Xəbər xətti

19 NOYABR

21:55 ABŞ generalı Trampın nüvə zərbəsi barədə əmrini yerinə yetirməyəcəyini bəyan edib

21:45 İranda Şəhriyarın büstünü dağıtdılar

21:40 Handenin yataq otağında onun şəkli var

21:33 Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib

21:22 Qadını döyərək öldürüb, sonra onunla cinsi əlaqədə olub

21:05 "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır"

20:50 Sabunçuda kütləvi dava: iki nəfər bıçaqlandı

20:33 Jirinovski Putini “Ali hökmdar” adlandırmağa çağırdı

20:20 Saakaşvilinin sürücüsünü amansızcasına döydülər

20:10 İtaliyada zəlzələ olub- 4,4 bal gücündə

19:50 Bakıda universitetin qarşısından tələbə qız qaçırıldı

19:40 Əfqanıstan xüsusi təyinatlıları “Talibanın” əsir saxladığı30 nəfəri azad edib

19:20 “Qəbələ” səfərdə “Neftçi”ni məğlub etdi

19:12 Rusiyanın xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb

19:05 Saakaşvili: Ukraynanın baş naziri olmağa hazıram

18:33 Şamaxıda qəzada 3-ü bir ailənin üzvü olmaqla, 4 nəfər ağır xəsarət alıb

18:20 Qaxda çətin keçilən dağlıq ərazidəki yanğın söndürüldü

18:05 Siyəzəndə “Mercedes” işıq dirəyinə çırpılıb- Ölən və yaralanan var

17:50 Çin 2030-cu ildə futbol üzrə dünya çempionatınaev sahibliyi etməyi planlaşdırmır

17:40 Tatlıses yeni sevgilisi ilə sarmaş-dolaş

17:33 Suriyada terrorçular dəyirmanı raket atəşinə tutublar:12 ölü, 27 yaralı

17:23 Brüsseldə Qarabağ forumu: Bakının daha bir diplomatik həmləsi

17:17 Zimbabve prezidenti aclıq aksiyasına başlayıb

17:12 “Quska“ Hacı İbrahimin kabinetini necə gülləboran etdirib

17:05 Ağstafada avtomobilin vurduğu 8 yaşlı uşaq ölüb

16:50 Bütün dövrlərin və xalqların ən varlı adamı Mali imperatoru mansa Musa

16:45 Prezident İlham Əliyev icra başçısını təltif edib

16:40 Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçdı

16:23 Azərbaycan məhsullarının Rusiyaya ixracı ilə bağlı yeni razılıq əldə edilib

16:18 Türkiyə 2026-cı il Qış Olimpiya Oyunlarınaev sahibliyi edə bilər

16:12 "NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur"

16:05 Fransada polis 3 nəfəri qətlə yetirib

15:49 Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir

15:37 Türkiyə sahillərində zəlzələ olub - 4,2 bal gücündə

15:30 Bakıda universitetin qarşısından tələbə qızı qaçırdılar

15:21 Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu

15:10 Lavrov İrəvanda Qarabağ məsələsini müzakirə edəcək

14:59 Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumunun nəticələrini ləğv edəcək

14:48 Bakıda yeni doğulan körpəni küçəyə atdılar

14:40 Qazaxda faciəvi hadisə: 24 yaşlı oğlan öldü, xeyli yaralı var

14:33 Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilir

14:25 Yeni Kaledoniya sahillərində 6,7 maqnitudalı zəlzələ olub

13:54 Dünyanı dəyişəcək 5 texnologiya

13:43 “Əli Mirəliyevin acığına...” - Səməd Səmədov

13:35 Bakıda gənc qız gecə klubunda döyüldü

13:23 Azərbaycan dördüncü peykini nə vaxt buraxacaq?

13:17 İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

13:11 Suriya kürdləri ümidlərini Rusiyaya bağlayıblar

13:05 Almaniyada “ermənilərin soyqırımı” abidəsi açıldı

12:58 General Trampa qarşı çıxdı: “Onun əmrini yerinə yetirməyəcəm”

12:53 Oğuzda təbiətə ziyan vuran 51 nəfərə qarşı protokol tərtib olunub

12:45 NATO Rusiyanın zərbələrini dəf edə biləcəkmi?

12:33 Naxçıvanda hərbi təlimlər davam edir - Video

12:27 Sabah hava küləkli, çiskin olacaq

12:18 İmişlidə ağır qəza - 1 ölü, 2 yaralı

12:10 “Uçan” piyada zolağı istifadəyə verildi

12:03 Təcavüz qalmaqalı filmi təxirə saldı

11:56 Şirkət maşını dirəyə çırpıldı: Ölən və yaralanan var

11:49 Avropa İttifaqı Türkiyəyə maliyyə yardımını azaldacaq

11:38 Rusiyalı oliqarxın yaxtası Floridaya yan aldı: Tramp ailəsi ilə ziyafət?

11:30 Polis ailəsini güllələdi, intihar etdi - İtaliyada

11:23 Lazarevı qısqandığını etiraf etdi

11:18 Konte: ““Qarabağ”la oyun ən vacib qarşılaşmadır”

11:11 Cocuq Mərcanlıya çəkiləcək kanal ərazisi minalardan təmizlənir

11:07 Erməni diasporasının Trampa təsir gücü və Dağlıq Qarabağ

11:01 Parisdə Makrona qarşı aksiya keçirilib

10:56 Qaxda yanan meşə ərazisi deyil, otlaq sahəsidir - Yenilənib

10:51 Pekində yanğın nəticəsində 19 nəfər ölüb

10:45 Teymur Rəcəbov liderlər qrupunda

10:38 Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı

10:33 Son nəfəsində yanında ola bilmədim...

10:27 Üç milyon dollara nömrə aldı

10:21 “NATO-ya etibar ciddi suallar doğurur”

10:16 Bu gün Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək

10:10 Volqoqradda 30 nəfərin qalıqları aşkarlandı

10:05 Bu gün bürcünüz nələr vəd edir?

10:00 Atəşkəs 135 dəfə pozulub

18 NOYABR

22:00 Dünyanın ən bahalı 10 yeməyi

21:51 Aİ üzvü olan ölkələrin vətəndaşlarının sosial hüquqlarına dair bəyannamə imzalanıb

21:44 Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var

21:30 Bir gündə iki dəfə cekpot qazandı

21:23 Rusiyanın bombardmançı təyyarələri İŞİD-in mövqelərinə zərbə endirib

21:15 Elif Şafak nüfuzlu mükafata layiq görülüb

21:03 “VAZ” radar dirəyinə çırpıldı - Ölən var

20:49 Ərdoğan NATO-nun üzrxahlığını qəbul etməyib

20:40 Bakıda yanğın: Sakinlər təxliyə edilib

20:27 Mütəxəssislər laboratoriya şəraitində kiçik beyin yetişdiriblər

20:20 KXDR-in raket hücumu əleyhinə plan hazırlanıb - ABŞ-da

20:08 Zimbabve prezidenti postunu tərk etmək niyyətində deyil

19:59 Dünyanın ən böyük hava gəmisi Britaniyada qəzaya uğrayıb

19:48 Azərbaycanda ayaqqabı istehsalı 35% azalıb

19:37 Rusiya yeni “İskəndər-M” raketini sınaqdan keçirib - Video

19:29 Abdolbari Goozal döyüldü, seyfindən 180 min dollar aparıldı...

19:21 Zakir Həsənov dəniz poliqonunda təlimləri izlədi - Video

19:05 Azərbaycanda pilotsuz uçan aparatlar elektron formada qeydiyyatdan keçiriləcək

18:53 Premyer Liqa klubu ən bahalı stadiona sahib olacaq

18:40 “Eurovision 2018”ə biletlərin satış tarixi açıqlandı

18:26 “Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...”

18:10 Türkiyə, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşü keçiriləcək - Antalyada

18:08 Mətbuat Şurası “reket” KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb

18:00 “Kəpəz”in baş məşqçisi istefa verib

17:49 Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək

17:35 Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanıldı

17:28 Məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib

17:20 Telman İsmayılovu Daşkənddə görüblər

17:09 Azərbaycanda növbəti zəlzələ oldu

17:00 Bakıda 19 yaşlı qız itkin düşüb

16:52 Alla Puqaçova ilə Maksim Qalkinin toyu oldu - Fotolar

16:43 Braziliyanın futbol yığması dünyada ən bahalı heyətdir

16:30 Tovuzda 12 yaşlı uşaq ağacdan yıxıldı

16:23 “ABŞ ermənilərin 50 faizdən çoxuna viza verməkdən imtina edir”

16:16 DÇ-2018-in ən varlısı açıqlandı

16:10 İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib

16:05 Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib - Siyahı

15:55 Yeni ili keçirmək üçün ən çox arzulanan şəhərlər- Siyahıda Bakı da var

15:45 Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək

15:40 Tovuzda 29 yaşlı gənc bıçaqlanıb

15:33 Rusiya millətçi vətənpərvərləri Qarabağ münaqişəsi barədə

15:20 “Elşad və Dəryaya görə bizi narkoman kimi tanıyırlar“ - Anar Nağılbaz

15:12 Zimbabvedə nümayişlər başladı - Muqabenin istefası tələb olunur


MÜSAHİBƏ

...

Tünzalə: “Bıçaq altına girəcək insan deyiləm”

Tarix 02.11.17, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


Əməkdar artist Tünzalə Ağayeva Lent.az-a müsahibə verib:


- İlk öncə yaradıcılığınızdan danışardınız.

- Əslində yayın sonunda “Bəhanə gəzirəm” adlı mahnımı təqdim etdim. Bu da mənim üçün olduqca uğurlu bir mahnı oldu. Hətta orijinal versiyasından sonra remiks versiyasını da təqdim etdik. Klipi də sadə olmasına baxmayaraq, çox baxımlı oldu. Sənətçi üçün əsas odur ki, onun çıxartdığı mahnılar, kliplər dinləyiciləri tərəfindən sevilsin. Mediadakı dostlarım hər zaman məndən yeni xəbərlər gözləyirlər. Mən də buna satira ilə yanaşıram. Deyirəm ki, hər gün yeni xəbər olmur. Prodüserim Yalçın da mənə deyir ki, buna insanları sən öyrətmisən. Çünki tez-tez mahnı çıxarırsan. Mən istirahəti öz işimi görməklə edirəm. Boş-boşuna istirahət etməyi xoşlamıram. Yeni mövsümdə yeniliklərim çox olacaq. Hazırda 3 əsər üzərində işləyirəm. Bunlardan 2-si çox ritmik, biri isə lirikdir. Lirik mahnı valideynlərimizə həsr olunub.
 
- Son dövrlərdə sosial şəbəkədə məşhurlaşan musiqilərə münasibətiniz necədir?

-  Bizlə yaşıd və ya bizdən yaşca böyük insanların zövqünü zorla korlaya bilməzsən. Gündə 70 dəfə eyni klipləri və musiqiləri verməklə zövqü formalaşmış insanın zövqünü dəyişmək qeyri-mümkündü. Həmin adam zövqsüz mahnılara da qulaq asa bilər. Amma o demək deyil ki, bayağı mahnı həmin şəxsin gündəlik qulaq asdığı mahnılar sırasına daxil olacaq. Amma bəla bundadır ki, hər birimizin evində uşaq böyüyür, zövqü hələ axtarışdadır, həssasdır. Bu dövrü biz də keçmişik. Amma bizdə belə informatik addım olmayıb. Bizim vaxtımızda internet anlayışı yox idi. Bayağı musiqilərə senzura olmadığı üçün rahat şəkildə məşhurlaşır. Yəni hər bir insan azaddı - söz deməyə, oxumağa, kəllə-mayallaq aşmağa. Bu, insanın öz haqqıdır. Necə istəyər, elə də davranar. Amma bu, anarxiyaya, zövqlərin korlanmasına gətirib çıxarır.  Rəqəmsal izlənmədə baxış sayının çox olması sizləri aldatmasın. Məsələn, baxış sayında göstərilən rəqəm qədər hər kəs o mahnıya axıra qədər baxmayıb. Videonun altındakı milyon baxış sayı o demək deyil ki, o müğənnini milyonlar sevir. Məsələn, mən stolun üstündəki stəkana toxundum, bu o demək deyil ki, mən o stəkandakı suyu içdim. Baxış da bunun kimi bir şeydir. Bayağılıq çoxalır, heç olmasa keyfiyyət də çoxalsın.
 
- İndi bir çox müğənnilərin çıxardığı mahnılar maksimum 1-2 ay sevilir. Amma illər öncə ifa olunan mahnılar bu günə qədər də radiolarda səslənir. Səbəb nədir?

- Peşəkar başını aşağı salıb, işi ilə məşğul olmalıdır. Mənim 15 milyon izlənməm yoxdur, bu, məni heç narahat etmir. Konsert versəm, kassamda bilet satılmasa, bu, məni narahat edə bilər. Baxış sayları yox. Amma mən elə müğənnilərdənəm ki, ilin istənilən vaxtında balaca formatda konsert və ya Heydər Əliyev Mərkəzindəki 2 günlük konsertimdə kassamdan korluq çəkməmişəm. Çünki mən bilirəm ki, real tamaşaçının artistiyəm. Mən virtual rəqəmlərdən doğmuş, “Youtube”dan çıxmış müğənni deyiləm. Bu gün bir gəncin doğru meneceri yoxdursa, o nə etsin? “Youtube”dan məşhur olmaq istəyir. Başqa çarəsi yoxdur. Amma keyfiyyətli biridirsə, mütləq ona sahib çıxan bir menecer tapılacaq.  Məni ancaq konsertim maraqlandırır. İzlənmə, baxış sayı məni qəti maraqlandırmır. Hər zaman ustadlar deyir ki, sən səhnəyə çıxırsansa, orda sənə bir nəfər belə qulaq assa, o bir nəfər üçün oxu. Bizi belə yetişdiriblər.
 
- “İnstagram” səhifənizdə çox insanı izləmirsiz. 

- Onun da bir mənası var. Yalnız Milli Olimpiya Komitəsinin səhifəsini izləyirəm. Çünki bu komitənin 2014-ci ildən bəri səfiriyəm. Bundan başqa Xocalı soyqırımı ilə bağlı səhifəni də izləyirəm. Bu o demək deyil ki, mən hər kəsi izləmirəm. Mən açıq olan profilləri görürəm.
 
- Hər jurnalistə müsahibə vermirsiniz. Bu, nədən irəli gəlir?

- Bilirsiniz, hər kəsin özünə uyğun həmsöhbəti, həm də səviyyəsi olmalıdır. Əgər qarşında oturan insanla söhbət tutmayacaqsa, özünü narahat hiss edəcəksənsə, o müsahibənin heç mənası olmayacaq. Məncə, təcrübəli insan kimlə danışacağını öncədən seçməlidir. Çünki hər kəsin söhbəti yaxşı ola bilməz.
 
- Bir çoxları iddia edir ki, müğənni ilə müğənninin dostluğu alınmaz. Siz necə düşünürsüz?

- Dost bir az dərin anlamdı. Amma qarşılıqlı hörmət münasibətləri var. Hərənin bir musiqi janrı var. Keyfiyyətli musiqi ifa edən həmkarlarımın uğuruna daim sevinirəm.
 
- Bir çoxları sizi parodiya edir. Münasibətiniz?

- Sağlam, keyfiyyətli parodiyadırsa, niyə də olmasın? tənqid, satira, parodiya hər zaman populyar janrlarıdır. Parodiyanı əsl aktyor eləməlidir. Baxın, aktyor deyirəm. Araşdırsanız, görərsiniz ki, parodiya janrı nə qədər ciddi və çətindir. Bir insana oxşamaq, onu bir az yüngül formada təqdim etmək olduqca böyük istedad tələb edir. Parodiya istedadlı şəkildə olunursa, mən onu qalxıb alqışlayaram.
 
- Sonuncu dəfə sizi müğənni Xatun Əliyeva parodiya etmişdi...

- Olsun da... Öz bacardığını edib. Nə deyə bilər ki?
 
- Bəyəndiniz?

- Mən onu izləməmişəm. Ona görə də nəsə deyə bilmərəm. Amma Tünzalə adı, mövzusu başqalarına fayda verirsə, mən etiraz eləmirəm. Yetər ki, mənim adım kiməsə fayda versin.
 
- Hər kəs Tünzalə Ağayevanı bir sənətçi kimi görüb. Bəs ana kimi necə anadır?

- Çalışıram ki, övladımın hər zaman yanında olum. Qızım təhsilini Azərbaycandan kənarda alır. Ona görə də danışığımız virtual olur. Onun özünü yaxşı hiss etməsi, dərslərini yaxşı oxuması, həyatdan, gəncliyindən zövq alması üçün hər şey edirəm. Bu da məni xoşbəxt edir. O da mənə qarşı həssasdır. Övladımla dostam. İndiki gənclərə “mənim dediyim olmalıdır” sözünü demək əvəzinə, onların nəbzini tutmaq lazımdır. Elə ola bilər ki, övlad gənc olduğuna görə bəzi məsələləri görmür. Biz də ana-ata olaraq bunun başqa yollarını tapıb, övlada dostcasına başa salırıq. Bizim dövrdə övladlara daha çox diktə olunurdu ki, “bunu etməlisən”. Bu əmri müzakirə etmirdik, sadəcə əməl edirdik. Amma bu gün belə deyil. Gənclər soruşurlar ki, niyə bunu etməliyəm? Biz də anlatmağa çalışırıq.
 
- Övladınız özünə peşə seçən zaman müdaxiləniz oldumu?

- Heç bir müdaxiləm olmadı. Özünə də demişəm ki, bu həyatı sən yaşayacaqsan. Gənclik, peşə sənin əlindədir. Sən anlamalısan ki, hansı peşədə öz bacarıqlarını göstərə biləcəksən. Qızıma demişəm ki, kim olursansa, ol, maksimalist ol. Çünki mən özüm maksimalistəm. Demirəm ki, dağı dağ üstünə qoymuşam, super meqa-staram. Mən Tünzalə Ağayevayam. Bu, mənim zirvəmdir.

- Hazırkı dövrdə bir çox müğənnilər açıqlama verir ki, konsertdən müəyyən miqdarda gəlir əldə ediblər. Digər həmkarlarınız iddia edir ki, Azərbaycanda konsertdən qazanan müğənni yoxdur...

- Bakı balaca şəhərdir. İstənilən informasiyanı artistin özü olmadan da öyrənə bilərsiz. Bəli, bu bir gerçəkdir, nə yazıq ki, keyfiyyətli artistlər konsertdən qazanmır. Artistin konsertdən qazanması üçün bir istisnası var. Gəlir əldə etmək üçün konsertin sponsoru olmalıdır. Konsert verən müğənnilərin əksəriyyəti imic xatirinə bunu edirlər. Fəaliyyətləri bir yerdə qalmasın, hərəkət olsun deyə, buna gedirlər. Yeni əsərlərini öz konsertlərində təqdim edirlər. Bu cür fəaliyyət isə gəlirdən çox imicə xidmət edir. Amma nə edək ki, bu arzuolunmaz halın əziyyətini biz çəkirik. Konsertin böyük sponsoru yoxdursa, müğənnilər pulsuz qalır.
 
- “Konsertdən gəlir əldə etdim” deyən müğənnilərimizin bəziləri 100 nəfərə dəvətnamə göndərir. Bəs bu müğənni nədən qazanır? 

- Gəlin, həmin artistin gündəminə, aktuallığına baxaq. Bu adam xit mahnını sonuncu dəfə nə zaman buraxıb? İlin gündəmindədirmi? Top 5-də, trenddə varmı? Bunların hamısı çox önəmli məsələdir. Trenddə olmayan müğənni necə zalı doldura bilər? Məni başa salın. Doldura bilər, hamıya bilet paylayar, onda tamaşaçı 4-5 gün də gələ bilər. Məsələn, bir insan hədəf tutub ki, 5 min adama bilet paylasın. Gəlin, bir-birimizi aldatmayaq. Hamıya hər şey bəllidir. Məsələn, artist deyir ki, 5 gün konsert verdim, kamerada da göründü ki, zal da dolub. O anda tamaşaçılara yaxınlaşıb soruşmaq lazımdır ki, siz bileti alımısınız, yoxsa dəvətnamədir. ( gülür) Məsələn, hər bir ailədən 4-5 nəfərin eyni anda bilet alıb konsertə getmək imkanı varmı? Bir az absurd şeylər də var. İstəmirəm ki, kamera qarşısında açıqlayım.
 
- Geyimlərinizi özünüz seçirsiz, yoxsa...

- Peşəkar müğənni hər zaman peşəkar komanda ilə işləməlidir. Geyimlərimi əziz dostum Gülnarə Xəlilova hazırlayır. Hər zaman bu insanın işindən, peşəkarlığından məmnunluq hissi keçirtmişəm. Biz illərdir ki, bir yerdə çalışırıq. Bu da o deməkdir ki, bir-birimizdən razıyıq. Məşhur insanlar da deyir ki, qadının özü yozdursa, onun libası da yoxdur. Yəni geyim insanın əynində yaxşı görsənməlidir. İçindəki zövq potensialı illərcə yatırsa, peşəkarlarla işləyirsə, bu, açılacaq. Hara gedəcəyim yeri öncədən müəyyənləşdirib, ora uyğun geyim geyinirəm.
 
- Plastik əməliyyatlara münasibətiniz?

- Ehtiyac olarsa, edərəm. Bəzən mənə yazılar ki, Tünzalə xanım, niyə burnunuzu əməliyyat etdirmirsiz? Buna heç vaxt ehtiyac duymamışam. Burnum kimi narahat edirsə, baxmasın. Mən burnumdan çox məmnunam. Hesab eləmirəm ki, bıçaq altına girəcək insanam. Amma mən bilmirəm gələcəkdə məni nə gözləyir, 70 yaşına kimi yaşasam, o vaxt ehtiyac olsa, edəcəm. 

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Almaniyada “ermənilərin soyqırımı” abidəsi açıldı

bitmap-img3

Rakurs

BDU-nun dosentindən nazirə və DİM sədrinə açıq məktub

bitmap-img3

Seçmələr

Hacıbala Abutalıbov Kərəm Həsənovu məhkəməyə verdi - İddia

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru