Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk ekspert tarixin gedişini dəyişən iki gün haqda: “Türkiyənin əl-qolunu bağladılar”



Yalçın Doğan

T24 (Türkiyə), 14.05.2017


Biri ağır silah verir, o biri bayraq qaldırır. Hər ikisi bizə birağıza deyir: “Siz burada çox da veyllənməyin!”

Türkiyə iki gündür dalbadal sərt tədbirlərlə üzləşir. Birbaşa deyil, dolayısı ilə görülən işlər cənub sərhədimizdə Türkiyənin əl-qolunu bağlayır. Amerika və Rusiya Türkiyənin illərlə mübaruzə apardığı terrorçu qurumları himayəyə götürür – istər PKK olsun, istər “Demokratik Birlik” partiyası (PYD) və yaxud Xalq özünü müdafiə dəstələri (YPG). Formal və faktiki olaraq.

İlk addımı Amerika atıb – iki gün əvvəl ağır bildirib ki, ağır silah verir və verəcək. Növbəti gün (dünən) Rusiya Suriya ərazisində öz bayrağını qaldırıb.

Amerika və Rusiya əl-ələ tutub Türkiyəyə deyir: “Bir kənara çəkil və burada heç nəyə qarışma”.

“Burada şef mənəm”

Suriyada Rusiya bayrağının qaldırılması adi hadisə deyil. Rusiya Türkiyəyə deyir: “Əsədlə mübarizə aparmağa cəhd etmə! Burada şef mənəm!”

Dövlət harada bayraq qaldırır? Öz torpaqlarında.

Deməli, Rusiya Suriyanı “öz ərazisi” sayır, Əsəd isə buna icazə verir. Əsəd onsuz da lap başdan Rusiya ilə yan-yanadır.

Əgər öz ərazisi sayırsa, onda deyir: “Burada divan haqqı mənimdir”. Türkiyənin bu vaxtdan bəri Suriya ilə sərhəddə və ərazisində, Rakkada, Afrində və yaxud daha haradasa fasiləsiz hərbi əməliyyatlar aparmağı asan olmayacaq!

Rusiyanın Suriya ərazisində bayraq qaldırdığından çıxış etməklə Türkiyənin Suriyaya münasibətdə keçirəcəyi hər bir əməliyyat zamanı bundan sonra qarşısında Suriyanı deyil, Rusiyanı görəcək. Şimal qonşumuz Rusiya bir anda cənub qonşumuz olur.

Amerika da.

Bu qayda ilə cənubda qəflətən iki qonşumuz – Amerika və Rusiya peyda olur.

10–11 may

Baş verənin daha ciddi tərəfi bundan ibarətdir ki, Ədalət və İnkişaf partiyası rəhbərliyinin ayrılmaz hissəsi Anadolu agentliyinin məlumatında bayraq qaldırılmasının əsasında duran “sirr” açılır: “Bayraq PYD və PKK şaxəsi YPG-i qorumaq qəsdilə qaldırılıb”. Bundan belə Türkiyə Suriyada terrorçu qurumlara qarşı transsərhəd əməliyyatları keçirmək istəyirsə, min dəfə düşünməli olacaq – artıq Əsədlə mübarizəni demirik.

Rusiya bayraq qaldırmaqla deyir ki, bu cür hərbi əməliyyatları “özünə qarşı yönəlmiş sayacaq”.

2017-ci ilin 10 və 11 may günlərini özəl ayırmaq lazımdır. Bu günlərdə bölgəmizdə tarix yenidən yazılmağa başlanır. İki böyük dövlət bu günlərdə terrorçu təşkilatları formal və faktiki olaraq qanadı altına alır – özü də bağlı qapılar arxasında deyil, bütün dünyanın gözü qabağında. Ola bilsin ki, onlar bir-birini əvvəlcədən xəbərdar edib ki, biri ağır silah verəcək, o biri bayraq qaldıracaq və bu onların birgə qərarı idi.

“Aparıcı ölkə” haqqında nağıl

Bəs “aparıcı ölkə”?..

Balkandan Yaxın Şərqə qədər bu torpaqlarda bütün hər şey barədə bizdən sorulduğu barədə nağıl?

Bəs “energetika dəhlizi” necə?..

Yaxın Şərqdəki bütün dövlətlər, Amerika, Rusiya, Avropa daxil olmaqla hamı tərəfindən bizə ayrılan rol haqda nağıl?

Bəs “bizim müttəfiqlərimiz”?..

Amerika, Rusiya, guya müxtəlif səfərlərin gedişində əldə edilmiş inanılmaz uğurlar? “Terrorçu təşkilatlara qarşı əməkdaşlıq”?..

Bu nağıl bitmir.

Heyhat, Davudoğlu, heyhat

Bu nağılların ümumi qəhrəmanı var. 2011-ci ildən sonra bizi bütün bunlara doğru əvvəlcə xarici işlər naziri, sonra baş nazir Davud Əhmədoğlu aparıb. Onun dediklərindən heç biri həyata keçməyib. Nə “Dəməşqdə cümə namzı qılacağıq” (hamı bilir ki, bu ifadə Türkiyə prezidenti Ərdoğana məxsusdur-tərc. ), nə “bölgədəki hər şey barədə bizdən soruşurlar”, nə də “biz, Osmanlı imperiyasının törəmələri Qafqazdan Balkana qədər hamını idarə edəcəyik…”

Hansı nağılı götürürsən-götür.

Onun təqib etdiyi xarici siyasətın ardınca faciələr törədi. 

“Vəhdət və tərəqqi” (Türkiyənin inqilabçı burjuaziyasının – gənc türklərin – siyasi partiyası-tərc.) dövründən bəri, yəni bir əsr müddətində  bu cür məğlubiyyət olmamışdı.

“Hətta İranda da”

Rusiya, bayraq, Amerika, ağır silahlar və bütün bunlarla heç bir bağlılığı olmayan tamamilə başqa bir mövzu: İranda prezident seçkiləri.

Rəqabət altı namizəd arasında dönüşür. Altı namizəd teleekranlarda görünür və bir-biri ilə mübahisə edir. Mən bunu böyük həsəd və qüssə ilə seyr edirəm – hətta İranda da…

Son 15 il müddətində bizdə seçkilər vaxtı liderlərin toplaşıb bir-biri ilə debatlara girişdikləri bircə proqram da yoxdur…

Hətta bu nümunə də yetərlidir ki, ölkəmizdə demokratiyanın nə olduğu sübut olunsun.

Artıq iki gündür vird edirəm – “hətta İranda da”(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar