Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk kəşfiyyatına təslim olan PKK/YPG lideri sirləri açır


Türk kəşfiyyatına təslim olan PKK/YPG lideri sirləri açır -Heyrət doğruracaq açıqlamalar


PKK terror təşkilatının Suriya qolu PYD-nin daxil olduğu SDG-nin mətbuat katibi Talal Silo Suriyadan Türkiyəyə qaçdıqdan sonra ABŞ-ın PYD-yə verdiyi hərbi yardım və İŞİD-ə qarşı mübarizə altında əldə olunan razılaşmalar haqda danışıb.

Avropa.info xəbər verir ki, Silo bu barədə Anadolu Agentliyinin suallarına cavab verib.

- Amerikalılarla ilə ilk əlaqələriniz necə başladı?

- Mənimlə Suriya xaricində görüşmək istədilər. Vertolyota oxşayan aparatla gəldilər. Mindirib Ərbilə apardılar. Ərbil aeroportundakı ABŞ bazasında iki gün qaldım. İşlərin koordinasiyası və mətbuat işləri ilə bağlı danışdıq. SDG-yə dəstək verən medianı müəyyənləşdirdik. Hansılarına reportaj verə biləcəyimizi danışdıq.

- Amerikalı yüksək vəzifəli şəxslərlə birbaşa görüşdünüzmü?

- Görüşlər birbaşa baş tutdu. Mən də görüşlərdə iştirak etdim. ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqurkla, ABŞ rəhbərliyində “Təbii qətiyyət” əməliyyatının birgə missiyasının komandanı Stiven Taunsendlə və CENTCOM komandanı Votel ilə görüşlərdə iştirak etdim. Bizdən iştirak edənləri Şahin Cilo (SDG-nin YPG-li komandiri) müəyyən edirdi. Çələbiyə bazasındakı bütün görüşlərdə iştirak edirdim. ABŞ Dövlət Departamenti ilə iclas keçirdik. Cilo ilə ABŞ hakimiyyəti arasında tam bir koordinasiya vardı.

-PYD/PKK-nı pərdələyən SDG-nin emblemindəki Suriya xəritəsinə Hatayı niyə daxil etdiniz?

- Cuilo bizə dedi ki, “Suriya dövləti Türkiyəyə bir vilayət qurban verərək quruldu. Amma biz ondan imtina etməyəcəyik.” Bu iclası Hasəkədə YPG-nin ictimaiyyətlə əlaqələr binasında keçirdik.

-SDG mətbuat katibi olaraq nə danışacağınıza necə qərar verirdiniz?

-Mən Cilonun təlimatı ilə mətbuat katibi vəzifəsinə gətirildim. Təyin olununca Bahoz Erdal məni Karaçoka yeməyə dəvət etdi. Hər şeyi danışdıq. Mənə bir silah hədiyyə etdi. SDG-də açıqlama vermə təlimatı Cilodan gəlirdi. Mətni mənə “WhatsApp” və “Viber” vasitəsilə göndərirdi. Redaktə edirdim. Bahoz Erdal işdən çıxanda Nurəddin Sofi gəldi. Bəyanatları o tənzimləyirdi. Başsağlığılarını belə icazə ilə dərc edərdim. Rəqqanın xilası ilə bağlı oxuduğum bəyanatı da Cilo verdi. Məncə bəyanatı o, yazmamışdı. Elə bir qabiliyyəti yoxdur.

- Amerikalıların tələbi ilə verilən mətbuata açıqlanan bəyanatlar oldumu?

- Türkiyədəki bir partlayışı qınamağımızı istədilər. Bir də SDG-nin PKK ilə əlaqəsi olmadığına dair açıqlama verməmizi istədilər. Bəyanatı cilo verdi. Cilodan bunun səbəbini soruşunca “ABŞ belə istədi. Beləliklə bizim (SDG) PKK ilə əlaqəmizin olmadığı göstəriləcək. Bizim rolumuz kağız üstündə idi.

- Qurama SDG ilə PKK-nın Qəndildəki liderləri arasındakı münasibət necə idi?

- Şahin Cilo SDG baş komandiri olmasına rəğmən söz sahibi deyildi. Təlimatlar Bahoz Erdaldan gəlirdi. Bahoz da Sabri Okdan əmr alırdı. Bu münasibətləri üzə çıxarmaq üçün mənə iki il lazım oldu. Asan olmadı. Məni xüsusilə ABŞ ilə müzakirələrdə özləri ilə götürməyə məcbur idilər. Silah təhvili zamanı belə iştirak etdim. Bu proses daxilində onların etibarını qazandım. Bütün özəl sirlərindən agaham. PKK region üçün verilən hərbi, mülki və iqtisadi qərarları həyata keçirir. Bütün qərarlar Kandildə verilir, Suriyada olanlar yerinə yetirirlər.

- PYD/PKK SDG adı altında ABŞ yardımlarını necə almağa başladı?

- SDG qurulduğu dövrdən bu tərəfə ABŞ-dan silah və sursat yardımı alır. Bunları YPG-yə paraşütlə atırdılar. SDG elan edildikdən sonra ABŞ-ın istəyi ilə kürd faktoru səsləndirilmədən fərqli adlar altında silah və sursat yardımı verildi. Mən də iki partiya silah aldım. Bizim aldığımız yüngül silahlar idi. Rus istehsalı idi. SDG qurulanda amerikalı nümayəndə heyəti gəldi. SDG hərbi şurası üzvlərinin barmaq izlərini və göz qişası izlərini götürdülər, fotolarını çəkdilər.

Amerikalılar ilk dəfə gələndə Hasəkə ilə Tel-Temr arasında İstirahət əl-Vəzir adlı kiçik bir bazada qaldılar. Orada kiçik vertolyot eniş zolağı düzəltdilər. Yaxınlıqda Dirbasiyə yolu üstündə Tel-Beyder adlı ikinci bazanı tikdilər. Bizə oradan silah verirdilər. Silahlar Simalka (Suriya-İraq sərhədi) keçid məntəqəsindən gəlirdi.

Son Çələbiyə bazası fəaliyyətə başladı. Bura əvvəllər fransızların sement fabriki idi. Ayn İsa ilə Karakozak körpüsü arasındakı Sırrinin yaxınlığında yerləşir. Böyük ABŞ hərbi bazası tikdilər. SDG-yə verilən bütün yardımın əsas anbarı bura idi. Çələbiyə bazası fəaliyyətə başlayınca yardımları artdı. Tramp hakimiyyətə gəldikdən sonra tam dəstək aldıq. Simalka sərhəd-keçid məntəqəsindən hərbi sursat daşıyan yüzlərlə hərbi maşın gördük. Hamısını Çələbiyəyə daşıyırdılar. Buradan SDG-yə gedir adı ilə YPG-yə verirdilər. Çələbiyə girişində adı Hemin olan bir YPG nümayəndəsi vardı. Koordinasiyanı o, təşkil edirdi. İstər silah, istər texnika olsun, o, təhvil alırdı. Bəzən bazaya gətirir, bəzən də eyni bölgədəki əsas anbara aparırdı. YPG-nin silahlarına görə məsuliyyət daşıyan komandir Safkana təhvil verirdi. O, da müəyyən edilmiş bölgələrə paylayırdı.

- ABŞ silah yardımı xaricində hansı dəstəkləri verirdi?

- Hərbi təlim keçir. Bu məqsədlə qurulmuş düşərgə var. Müalicə üçün sağlamlıq mərkəzləri var. Təcili tibbi yardım və sürətli cərrahi əməliyyatlarda istifadə edirlər. Amerikalı və fransız tibbi heyətləri var. Bundan əlavə fransızlar snayper (Kanas) təlimi verirdi.

-ABŞ yardımlarının dayandırılacağı barədə siqnal verildimi?

-ABŞ-ın son bəyanatlarına görə, bundan sonra silah verməyəcəklər. Amma kifayət qədər silah alıblar. Aldıqları pulun həddi-hüdudu yoxdur.

- PYD/PKK ABŞ-dan müstəqil fəaliyyət göstərə bilirmi?

- ABŞ-ın icazəsi olmadan heç bir hücum həyata keçirilməz. Çünki dəstəyi ABŞ verir. Xüsusilə də hava dəstəyini. Amerikalılarda İŞİD-i quru əməliyyatları olmadan məhv edə bilməzlər. Hər kəs bunu bilirdi.

- PYD/PKK liderləri ilə amerikalılar arasında konflikt baş vermirmi?

- Heç bir ixtilaf yoxdur. Çünki hər iki tərəf bütün məsələlərdə razılaşıblar. ABŞ SDG-yə açıq və limitsiz hərbi yardım verdi. Birlikdə fəaliyyət göstərmələri ortaq mənfəət məsələsidir. SDG yaxud PKK-nın mənfəəti bu regionda hakimiyyət qurmaqdır. Qurdular da. ABŞ-sız bu həyata keçməzdi.

- ABŞ-ın Suriya ərazisində hərbi mövcudiyyəti hansı səviyyədədir?

- Danışıqlarda bizə deyilənə görə, hal-hazırda 2 min nəfər amerikalı hərbçi var. Təlimçilər, hərbi məsləhətçilər, hava əməliyyatlarının rabitəçisi kimi vəzifəli şəxslər var. Dəniz piyadalarının batareya bölükləri və xüsusi təyinatlıların personalı mövcuddur. Başqa ölkələrdən də hərbçilər var. İngiltərə, Fransa, Danimarka kimi. Amma çox azdırlar.

- ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Makqurkun Suriyada təsir qüvvəsi nə qədərdir?

- Ən əvvəldən çox böyük təsirə malikdir. Məsələn Çələbiyə bazasındakı iclasımızda Mənbicin xilas edilməsi müzakirə olundu. Bunu təklif edən o, idi. Türk tərəfini razı salmağımız üçün çoxu ərəblərdən formalaşdırılan təşkil olunana hərbi şura qurulmasının vacibliyini dedi. Beləliklə şəhəri xilas edənlərin Mənbicin öz sakinləri olması görüntüsü yardılması istənilirdi. Eyni təklif Rəqqada da gördük. Təklifləri verərkən “Türkləri razı salmağımız lazımdır” deyirdi. Onun üçün də oyundakı ünsürlərin ərəblərdən formalaşdırılası görüntüsü verməyimizin lazım olduğunu deyirdi. Mənbic Hərbi Şurası daxilində Mənbic Türkmənləri Birliyi yaradılmışdı. Halbuki daxilində heç kim yox idi. Mən belə mənə bağlı görünən qrupun adlarını uyduraraq yazdım. Bu iş Makqurkun tələbi ilə edilirdi.

Rəqqa əməliyyatında da sadəcə Ərəb Koalisiyasının iştirakı bəyan edilmişdi. Əslində Ərəb Koalisiyası deyilən bir şey yox idi. Şahin Cilo komandası altında SDG-nin apardığı siyasəti Makqurk idarə edirdi.

Mənbicin xilasından sonra SDG-nin şəhəri xilas etdiyini, YPG-nin şəhərin xaricinə çıxarıldığını, şəhərdə qalanların oranın yetirmələri olduğunu bildirən bir bəyanat verməyimizi istədi. Təbii ki, həqiqətlə əlaqəsi yox idi.

- PYD/PKK-nın Rəqqada İŞİD-lə razılaşaraq oradan çıxmalarına kömək etməsi böyük əks-səda verdi. Rəqqada nə baş verdi?

- Rəqqa danışıqları Ayn İsada SDG baş qərargahında keçirildi. İki gün davam etdi. İŞİD-lə əlaqə quran Əbu Məhəmməd, Cilo və müavini Kahraman görüşdülər. İŞİD-in Deyr-əz-Zor xaricində gedə biləsi yeri yox idi. ABŞ buna razı idi. Çünki SDG eyni anda Rəqqa və Deyr-əz-Zora qarşı hücuma keçmişdi. Deyr-əz-Zordakı adamları zəif idi. ABŞ isə rejim ordusu gəlmədən İraq sərhədinə çatması üçün SDG-nin Deyr-əz-Zor əməliyyatına başlamasını istəyirdi. Amerikalılara görə, rejim ordusu Deyr-əz-Zora 6 həftə ərzində çata bilərdi. Fəqət rejim ordusu gözləniləndən daha sürətli irəliləyincə, ABŞ SDG-nin İŞİD ilə danışıqlara başlamasını istədi. Beləliklə terrorçular Rəqqadan çıxıb Deyr-əz-Zordakı Bukemla gedəcək, rejimin irəliləyişinə mane olacaqdılar. 3500 nəfər terroçunun çıxışına icazə vermək məqsədilə danışıqlar aparıldı. 500-ə yaxın qadın və uşaq var idi.

ABŞ ilə Cilo bu terrorçuların Suriya rejim ordusundan əvvəl Deyr-əz-Zora çatmasını istəyirdi. Bu səbəblə Rəqqadan çıxanlar vurulmayacaqdı. Eyni gündə Cilo məndən mətbuatın qarşısına çıxıb bir teatr tamaşası göstərməyimi istədi.

Media heyəti olaraq “teatr”ı hazırladıq. Oyuna görə, rəqqalı ərəb aşirətlərinin iştirakı ilə 275 yerli İŞİD terrorçusu SDG-yə təslim olmuşdu.

Bunun əvzində şəhərdən 3500 mülki şəxs çıxarılacaqdı. Əslində heç kəsin təslim olmadığı bu teatrda 275 nəfərin mövcudluğunu göstərmək üçün Ayn İsa düşərgəsindən adamlar gətirib qoydular.

İkinci oyunu mətbuat üçün oynadılar. Jurnalistlərin Rəqqaya getməsinə qadağa qoydular. Jurnalistlərə dedilər ki, şəhərdən çıxmaq istəməyən əcnəbi İŞİD üzvləri ilə döyüşlər aparacaqlar.

Halbuki bir güllə belə atılmadı. Bu müddət ərzində şəhərdən çıxarılan İŞİD üzvləri gedəcəkləri yerə çatdılar. Bunun ardınca Rəqqanın alındığını elan etdik.

Sonradan öyrəndik ki, İŞİD-çilərin bir qismi rüşvət verərək, Deyr-əz-Zor xaricində başqa yerlərə gediblər. Bir çox “Fərat Qalxanı” əməliyyatında ələ keçirilən yerlərə gediblər.

- Rəqqaya daxil olanda nələr gördünüz?

- Rəqqada baş verənlər şəhərin xilası yox, məhv edilməsi idi. Rəqqanın xilasını elan etdiyimiz gün ora getdim. Təəssüf ki, şəhərə dəyən zərərin böyüklüyü qarşısında şok oldum. 95%-i yerlə-bir olmuşdu.

SDG-nin qurulma məqsədi xalq və torpaqlarımızı İŞİD terror və zülmündən xilas etmək idi. Ancaq qurtuluş deyilən şey mənim gördülərim idisə, belə bir qurtuluşa ehtiyac yox idi. Çünki bu dağıtmaq idi. Dağıdılma hər iki tərəfin əli ilə oldu. SDG dağıtdı, aBŞ şəhərin tamamilə dağıdılmasına səbəb oldu. Səbəbini hələ də bilmirəm. Sonra Rəqqa Mülki Məclisi beynəlxalq ictimaiyyətdən şəhərin bərpa olunması üçün dəstək istədi. Şəhərin bərpa olunması bəhanəsi ilə şəxsi mənfəət əldə edəcəkləri görünür.

- Rəqqa kimi başqa danışığa gedilmiş döyüşlər oldumu?

Rəqqa İŞİD-çiləri razılaşaraq təxliyə etdikləri ilk yer deyildi. Üçüncüsü idi. ABŞ və Cilo razılaşaraq etmişdilər. Mənbicin xilas edilməsinin elanından bir az əvvəl Mənbic Hərbi Məclisi bəyanat verdi. İki min İŞİD-çinin mülki şəxslərin əhatəsində şəhərdən çıxmasına icazə verildiyini bildirdi. SDG ABŞ və Mənbic Hərbi Şurası İŞİD-çilərin təhlükəsizliyini təmin edib Cəablusa doğru getmələrinə icazə verdilər. İlk razılaşma bu idi.

- PYD/PKK-nın İŞİD-lə digər razılaşması harada olmuşdu?

- Digəri Fərat çayı üzərindəki Tabkada oldu. Tabkanı Sevre yaşayış məntəqəsi ilə su bəndi ayırır. Tabka alındı və elan edildi. Amma Sevre qaldı. Neçə dəfə əməliyyat keçirilsə də uğursuz oldu. İŞİD-in şiddətli müqaviməti var idi. Danışıqlar aparmağa məcbur qaldılar. Rəqqada da danışıqları aparan Əbu Məhəmməd araya girdi. Kürəkəni Tabkada İŞİD əmiri idi. Ondan 500 terrorçunun Cilo və amerikalılar tərəfindən təhlükəsiz şəkildə çıxması üçün İŞİD-lə danışıqlar aparılması istənildi. İŞİD-çilərin tələbi silah və sursatla Rəqqaya getmək idi. Cilo bizim adımızdan amerikalılarla görüşdükdən sonra İŞİD-ə təhlükəsiz çıxış icazəsi verildi.

- Türkiyə ABŞ-a Rəqqanı birgə əməliyyatla almağı təklif etmişdi. ABŞ bu məsələni gündəmə gətirdimi?

- Amerikalıların o təklifi etdiyi iclasda mən də iştirak etmişdi. Makqurk və amerikalı senator Con Makkeyn də vardı. Makkeyn Türkiyənin Tel Abyaddan açılacaq 25 km-lik koridordan ərəb döyüşçülərlə bir yerdə öz qoşunlarını Rəqqaya aparmağı təklif etdi. Şahin Cilo bunu eşidincə Türkiyəyə və onlarla gələnlərə 25 sm-lik koridor belə açmayacaqlarını dedi. Makkeyn dediyi sözlə kifayətləndi. Sonra SDG-nin silah tələbi ilə bağlı danışdılar. Makkeyn dəstəyini təkrarladı. Yardım sözü verdi. Tək bir şeyə qarşı çıxacaqlarını, təyyarə vuran silah verməyəcəklərini dedi.

- Rəqqada PKK lideri Öcalan plakatının asılmasına ABŞ bəyanat yayaraq etiraz etdi. Tərəflər arasında nə baş verdi?

- Amerikalılar PYD/PKK ictimai fikirdə çətinə düşməsin deyə plakatlar və şüarlar məsələsində həmişə xəbərdarlıq edirdi. Kürd tərəfi xəbərdarlığa əməl etməzdi. Amerikalıların bizimlə görüşdüyü yerlərdə Öcalan plakatları olurdu. Hətta SDG-nin ilk qurultayında belə vardı. Bölgədəki bayraqların hamısı YPG, YPJ və bənzərləri idi. Yənid SDG bayraqları görə bilməzdiz. Amerikalılar kiminlə işlədiklərini yaxşı bilirlər.

- Terror liderləri verdikləri dəstək qarşılığında PKK/KCK yəni təşkilatın bünövrəsi üçün beynəlxlaq aləmdə açıq dəstək istəmədilərmi?

- Daha necə dəstək olacaq ki? PKK-nın silah və pul dəstəyinə ehtiyacı var. Silahlar SDG-yə, ondan da YPG-yə gedirdi. YPG-dən də PKK-ya çatırdı. Doyası ilə Şahin Cilonun gəlin PKK-ya silah verin deməsinə ehtiyac yoxdur. Zatən ən sonda YPG vasitəsilə PKK-ya çatır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar