rezonans

Xəbər xətti

24 İYUN

10:58 “Neftçi” heyətinə daha bir xorvatı qatdı

10:54 Trampın mətbuat katibi restorandan qovulub

10:50 Mərkəzi Bank 350 milyon manat cəlb edir

10:46 Ankarada 11 PKK üzvü saxlanıldı

10:42 İki gün əvvəl ağır yaralanan sürücü öldü

10:37 OPEK-dən Rusiyaya təklif

10:33 Bakıda “Türk ulduzları” möhtəşəm şou göstərəcək

10:28 Bağçalarda fərdi videomüşahidə yaradıla bilər

10:23 Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib

10:19 AXCP-yə hörmətsizlik: Elçibəyin məzarı başında...

10:15 Hacıqabul sakini xalası qızının boğazını kəsdi

10:11 Salyanda18 yaşlı oğlan öldü

10:07 Türkiyədə prezident və parlament seçkiləri keçirilir

10:04 Atəşkəs 92 dəfə pozulub

10:00 Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”



MÜSAHİBƏ

...

Tünzalə Rafiqqızı: “Elə bilirsiniz, mən rüşvətə şərait yaratmamışam?” – Müsahibə (II Hissə)

Tarix 13.06.17, 11:14

Font ölçüsü : - / +
bitmap-img6

Tanınmış telejurnalist: “Cəmiyyətin bu günə düşməyində hamımız günahkarıq”.


“Aparıcılarımız məhz çörək puluna görə hər cür verilişi aparmağa razı olurlar”.

Azərbaycan mətbuatının tanınan simaları arasında özünəməxsus yer tutan şəxslərdən biri də jurnalist Tünzalə Rafiqqızıdır. Həyatının müəyyən hissəsini jurnalistika sahəsində keçirən xanım jurnalistlə mətbuatın dünən və bu gününü müzakirə etdik. Bu müzakirənin nəticəsi olaraq, PİA.AZ  telejurnalist Tünzalə Rafiqqızı ilə olan müsahibəni oxucularına təqdim edir:

Dosye: BDU-nun jurnalistika fakültəsini bitirib. Jurnalistlik fəaliyyətinə 1995-ci ildən tələbəykən başlayıb. Müxtəlif media sturukturlarında çalışan Tünzalə Rafiqqızı həm də Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyib. İkinci dərəcəli dövlət qulluqçusudur. ATV, ANS və Space kanallarında aparıcı-jurnalist və  xəbər xidmətinin müdir müavini vəzifələrində çalışıb. Bir qızı var.

Müsahibənin birinci hissəsini BURDAN oxuyun.

- Dünyanın  tele və şou aparıcıları, həmçinin bizə qonşu olan Türkiyə, Rusiya və Gürcüstandakı tele və şou aparıcıları ciddi mütaliə ilə məşğul olurlar  və bu şəxslərin hamısı ciddi informasiya bankına sahib olurlar. Bəs Azərbaycan teleməkanında vəziyyət necədir?

- Mən sizdən xahiş edirəm, jurnalsitlər arasında axırıncı dəfə hansı kitabı oxuduqları ilə bağlı sorğu keçirin və görün, nəticə necə olacaq. Mən ciddi mütaliə ilə məşğul olan jurnalistlərin sayını barmaqla göstərə bilərəm. Ləman Ələşrəfqızı, Qənirə Ataşova, Zəminə Əliyeva və bir neçə adamlar bu siyahıdadır. Ölkədə təxmini 10-15 jurnalist daimi mütaliə ilə məşğul olurlar. Hətta bəzi jurnalistlər özlərini göstərmək üçün “google”dan  müəyyən əsərdən olan sitatı götürüb, mənbəyini araşdırmadan yazı yazmağa başlayırlar. Halbuki,  həmin əsərdə bu cür sitatın olub-olmadığını dəqiq bilmirlər. Azərbaycanda çox az jurnalistlər var ki, kitab alırlar. Adını çəkmədiyim bəzi gözəl xanımlar hansısa restoranda görünməyi hansısa bir kitabxanada görünməkdən daha üstün bilirlər. Elə aparıcılarımızın əksəriyyəti də bu cürdür. 

Son illərdə yeni “şou”proqram yaranıb. Kiminsə imza günü olanda sırf görüntü üçün imza gününə gedirlər. O imza günündə əldə etdikləri kitabları da oxumurlar. Yəni,şou xətrinə “imza günü”nə getməyə dəyməz. Bu yaxınlarda bir nəfər məni “imza günü”nə dəvət eləmişdi. Müəyyən səbəbdən dolayı gedə bilmədim, amma sonradan o kitabı açıb içinə baxanda sadəcə dəhşətə gəldim. Kiminsə sponsorluğu ilə o cür kitab çıxarmaqdansa, oxumamaq daha yaxşıdır. 

-  Azərbaycanın hər köşəsində söz-söhbət gəzir ki, müğənnilər efirə telekanal rəhbərlərinə və redaktorlara pul verib çıxırlar. Və iddia olunur ki, bu hal artıq ənənəvi xarakter alıb. Siz teleməkan mətbəxində uzun müddət çalışan biri kimi deyə bilərsiniz, bu iddialar nə qədər doğrudur?

- Bəli, sponsorla gələn aparıcılar kanal rəhbəri və ya redaktoruna pul verib, efirə çıxırlar. Mən şəxsən belə bir adam da tanıyıram. Hətta bir çox telekanallarımızda rəhbəri aparıcının təhsil səviyyəsi də maraqlandırmır. Sadəcə olaraq, aparıcının sponsoru olduğuna görə efir vaxtı alır. Bu iddianı hər kəsə şamil etmək olmaz, amma iddianın həqiqət payı da danılmazdır. Baxın, mənə son illərin xəbər üzünü göstərin desəm, belə bir adam var? Yoxdur. Ancaq Aytən Səfərova, Sevil Nuriyeva  illər uzunu yaddaşlarda qalacaq. 

photoslide_title

Tünzalə Rafiqqızı: “Sponsorla gələn aparıcılar kanal rəhbəri və ya redaktoruna pul verib, efirə çıxırlar”.


- Bəs, yaxın zamanlarda yaddaqalan xəbər sifətinin olacağına inanırsınız?

- Əslində inanmıram. Çünki xəbər sifətinin formalaşması üçün bir baza olmalıdır. Bizdə o baza yoxdur.  Yenə, ANS məsələsini açmalı olacam. Çünki ANS həqiqətən məktəb idi. Gənclər nəzəriyyə üçün  ANS-ə gəlirdilər və sonra orada praktika keçirdilər. Onu da deyim ki, praktikalar çox çətin olurdu. Sanki ANS dərya idi və bir uşağı ora atırdılar. Ya üz çıx, ya da boğul, öl. Düşündüyünüz jurnalistlərin əksəriyyəti o məktəbdən çıxan şəxslərdir. Bu gün isə o məktəb yoxdur. Hansı bir kanalımızın məktəbi var? Heç birində yoxdur. Qeyd edim ki, mən özəl kanalları nəzərdə tuturam. Çünki dövlət kanalı olan AzTv də bir məktəbdir. Mən özüm də AzTv məktəbini keçmişəm. Son zamanlar ARB kanalını tərifləyirlər. Ancaq baxsanız görərsiniz ki, orada çalışanların əksəriyyəti ANS-dən gedənlərdir. 
 
- Sırf reklam xarakterli səhiyyə verlişlərinin və şou-biznesin Azərbaycan efirində at oynatmasını necə dəyərlədirirsiniz?

- Televiziya bir şəkildə dolanmalıdır. Televiziyada səhiyyə və şou-biznes verilişlərinin olması normaldır. Ancaq səhiyyə verilişlərinin kimlərin dəvət olunması əsas məsələdir. Doğrudanmı, o verilişlərə dəvət olunanlar maarifləndirici məlumat verən insanlardır? Bu suala konkret cavab vermək olmur. Əslində kanallarımızda səhiyyə verilişlərinin çox olması normaldır, çünki tamaşaçının seçim haqqı olur. Tamaşaçı daha çox maarifləndiyi kanalın səhiyyə verilişinə baxacaq. Bu vəziyyət isə istər-istəməz kanalların rəqabətini artıracaq. Sadəcə olaraq, bu gün səhiyyə verilişi aparan aparıcının tibb baxımından hansı səviyyədə olduğu mühüm amildir. “Bakı-Tbilisi-Ceyhan” boru xəttinə “Bakı-Tbilisi-Ceyran” deyən aparıcının və ya jurnalistin iqtisadiyyatdan yazmağı necə gülüncdürsə, səhiyyənin ən azından müəyyən hissəsini bilməyən aparıcının veriliş aparması da o səviyyədədir. Əgər jurnalist yalandan da olsa, müsahibinin qarşısında bilikli görünmürsə, müsahibi heç vaxt ona doğru informasiya verməyəcək. 

- Yəni, jurnalistin müsahibin hər fikri ilə razılaşması məqsədəuyğun sayılmır.

- Əslində müsahibin seçdiyi sözlər jurnalisti öz fikirlərinə yönəltmə taktikasından ibarətdir. Əgər jurnalist müsahibin hər fikri ilə razılaşırsa və buna sevinirsə, o jurnalist deyil. Acınacaqlısı odur ki, bu gün mətbuat və televiziyaya model olaraq gələnlərin sayı, jurnalistika fakültəsindən gələnlərin sayından daha çoxdur. Mənimlə birgə jurnalistika fakültəsini bitirənlərdən iki və ya üç nəfər jurnalist kimi fəaliyyət göstərir. Hamı jurnalistikayla məşğuldur, amma jurnalistika fakültəsindən bu qədər məzun olmayıb. 

- Demək olar ki, az-çox intellekt sahibi olan insanlarımızın hamısı ümumi bir fikirdə razılaşırlar ki, Azərbaycan telekanallarının aparıcıları bayağı və meşşan davranırlar? Sizcə, bu nədən baş verir? Efir mədəniyyətinin olmamasındanmı, yoxsa teleaparıcılarımızın böyük əksəriyyətinin diletant və intellektual səviyyələrinin aşağı olmasındanmı?

- Azərbaycanda aparıcılar mövzu seçməkdə tam sərbəst deyillər. Aparıcılarımız məhz çörək puluna görə hər cür verilişi aparmağa razı olurlar. Bu gün mənə hansısa şou-proqram versələr, mən onu aparmağa məcburam. Hansı ki, o verilişi aparanda mənim ürəyim partlayacaq.Ancaq buna məcburam, çünki uşağıma yemək verməliyəm.  Mən Türkiyə, İran, Rusiya, Gürcüstana gedirəm və onlar mənim xəbər aparıcısı olduğumu biləndə fikirləşirlər ki, mənim milyonlarım var. Çünki Türkiyədə xəbər aparıcısının milyonları olur. Ancaq bizdə xəbər aparıcısı 300-500 manat üçün işləyir və öz əmək haqqısını almaq üçün aylarla yalvarır. Kanallarımız var ki, aylarla maaş vermirlər. Xəbər aparıcı var rəhbərlikdən ona heç olmasa 50 manat verməyini xahiş edir. Halbuki, öz əmək haqqısını vaxtında əlinə almalıdır. Bu cür aparıcılar imkan olan kimi rüşvət almağa da meylli olurlar. Biz mərdi qova-qova namərd etməməliyik. 

photoslide_title















Tünzalə Rafiqqızı: “Acınacaqlısı odur ki, bu gün mətbuat və televiziyaya model olaraq gələnlərin sayı, jurnalistika fakültəsindən gələnlərin sayından daha çoxdur”.


-  Heç kim Həmid Herisçinin və adını çəkmədiyimiz bir sıra başqa aparıcıların intellektual səviyyəsinə şübhə etmir. Amma bu da bir faktdır ki, hətta onların belə verilişləri bir çox hallarda diletant və bayağı alınırdı. Bunun səbəbi nədir? 

- Mən Həmid Herisçinin intellektual səviyyəsinə şübhə etmirəm. Onun verilişində bayağılıq olduğunu kim deyibsə, bu onun öz fikridir. Bir mövzuya qarşı fikirlər hər zaman fərqli olur. Bu xalq Həmid Herisçiyə ona görə təşəkkür etməlidir ki, o “Dahilərin divanı” kimi bir verilişi ərsəyə gətirmişdi. Bu illər ərzində elə bir intellektual veriliş ortalığa qoyulubmu?  Gərək, kimisə tənqid edəndə o tənqidə uyğun ola biləcək hansısa faktı ortaya qoya biləsənvə doğrunun necə olduğunu göstərəsən. Öncə Həmid Herisçi qədər işləri olsun, sonra Həmid Herisçini pisləyərlər. Bir insanı təhqir və tənqid eləməkdən asan iş yoxdur. Bu gün media hətta təhqir eləməklə məşğuldur. 

-Sizin özünüzə tam sərbəst olaraq bir müəllif verlişi yaratmaq təklif olunsaydı, ortaya nə qoyardınız?

- Mən iqtisadi veriliş ortaya qoya bilərəm və arxasında da duraram. Ancaq hansı kanal mənə dəstək olacaq? Çünki arxamda dura biləcək adamlar yoxdur. Eyni zamanda sosial problemləri işıqlandıran bir veriliş də ortaya qoya bilərəm. Məsələn, Azərbaycanda tibbi sığorta ilə bağlı maarifləndirici verilişlərə kifayət qədər ehtiyac var. Azərbaycanda özünü brend aparıcı hesab edən şəxslər var ki, tibbi sığortanın nədən ibarət olduğunu bilmirlər. Ölkədə maarifləndirici verilişlərə kifayət qədər ehtiyac var. 

- Azərbaycan jurnalistikasında intellektual səviyyəsi yüksək olan insanların böyük əksəriyyətinin yazılı jurnalistikada toplanmasına baxmayaraq, adətən telejurnalistlər yazılı mətbuatdakı həmkarlarına yuxarıdan aşağı baxırlar. Bu nədən yaranır? Telejurnalistlərimizin hər gün efirdə olub böyük kütlə tərəfindən tanınması səbəb ola bilərmi?

- Mən özüm bu sahəyə qəzet jurnalistikasından gəlmişəm və həmişə deyirəm ki, yaxşı jurnalist jurnalistikaya çap mediasından  gəlməlidir. Televiziyada yazı yoxdur, səs, görüntü var. Televiziyadakıları yazıya köçürəndə ortada heç nəyin olmadığını görürsən. Ona görə də telejurnalistlər içərisində yazı qabiliyyəti olanların sayı çox azdır. Telejurnalistlərin yazılı mətbuatdakı həmkarlarına yuxarıdan aşağı baxması çox mənasızdır. Onlar yuxarıdan aşağı baxıb nə edirlər axı?!  Bilirsiniz, yuxarıya gedib çatmaq asandır, amma orada qala bilmək çox çətindir. Yuxarıdan aşağı düşəndə yenidən iməkləyib yuxarı qalxmq da var. Heç kim yuxarıda çox qalmır. Sayt müxbiri olaraq yadda qalmaq telejurnalist olaraq qalmaqdan daha çox mümkündür. Məşhurluğu tez əldə etmək olar,amma tez də itirmək olur. Televiziyadan biabırçı vəziyyətdə gedən yüzlərlə insanlar var. Ümumiyyətlə, mən “yuxarıdan aşağı baxmaq” ifadəsini qəbul edə bilmirəm. Elə adamlar var ki, gənc jurnalistlərə yaxın gəlmirlər, onlara yuxarıdan aşağı baxırlar. Bu, niyə olmalıdır? Axı, biz özümüz də zamanında o yollardan keçmişik. 

photoslide_title

Tünzalə Rafiqqızı: “Bizdə xəbər aparıcısı 300-500 manat üçün işləyir və öz əmək haqqısını almaq üçün aylarla yalvarır”.


- Belə bir iddia da var ki, dilimiz hələ səhnə və efir mədəniyyəti üçün yetişməyib. Siz nə düşünürsünüz?

- Mən bu iddia ilə razı deyiləm. Azərbaycan dili kifayət qədər zəngindir. Mən düşünmürəm ki, bizdə efir mədəniyyətinin inkişafına dilimiz mane olur.

-  Bəzi jurnalistlər mətbuatda sırf məmurlar üçün fəaliyyət göstərirlər. İstər yazılı mətbuatda, istərsə də, telejurnalistikada məmurların sifarişlərini yerinə yetirən çoxdur. Sizcə, bu normal haldır?

- Bilirsiniz, pul verən sifarişini çaldırır.  Əslində mətbuatda məmurlar üçün çalışan jurnalistlər olmamalıdır. Ancaq təəssüf ki, reallıq tamam başqa cürdür. İndiki vaxtda süpürgəçini bir az irəli çəksən, əlindəki süpürgəyə hökmranlıq edir. İnsanlar ancaq bir-birilərinin üzərində hökmranlıq eləməyi düşünürlər. 

photoslide_title

Tünzalə Rafiqqızı: “Azərbaycanın indiki təhsil siyasəti Misir Mərdanovun atasına rəhmət oxutdurur”.


-  Milli Məclisə Təhsil haqqında qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi daxil olub. Layihəyə görə, universitetlərdə hazırlıq kursları yaranacaq və bu kursları bitirənlər universitetlərə imtahansız daxil olacaqlar. Bu barədə nə deyə bilərsiniz? Sizcə bu absurd deyilmi və rüşvətin yenidən qəbul sisteminə qayıdışı üçün qapılar açılmırmı?

- Rüşvət harada yoxdur ki? (gülür-red). Bizim universitetlərdə təhsil sistemi düzgün formalaşmayıb. Əgər həyatının 4-5 ilini həsr edib universitet oxuyandan sonra bir tapşırıqla, kiməsə pul verməklə işə düzələcəksənsə, o diplom nəyə lazımdır?!  Bizdə diplomlar ancaq cehizlik xətrinə mövcuddur. Ad olsun ki, filankəs ali təhsillidir. Əgər bu gün məmur, nazir belə öz səhiyyəsində öz həkiminə etibar edə bilmirsə, qonşu ölkənin həkiminə etibar edir və orada can verirsə, bizim Tibb Universitetində yetişən tələbələrin sonunun necə olacağı bəlli deyil. 

- Hətta Tibb Universitetində belə tələbələrin əksəriyyəti imtahanlardan öz bilikləri hesabına yox, pul və ya tapşırıq yolu ilə keçirlər...

- Etiraf edim ki, bu cür tapşırmalardan çox eləmişəm. Elə bilirsiniz, mən rüşvətə şərait yaratmamışam? Rüşvət verməsəm də, xahişlərim çox olub. Mən özüm iki universitet oxumuşam, amma heç birində bir manat da pul verməmişəm. Ancaq  digər universitetlər üçün tapşırmalarım olub.

- O zaman belə deyək, bir fərd olaraq heç birimizin ölkədəki rüşvətxorluğa qarşı çıxmağa ixtiyarımız yoxdur. Çünki özümüz də bu vəziyyətin yaranmasında vasitəçi oluruq.

- İsa Məsihin çox gözəl bir sözü var ki, içinizdə kim günahsızdısa, ilk daşı o atsın. Heç birimiz günahsız deyilik. Cəmiyyətin bu günə düşməyində hamımız günahkarıq. Bu baxımdan mən özümü də günahkar hiss edirəm. 

- Karyeranız boyunca jurnalistikayla yanaşı, digər sahələr üzrə də fəaliyyətiniz olub. Bir müddət TQDK-nın “Abituriyent” jurnalında analitik təhlil üzrə  mütəxəssis çalışmısınız. Azərbaycanın mövcud təhsil siyasəti qənaətbəxş hesab oluna bilər?

- Azərbaycanın indiki təhsil siyasəti Misir Mərdanovun atasına rəhmət oxudur. Mən şəxsən qızımın gələcəyi barədə çox narahatam. Hətta onun bu ölkədən kənarda təhsil almasının tərəfdarıyam. 

Gülşən ŞƏRİF
Sübü ƏZİZLİ
pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru