaq bəyanat yayaraq onun “Avropa standartlarına uyğun olmadığı”nı bildiriblər. Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ATƏT-in bəyanatı siyasi çalarlardan doğan qərəzin təzahürüdür və ilk dəfədir ki, ATƏT Türkiyədə keçirilən seçkinin standartlara uyğun olmadığını bəyan edir. Ərdoğan bildirib ki, onlar ATƏT-in bu bəyanatına fikir verməyəclər. 

Bu durumda  Türkiyə-Avropa münasibətləri necə inkişaf edəcək və münasibətlər daha kəskin dönəmə qədəm qoya bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı siyasi şərhçi, politoloq Şahin Cəfərliyə müraciət edib.



Şahin Cəfərli: “Türkiyənin Avropa Birliyinə namizəd ölkə statusunun ləğvi və Türkiyəni Avropa Şurasından xaric olunması kimi radikal addımların şahidi ola bilərik”.


Politoloq qeyd edib ki, Əgər Ərdoğan bir müddətdir səsləndirdiyi vədlərini yerinə yetirərsə, yəni edam hökmünün bərpası və Türkiyənin AB ilə əlaqələrini davam etdirib-etdirməməsi məsələləri barədə referendum təşkil edərsə, Avropa ilə əlaqələr qırılma nöqtəsinə çatacaq. Bu halda Türkiyənin Avropa Birliyinə namizəd ölkə statusunun ləğvi və Türkiyəni Avropa Şurasından xaric olunması kimi radikal addımların şahidi ola bilərik:

“Türkiyə ilə Avropa qurumları, xüsusən Avropa Birliyi arasında referendumdan əvvəl də ciddi problemlər var idi. Bilirsiniz ki, Əhməd Davudoğlunun baş nazir olduğu dövrdə tərəflər arasında viza sadələşdirilməsi ilə bağlı saziş imzalanmışdı. Ankara bu sazişdən irəli gələn öhdəliklərinin böyük əksəriyyətini yerinə yetirdi, lakin AB-nin Türkiyənin terrorla mübarizə qanununda dəyişiklik tələb etməsi barədə şərtini qəbul etmədi və narazılıq yarandı. Daha sonra Avropa Parlamentində Türkiyənin insan haqları pozuntularında ittiham edildiyi və ölkənin AB-yə üzvlüyü mövzusunda aparılan danışıqların dondurulmasının əksini tapdığı qətnamənin qəbulu Ərdoğanın çox sərt reaksiyasına səbəb oldu. Türkiyənin Suriyadan və digər ölkələrdən gələn qaçqınları qəbul etməsi və Avropaya buraxmaması müqabilində Ankaraya vəd edilən maliyyə yardımının verilməməsi və ya çox az vəsaitin ödənməsi də Türkiyə rəhbərliyində narazılıq yaratdı. Ərdoğan bütün bu məsələlərə görə dəfələrlə Avropa Birliyini qaçqınları Avropaya göndərəcəyi ilə hədələyib.

Bundan başqa, referendumdan əvvəl Avropa Şurası Venesiya Komissiyasının Konstitusiya dəyişiklikləri layihəsinə mənfi rəy verməsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının referendum  öncəsi vəziyyətə dair aralıq hesabatındakı tənqidlər də münasibətlərdəki soyuqluğu artıran hadisələr idi. 

Şahin Cəfərli: “Avropa hökumətlərinin öz ölkələrində yaşayan türklərin ikili vətəndaşlığının ləğvini də gündəmə gətirməsi gözləniləndir”.


Referendumdan sonra Avropa qurumlarının müşahidəçilərinin prosesin Avropa standartlarına uyğun olmaması barədə ilkin rəyi və prezident Ərdoğanın buna verdiyi reaksiya isə göstərir ki, tərəflər arasında mövcud gərginliyin böhran mərhələsinə qədəm qoyması ehtimalı yüksəkdir. Bu məsələdə Türkiyənin atacağı addımlar həlledici rol oynayacaq. 

Əgər Ərdoğan bir müddətdir səsləndirdiyi vədlərini yerinə yetirərsə, yəni edam hökmünün bərpası və Türkiyənin AB ilə əlaqələrini davam etdirib-etdirməməsi məsələləri barədə referendum təşkil edərsə, Avropa ilə əlaqələr qırılma nöqtəsinə çatacaq. Bu halda Türkiyənin Avropa Birliyinə namizəd ölkə statusunun ləğvi və Türkiyəni Avropa Şurasından xaric olunması kimi radikal addımların şahidi ola bilərik. Siyasi səviyyədə əlaqələrin qırılması şübhəsiz ki, iqtisadi əlaqələrə də təsir edəcək. Avropa bazarı Türkiyə sənayesinin əsas istehlak bazarıdır, Türkiyə iqtisadiyyatı Avropa iqtisadiyyatı ilə müəyyən səviyyədə inteqrasiya olunub. Türkiyənin xarici ticarətində Avropa ölkələrinin çox böyük payı var. Bu münasibətlərin pozulması Türkiyədə iqtisadi böhranı dərinləşdirə bilər. Bundan başqa, Avropa hökumətlərinin öz ölkələrində yaşayan türklərin ikili vətəndaşlığının ləğvini də gündəmə gətirməsi gözləniləndir. Bir sözlə, münasibətlərdə baş verəcək qırılma bütün sahələr üzrə ciddi mənfi təsirlərini göstərəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar