Cari ilin yanvar-may aylarında ölkədə ümumi daxili məhsulun 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində formalaşıb
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 694,8 milyon manat dəyər yaranıb. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artım deməkdir.
Nəzərə çatdıraq ki, cari ilin 4 ayında bu sektorun ÜDM-də payı 583,2 milyon manat təşkil edib. Aprel ayı ilə müqayisədə mayda 1 faiz artım olub.
pia.az