Aktrisa Türkan Şorayla bağlı kədərli xəbər yayılıb
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl böyrəyində "Cushing" sindromu olduğu deyilən aktrisanın ikinci böyrəyi də eyni xəstəliyə tutulub.
Bu barədə sənətçinin meneceri Bircan Şilan bildirib. O, aktrisanın artıq çəkisini də bununla əlaqələndirib.
Qeyd edək ki, bu xəstəlik ürək və damar problemlərinə, sümük əriməsinə səbəb ola bilər.
pia.az