Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk əlifbasında “ə“, “x“ səsləri ilə bağlı təklif

Türkdilli ölkələr üçün ortaq türk əlifbasının yaradılması olduqca vacibdir və hazırda bunun üçün işlər aparılır


Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.

M.Nağısoylu bildirib ki, ortaq türk əlifbasının olması Beynəlxalq Türk Akademiyası tərəfindən bu yaxınlarda Astanada keçirilən beynəlxalq simpoziumda da müzakirə edilib:

"Simpoziumun bölmələrindən biri türkoloji qurultayın 90 illiyinə həsr olunmuşdu. Tədbirdə iştirak üçün 40-a yaxın ölkədən alimlər gəlmişdilər. Onların da hamısının fikri belə oldu ki, bütün türk xalqları vahid əlifbadan istifadə etməlidirlər. Bu onların yaxınlaşmasına kömək edər. Biz də təbii ki, bu işə öz töhfəmizi verməliyik".

Hazırkı latın qrafikalı Azərbaycan əlifbasını təkmil sayan M.Nağısoylu hesab edir ki, əlifbamızda hər hansı dəyişiklik etməyə ehtiyac yoxdur.

Amma İnstitut rəhbəri Türkiyə türklərinin əlifbasında bəzi dəyişikliklərin edilməsi üçün öz təkliflərini də açıqlayıb: "Türklərdə "ə" səsi, "x" səsi - ola bilsin ki, müəyyən dialektlərdə "x" səsi yoxdur - olsa da, onları ifadə edən ayrıca bir işarə yoxdur. Məsələn, onlar "əvət" deyirlər, "evet" demirlər ki! Azərbaycan əlifbasında olduğu kimi, türk əlifbasında da "ə" və "x" səslərini bildirən hərflərin olması məqbul olardı, çünki həmin səslər var. Buna görə də bu səsləri mütləq ifadə etmək lazımdır. Yəni ortaq məxrəcə gəlmək lazımdır. Bu, çox vacibdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar