Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tualet yumoru üzərində qurulan film

Sevda Sultanova yazır...


Ötən həftə Türkiyənin “Dada produksion” şirkətinin “Aranfilm” Yaradıcılıq Mərkəzinin qatqısıyla çəkilən “Yanlış anlama” komediyası ekranlara çıxdı.
 
Filmin rejissoru Ulaş Cihan Şimşek, ssenari müəllifi Ayberk Çinar, operatoru Hüseyn Devrim, prodüserləri Levent Çengizhan və Tahir Tahiroviçdir.
 
Filmin qəhrəmanı ehtirası üzündən bir qadının fırıldağına tuş gələn, bu səbəbdən evini itirən qoca Hunkardır (Bahadır Efe).
 
Türkiyədə maddi baxımdan problemlərlə üzləşən ailə, qocanın keçmiş sevgilisi Ruhiyyənin (Zemfira Əbdülsəmədova) onun üçün qoyulan mirasdan ötrü Bakıya gəlir. Bakıda Hunkar, nəvələri Baran (Hakan Bilgin), Arzu (Duyğu Karaca) və qonşu Günel (Pelin Sönməz) ilə dilimizdə olan bəzi sözlərin türkcədə başqa anlam verməsi üzündən müxtəlif komik situasiyalara düşürlər.
 
Ondan başlayaq ki, “Yanlş anlama” tualet yumoru üzərində qurulub. Yəni tualet yumoru qurşaqdan aşağı, insanın fizioloji proseslərinə işarə edən məqamlara əsaslanır: gəyirmə, qusma, qaz buraxma, cinsi orqanlara vurğu, intim münasibətin kobud şəkildə jarqonla ifadəsi və s.
  
Tualet yumoru bayağı yumor anlamına gəlməməlidir. Çünki istənilən növ yumorun keyfiyyətini onun bədii məkanda yozumu, konteksti, müəllifin baxış bucağı təyin edir. Təbii ki, sual yaranır: “Yanlış anlama” bu məqsədinin öhdəsindən gəlibmi?
 
Təəssüf ki, yox!
 
Əvvəla, iki xalqın mədəniyyətini, ortaq və fərqli nöqtələrini bir araya gətirən film çəkilirsə, heç olmasa ssenaristlərdən biri azərbaycanlı olmalıydı. Düzdür, filmdə hansısa ortaq mədəniyyətin və ya iki xalq arasında hansısa fərqləndirici xüsusiyyətin əks olunmasından söhbət gedə bilməz. Çünki ssenari çox daha bəsit, yüngül, hətta başdansovdu yazılıb.
 
Ssenarist ümumiyyətlə, Azərbaycanı tanımır. Onun bilgisizliyi üzündən material daha çox türklərin yanlış anladığı bir neçə məşhur sözün üzərində (“sok” - hərçənd, dilimizdə belə kəlmə yoxdur, ruscadan gəlmədir, türklərdə isə seksual anlamda işlədilir, “sümük” - onlarda burundan axan mayeni, adi –  şərəfsizliyi ifadə edir və s) qurulub.
 
Məqsəd buna aksent etmək idisə, dilimizi normal bilən ssenaristimizin köməyi ilə keyfiyyətli, anlamlı nəsə etmək olardı. 

Ona görə də dramaturji material nizamdan kənara çıxır, vahid, bütöv, bir-birinə zəncirlənmiş hekayə əvəzinə klip estetikasına yaxın uğursuz kollaj (məsələn, personajların tez-tez, yersiz selfi çəkdirməsi, xəyalını vizuallaşdıran klip- kadrlar) ortaya çıxır.  Bu səbəbdən bir sıra məqamlarda filmin tempi, dinamikası öləziyir.
 
Əhvalatın ortasında hardansa italyan qanqsterlər peyda olur, necəsə onlar Nəsrinin (Pərvin Abiyeva) antik broşundan xəbər tuturlar. Alış-veriş mərkəzində, onlardan biri Baranın kürəyinə tapança dirəyəndə, onun yanındakı Nəsrin bunu tam soyuqqanlı seyr edir. Yəni tam bir fiasko səhnəsi... Belə təəssürat yaranır ki, müəllif ssenarini də elə ayaqüstü, ağlına gəldiyini yazıb.
 
Müəlliflərin məqsədi həm də Bakının özəlliklərini təsvir etmək olub. Ancaq bu niyyətləri də ssenariyə oturuşmayıb.
 
Qanqsterlər broşu oğurlayandan sonra niyəsə İçərişəhərdə turist kimi gəzişirlər. Ayrıca türklərlə bizim qardaş, dost olmağımızı göstərən səhnə - qocanın broşu almaq üçün İçərişəhərdəki həmvətənlərimizi köməyə çağırması, qardaşlıq haqda çıxışı sırf plakat xarakterlidir.
 
Finalda məlum olur ki, vəkil (Fərda Xudaverdiyev) və Günel birləşərək ailələri aldadıb. Onlar bütün mirasa sahib çıxaraq İstanbula uçurlar. Bu o deməkdir ki, filmin ikinci hissəsi də çəkiləcək.
  
Aktyor oyununa gəlincə, elə ssenariyə baxıb onu illüstarsiya ediblər.
 
Bununla belə, film geniş tamaşaçı kütləsi toplaya bilib. Mən olduğum seansda zalın yarıdan çoxu doluydu.
 
“Yanlış anlama” tamaşaçı düşüncəsinə nəsə vermir, sadəcə beyin üçün saqqız rolunu oynayır.
 
Aktyor heyətində məşhur türk oyunçularından Şevket Çoruh, İlker Ayrık yer alıb, ancaq yalnız epizodlarda.
 
Digər rollarda azərbaycanlı aktyorlardan İslam Mehrəliyev, Mətanət Eres rol alıb.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar