Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Turistlərlə Azərbaycana gələn bələdçilər üçün yeni şərt qoyula bilər


Azərbaycana səfər edən turistlərin özləri ilə əcnəbi bələdçi gətirməsinin qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişiklik etmək olar


PİA.AZ Trend-ə istinadən bildirir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, hazırda əsasən ərəb turistləri Azərbaycana gəldikdə özləri ilə bələdçi gətirirlər:

"Əcnəbilərlə bələdçilərin gəlməsi halları axın formasında deyil. Amma müəyyən zamanlarda bu hallar müşahidə edilir. Bu bələdçilər bəlkə də turistlərə abidələrimiz, tarixi yerlərimiz haqqında düzgün olmayan, fərqli məlumat verirlər?! Ona görə də qanunvericlikdə qeyd olunmalıdır ki, bələdçilər akkreditasiyadan keçib kart aldıqdan sonra bələdçilik edə bilərlər. Əgər bələdçinin akkreditasiya kartı yoxdursa, onun bələdçilik etməyə səlahiyyəti yoxdur".

A.İsmiyev bildirib ki, hazırda Azərbaycanda bələdçi kimi fəaliyyət göstərmək istəyən şəxslərin hamısı Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən akkreditasiyadan keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar