Türkiyənin Çanaqqala şəhərində yerli vaxtla saat 01:12-də 4 bal gücündə zəlzələ baş verib
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Çan rayonunda, ocağı isə 14,55 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
pia.az