Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-ABŞ münasibətlərində yeni “balans”:

Şifrəsi qırılmış telefon, sirri çözülmüş yazışmalar və üzə çıxan gerçəklər...


Adam Makkonnel

“Anadolu” Agentliyi, Türkiyə

T.S. Eliot, məşhur şerində belə deyirdi:

“Bizlər içi boş adamlarıq,

İçi sonra doldurulanlar…

Ölüm sonrası Krallığa keçənlər,

Gözləri mıxlanmış, sabit baxarkən,

Xatırlayın barı bizi, zərrəcə də olsa.

Zor sevən azmış ruhlar kimi yox,

Sadəcə içi boş insanlar olaraq.

Hanı içləri doldurulanlar…

Dünya bitəcək bax belə…

Dünya bitəcək bax belə…

Dünya bitəcək bax belə

Partlayışla deyil; bir iniltiylə…”

Amerika divinin təkgüclü siyasi oyunçu olaraq sonu bir neçə on ildir proqnozlaşdırılır, lakin ABŞ hələ də təkbaşına dünyanın ən önəmli qlobal iqtisadi, hərbi və siyasi aktyoru olmağa davam edir.

Digər tərəfdən, on ildən artıqdır ki, önümüzdə bir çoxqütblülük reallığı da vardır. Vladimir Putin oyunu necə oynayacağını kəşf etdikdən sonra, Çin liderliyinin də sürətlə böyüyən gücünü təmkinli bir şəkildə göstərməyə başlamasıyla Avropa layihəsi liderliyini, hakimiyyətini və birliyini itirdi. Corc Buş administrasiyasının xarici ölkələrdəki son dərəcə anlamsız zor dolu fəaliyyətləri və əlini hər yerə həddindən artıq uzatması, ondan sonra gələn Obama administrasiyasını çox sadəlövh davranmaya, sülhsevər idealizm sərgiləməyə və məsuliyyətsiz beynəlxalq siyasət seçimlərinə doğru itələdi. Donald Trampın prezidentliyi dövründə isə o, xarici siyasətin içini qəsdən boşaltdı və Xarici işlər nazirliyinin rəhbərliyinə həyatı neftçiliklə keçən bir şəxsi gətirdi.

Bu zaman ərzində, Türkiyə-ABŞ münasibətləri də oxşar bir meyl göstərdi. 01 mart 2003-cü ildə TBMM ABŞ ordusuna türk torpaqları üzərindən keçməklə, İraqı işğal etmə izni vermədiyi üçün Vaşinqtonla Ankara arasındakı münasibətlər o zamandan bəri gərginləşdi. Oğul Buşun ikinci dövründə isə münasibətlər sükunətlə davam  etdi, lakin əhəmiyyətli dərəcədə inkişaf da olmadı.

Obama prezidentliyinə Türkiyədə etdiyi bir çıxışla start verdi. Gələcək “çəhrayi eynəkdən görünən kimi” görünürdü, lakin Suriya məsələsində ayaq dirəməsi və ikinci dövründə izahı mümkün olmayan xarici siyasət seçimləri etməsi iki dövlətin münasibətlərində səviyyənin kəskin düşməsinə səbəb oldu.

Proqnozlaşdırıldığı kimi, keçən yanvar ayında reallaşan hakimiyyət dəyişikliyi də vəziyyəti yaxşılaşdırmaq baxımından, bir işə yaramış kimi görünmür. Tam tərsinə, oktyabr ayının əvvəlində türk polisi ABŞ-ın İstanbul Konsulluğunun 35 illik işçisi Metin Topuzu, Fətullah Gülən təşkilatı ilə son illərdə Türkiyədə etdikləri müxtəlif cinayətlərdə əməkdaşlıq etdiyinə görə, saxladı.

Türk cəmiyyəti bir neçə ay idi ki, ABŞ Konsulluğundan olan birinin Gülənin əməliyyatçı adamlarıyla tez-tez təmas qurması haqqında məlumata sahib idi. Lakin atdığı “tweet”lər, ictimaiyyət qarşısında verdiyi açıqlamalar və sərgilədiyi hərəkətlər üzündən, varlığı onsuz da iki ildir narahatlıq qaynağı halına gəlmiş olan ABŞ-ın Türkiyədəki səfiri Con Bass, özünü İstanbul Konsulluğunun Gülənə bağlı şəxslərlə olan qeyri-müəyyən və çox narahatedici təmaslarını, tamamilə görməməzliyə vurmaq yolunu seçdi. Əgər həyata keçirilən bu telefon danışıqları Topuzun konsulluqdakı vəzifələrinin bir parçası idisə, o zaman səfir ən azından bunu türk xalqına açıqlaya bilərdi. Ancaq səfir Bass bunu etmək əvəzinə, bütün Türkiyə vətəndaşları üçün çox böyük əhəmiyyət kəsb edən məsələ ilə bağlı türk cəmiyyətini axmaq yerinə qoymağı seçdi.

2016-cı ilin iyulunda Gülənin tərəfdarları 250 Türkiyə vətəndaşını öldürdü, lakin ABŞ-ın Türkiyədəki keçmiş səfiri, Topuzun Gülənin adamlarıyla nə üçün bu qədər intensiv telefon əlaqəsi saxladığı haqqında türk cəmyyətinə məlumat vermək kimi lazımlı və məntiqli bir addımı atmağı yetərli qədər əhəmiyyətli bir məsələ olaraq görmədi. Şəffaflığa və ya türk cəmiyyətinin duyğularını sakitləşdirməyə yönəlik heç bir təşəbbüs göstərmədi. Səfir Bass bunun yerinə, böyük bir diplomatik səhvə qərar verdi: Topuzun saxlanmasının Türkiyədəki ABŞ missiyalarına qarşı təhdid yaratdığı iddiası ilə, türk hakimiyyətinə və ya ictimaiyyətinə öncədən xəbər vermədən, 8 oktyabrda, bazar gecəsi Türkiyə vətəndaşlarının viza müraciətlərinə baxılması ilə bağlı işləri durdurdu. Ertəsi günü ABŞ-da istirahət günü olduğundan, rəsmi səviyyədə təmas mümkün olmayacaqdı ki, bu da Bassın “çörəyinə yağ sürtürdü”.

Artıq ABŞ-ın istədiyi kimi davrana bilmədiyi Türkiyə isə öz vətəndaşlarına qarşı tətbiq edilən məhdudiyyətlərin eynisini dərhal ABŞ vətəndaşlarına qarşı tətbiq etdi. Beləliklə, iki ölkə arasında tam mənasıyla bir böhran yarandı.  

Bu utancverici duruma duz-istiot tökən şey isə ABŞ-ın rəsmi şəxslərinin müvafiq türk qurumlarından Topuzun telefonunun geri verilməsini tələb etməsi oldu. Onların iddialarına görə, Topuzun telefonunun Türkiyənin müvafiq qurumlarının əlində olması ABŞ üçün təhlükəsizlik təhdidiydi və telefon 1961-ci il Vyana Diplomatik Münasibətlər Konvensiyası çərçivəsində qoruma altındaydı.

Birincisi, ABŞ Topuzun bir Türkiyə vətəndaşı olmasına, beləliklə də diplomatik toxunulmazlığının olmamasına, yəni, türk qanunlarına tabe olmasına rəğmən, bu tələblə çıxış etdi.

İkincisi, Topuzun telefon danışıqları Gülənin əməliyyatçıları tərəfindən icra edilən hadisələrlə bağlı və məhz bu hadisələr zamanı aparılmışdı. Yəni,  Topuz Gülənin əməliyyatçılarıyla təsadüfi zamanlarda deyil, onların türk cəmiyyətini və dövlətini çökdürmək üçün tərtib edilmiş planların reallaşdırılmasına qarışdıqları spesifik zamanlarda əlaqədə olub. Diplomatiya ilə heç bir əlaqəsi olmayan bu hadisə dolaşıq bir formada Gülənin Türkiyə hökumətini devirmə cəhdlərinin bir parçasıdır.

Səfir Bass bunun əksini iddia etsə də, türk hakimiyyət orqanları Topuzun caxlanmasında normal qanuni proseduralara riayət etdilər və ona tələb olunan formada vəkili ilə görüşmə haqqı verdilər. Çox güman ki, ABŞ-ın rəsmi şəxslərini çaşdıran hadisə türk polisinin Topuzun telefonunun şifrəsini qırmağı bacarması və oradan çıxan məlumatların mətbuatda yer almasıydı. Adı verilməyən ABŞ-lı bir diplomatla Nyu Yorkdakı “Rza Zərrab işi” ilə əlaqədar olan “Whats App” yazışmalarını ehtiva edən sızıntılardan yaranan ilk təəssürat Topuzun türk hökumətinə yönəlik əməliyyatların bir parçası olmaqdan böyük məmnuniyyət duymasıdır.

Bütün bunlar azmış kimi, Türkiyə-ABŞ münasibətləri ötən ay bir sıra cansıxıcı hadisə sayəsində yaxşıca aşındı. Məsələn, oktyabrın əvvəllərində ifrat sağçı düşüncə qurumu olan “American Enterprise Institute”un kontent yaradıcısı Maykl Rubin ağzından qaçırdı ki, 2016-cı ilin əvvəllərində Türkiyədə çevriliş təşəbbüsünün reallaşmaq üzrə olması haqqında məlumatlandırılıb. Rubin bundan bir neçə il əvvəl Gülən təşkilatına yönəlik düşmən münasibətini dəyişdirib və o zamandan bəri, Gülənçilərlə əlaqədədir. Öna çevriliş məsələsilə bağlı məlumat verənin kimliyini təxmin etmək çətin deyil. Rubin, Twitter vasitəsilə (çevriliş proqnozu  verdiyi) məqaləsilə əlaqədar özünə doğru yönəldilən suallara türk jurnalistlərini ingilis dilini bilmə səviyyələrinə görə, aşağılayaraq və onu tənqid edən Twitter istifadəçilərinə həqarət edərək, hadisələri daha da pis hala gətirəcək şəkildə cavab verdi.

ABŞ-ın digər bir önəmli düşüncə qurumu olan Xarici Əlaqələr Şurası (XƏŞ) iki həftə öncə qapılarını məşhur və təsirli bir Gülənçi olan Əbdülhəmid Biliciyə mətbuata qapalı keçirilən konfrans üçün açdı. Tədbirin ev sahibi olan Stiven A. Kuk bu məsələ ilə əlaqədar “Twitter”də sorğu-suala tutulduqda, daha öncə də öndə gələn türk siyasətçilərinə ev sahibliyi etdiklərini söyləyərək, Bilicinin eyni dərəcədə məqbul bir qonaq olduğuna işarə etdi. Kuk bunu edərkən, bəhs etdiyi siyasətçilərin hamısının demokratik yolla seçilmiş, Gülənçilərin isə Türkiyə dövlətini gücdən istifadə etməklə ələ keçirməyə çalışmış şəxslər olması həqiqətini nəzərə almadı. XƏŞ ABŞ-ın ən təcrübəli siyasi düşüncə qurumlarından biri, Kuksa onun ən öndə gələn Türkiyə ekspertidir. XƏŞ-nin və Kukun bu məsələdə nümayiş etdirdikləri tam əxlaqsızlıqdır.

Gülənçilərin yazışmalarını çözmək üçün türk polisinin göstərdiyi səylər eyni həftədə son dərəcə narahatlıq yaradan başqa bir hadisənin inkişafı ilə nəticələndi. Türk mətbuatında çıxan xəbərlərə görə, şifrəsi açılan ByLock yazışmaları ABŞ-ın vitse-prezidenti Co Baydenin türk ordusunda bir sıra çevriliş hazırlıqlarının görülməsindən xəbərdar olduğunu üzə çıxardı. Bayden 2016-cı ilin əvvəllərində Türkiyəyə gəlmişdi və Gülən təşkilatı ilə əməkdaşlıq etdiyindən şübhələnilən türk jurnalisti olan Can Dündarın ailəsilə görüşmüşdü. O zaman həbsdə olan Dündar məhkəməsini gözləyirdi. Dündar daha sonra verdiyi yazılı öhdəliyə əsasən, sərbəst buraxılmışdı və bu fürsəti 15 iyul çevriliş cəhdindən öncə, xaricə qaçmaq üçün istifadə etdi.

Dündarın çevriliş cəhdini öncədən bildiyi Türkiyədə geniş şəkildə qəbul edilir. Şifrəsi açılan ismarıclara görə, Bayden Dündarın ailəsinə türk ordusunda davam etməkdə olan bir sıra hazırlıqlardan xəbərdar olduğunu söyləyib. Bunları yazan şəxs Baydenin çevrilişin hazırlanmaqda olmasını nəzərdə tutduğunu vurğulayıb.

Bu iddianın sahibi olan Rıdvan Kızıltepe, fəaliyyəti Baydenin ziyarətindən iki ay öncə türk məhkəməsi tərəfindən durdurulana qədər, Gülənçi media qurumu olan “Samanyolu” televiziya kanalının üst səviyyəli əməkdaşı idi. Kızıltepenin bu iddiasının doğu olub-olmadığını bilmək, təbii ki, imkansızdır; ancaq bunlar Gülən təşkilatının ierarxiyasında önəmli vəzifələrdə olan, məşhur iki təşkilat üzvünün bir-birinə göndərdiyi ismarıclardır. Ayrıca, onlar bu ismarıcları bir-birinə, hardasa sadəcə Gülənçilərə məxsus olan xüsusi şifrəli bir ismarıclaşma proqramından istifadə edərək, göndəriblər. Bu da Kızıltepenin, ismarıcın alıcısının xeyrinə şişirtmə etdiyini, ya da yalan söylədiyini düşünməmiz üçün ortada bir səbəbin olmadığı anlamına gəlir.

Əgər Kızıltepenin iddiaları doğrudursa, bu, Obama hakimiyyətinin 15 iyul 2016-cı il çevriliş cəhdinə “ilbiz sürətində” verdiyi reaksiyaya da bir kontekst yaradır. Ən sonunda, çevriliş cəhdindən sonrakı həftələrdən birində Türkiyəyə gələndə, TBMM binasındakı dağıntıların arasında dolaşarkən Baydenin ağlından nələr keçdiyini həqiqətən bilmək istəyirəm.

Bassa gəldikdə isə, onun Türkiyədən öncədən planlanmış ayrılışı viza böhranını çıxarmasından bir həftə sonra gerçəkləşdi. Beləcə, davranışlarının gətirdiyi məsuliyyətdən və ictimai reaksiyadan da qaça bildi. Hər iki tərəfdə də minlərlə vətəndaş səfir Bassın düşüncəsizliklə səbəb olduğu bu “qəza”nın qısamüddətli qurbanları oldular. Ancaq qısamüddətli təsirlər bir yana, iki ölkə arasındakı münasibətlərin gördüyü zərəri təmir etmək, uzun müddətdə belə, çətin olacaq.

Bunun səbəbi isə diplomatik münasibətlərin normallaşmayacağı deyil. Nəhayətdə, hər iki ölkənin də vətəndaşları iki ölkə arasında sərbəst səyahət etməyə davam edəcəklər. Əsl zərər isə Türkiyə vətəndaşlarının və rəsmi şəxslərinin ABŞ-a qarşı, bu andan etibarən, gələcəkdəki xeyli irəli bir nöqtəyə qədər, davam etdirməyə məcbur olacaqları yanaşmaya verilmiş oldu.

Türkiyə-ABŞ münasibətləri keçmişdə bir çox fırtınadan keçib: Conson məktubu, 1970-ci illərin sonundakı silah embarqosu və Vaşinqtonun TBMM-in 01 mart 2003-cü il tarixli qərarına verdiyi çirkin cavab reaksiyası bunun nümunələrindən bir neçəsidir. Ancaq mövcud durum bundan fərqlidir. Səfir Bassın davranışının təməlində xəbis bir kin-küdurət və hətta bundan da o tərəfə olan bir şeylər vardır. ABŞ-ın Türkiyəyə yanaşmalarında uzun zamandır sərgilədiyi, bariz bir imperatorluq hikkəsi vardı. Lakin bu hikkə nadir hallarda bu şəkildə açığa çıxmışdı. Münasibətlərin bundan 20 il öncəsindəki kimi, “yaxınlıq” olaraq adlandırıla biləcək bir səviyyəyə çatması üçün ABŞ-ın rəsmi şəxsləri Türkiyə vətəndaşlarına, onların seçilmiş təmsilçilərinə və türk suverenliyinə çox daha böyük bir hörmət – eynən bərabər bir tərəfmüqabilə və bir müttəfiqə təbii şəkildə göstərilməsi lazım olan hörmət kimi – göstərmək məcburiyyətində qalacaqlar.

Topuzun həbsi ilə bağlı olan hadisələr bütövlükdə MKİ-nin 2014-cü ildə Almaniyaya qarşı casusluq etməsilə bağlı ortaya çıxan qalmaqallardan birini xatırladır. Lakin o durumdan qaynaqlanan zərər məcburiyyət üzündən, tezcə nəzarət altına alınmışdı. Keçən il Türkiyədə olan uğursuz çevriliş cəhdinə Obama iqtidarının verdiyi qüsurlu və gecikmiş reaksiya, bir də bu azmış kimi, PKK-nın bir qolunu silahlandırma məsələsində göstərilən inadçı qərarlılıq Türkiyə-ABŞ münasibətlərindəki mövcud rəsmin üstünə oturduğu daha böyük konteksti göstərir. ABŞ-ın rəsmi şəxsləri 2014-cü ildə MKİ-nin Almaniyadakı casusluq qalmaqalında etdikləri kimi, təcili olaraq dəyən zərəri nəzarət altına almaq yerinə, Türkiyədə elə də bir tələsiklik duyğusuna sahib deyillərmiş kimi davranırlar. Çünki Türkiyə ilə münasibətləri artıq son beş ildə darmadağın olmuş durumdadır. Türkiyə-ABŞ münasibətlərini sarsıtmaqda olan digər problemlər səbəbilə Topuzun həbsinə verilən rəsmi reaksiya iki NATO müttəfiqi arasındakı münasibətlərə çox böyük zərər verdi. Bəlkə də digər problemlər olmasaydı, bu qədər zərər verməzdi.

Vəziyyət belədir: ABŞ, PKK-nın Suriya qoluna yüzlərlə tır dolusu silah göndərdiyi bir vaxtda, Gülən təşkilatının üzvlərinin Türkiyə dövlətinə və cəmiyyətinə zərər vermək məqsədilə qanunsuz fəaliyyətlər göstərməsinə, xüsusən də təxribat törətməsinə yardımçı olmaq üçün istifadə olunmuş bir telefon məsələsində çox narahat olduğunu iddia edir.

Yaxşı, bəs Türkiyə vətəndaşları bundan nə anlayır? Bu o deməkdir ki, ABŞ-ın rəsmi şəxslərinin nəzərində türklərin həyatı və təhlükəsizliyi bir cib telefonu qədər belə əhəmiyyətli deyil.

Və sonra da ABŞ-ın rəsmi şəxsləri Türkiyədə yüksələn antiamerikanizmə təəccüblənirlər, eləmi?

Öz ikiüzlülüklərinin fərqində olmaqdan aciz bir halda olanlar, Eliotun şerindəki içi boş adamları təmsil edirlər: içləri hikkə və özünüaldatmayla dopdolu, Amerika İmperiyası inləyə-inləyə sonuna yaxınlaşırkən, unudulmağa məhkum, azmış, zor tərfdarı olan ruhlar.
(Tərcümə Strateq.az)

Qeyd: 1999-cu ildən İstanbulda yaşayan Adam Makkonel tarix sahəsində magistr və doktor dərəcələrini də aldığı Sabançı Universitetində Türk tarixindən dərs deyir. Əsas araşdırma sahələri XX əsrin türk tarixi, Türkiyə-ABŞ münasibətləri, XIX və XX əsr dünya tarixidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar