Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tunardan Çiçəyin açıqlamasına sərt cavab


Müğənni Tunar Rəhmanoğlunun keçmiş nişanlısı Şəhla Vakkasa cavabı gecikməyib


Çiçək ləqəbli aparıcının "Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi" deyirdilər" sözləri sənətçini əsəbiləşdirib.

Tunar axşam.az-ın İnstaqram səhifəsində paylaşılan Çiçəyin açıqlamasının altından şərh yazıb. O, keçmiş nişanlısının dediklərini lazımsız hesab etdiyini vurğulayıb:

"Çox gərəksiz... Mənasız, yersiz, lazımsız söhbətlərdə başlıq xəbər olmağa vaxtım yoxdur. Şişirdiləcək bir şey yoxdur. Məcnun və Romeonun ruhuna fatihə. Amma mən onları yalnız filmlərdən tanıyıram".

Qeyd edək ki, Çiçək Tunarın nişanlanma xəbərlərində özünün də adının yazılmasına münasibət bildirmişdi. Aparıcı sənətçi haqda bunları deyib:

"Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova - red.) verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi" deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyə qədər evlənməməsi ən çox mənim anamı üzürdü.

Xahiş edirəm, imkan verin o da ailə həyatı qursun. Özümü onun nişanlısının yerinə qoyuram, xoş deyil. Gözəl bir xanımla nişanlanıb. Ən xoş günündə belə nişanlısının adının yanına Çiçək yazılması yaxşı deyil".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar