Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trofimçuk Bakı Oyunlarının sirrini açdı


“Avropa Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədi strateji xarakter daşıyır”


PİA.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. 

Onun sözlərinə görə, Azərbaycan bu oyunlar vasitəsilə öz imicini dəyişdirmək istəyir:
 
Azərbaycan ilk dəfə olaraq Avropaya və dünyaya özünü neft-qaz faktoru ilə bağlı olmayan ölkə şəklində nümayiş etdirəcək. Özünün neft dövləti imicindən uzaqlaşmaq arzusu üçün bu oyunların təşkilinə xeyli zəhmət sərf olunub. İstənilən halda Bakının bu zəhmətinə və xərclərinə dəyər. Belə ki, indi “böyük xərclər” hesab edilən şeylər sonradan dövlətə yeni imic şəraitində əlavə gəlirlər gətirəcək. Ona görə də burada əsas hədəf azərbaycanlı idmançıların birinci yerləri tutmasına yox, daha uzağa hesablanıb. Unutmaq lazım deyil ki, Avropa Oyunlarının ilk dəfə keçirilməsi təşkilatçı şəhərin tarixə düşməsinə imkan yaradır. İndi bu proyektin perspektivi, həyati əhəmiyyətli olması məhz Bakıdan asılıdır. Məncə, Azərbaycan üçün daha bir vacib motiv Avropa Oyunları vasitəsilə onun özünü Qərbi-Asiya kimi yox, məhz Avropa ölkəsi kimi tanıtmağa imkanın yaranmasıdır. Mənim fikrimcə, Oyunların da emblemi kifayət qədər yaradıcı ideyadır. Nar və alov Azərbaycanın simvollarındandır. Amma ideyanın qrafiki reallaşdırılması daha güclü də ola bilərdi. Mən bu emblemə “Feniks quşu”nun əlavə edilməsinin tərəfdarı deyiləm. Nar və idman alovu əsas ideyanın çatdırılmasında daha önəmlidir”.
 
Politoloq Azərbaycanın Avropa Oyunlarından sonra cəmiyyətdə rekord nəticələr əldə edə biləcəyini deyib:
 
“Müasir idman obyektlərinin rekord müddətə ucaldılması isə ayrıca məsələdir. Bu tip tikintilər heç şübhəsiz Azərbaycan vətəndaşları üçün çox vacibdir. Xüsusilə əgər dövlət bunu azərbaycanlıların sağlığının möhkəmləndirilməsi üçün onların istifadəsinə verməyi fikirləşsə, bu, çox gözəldir. Doğrudur, bunun biznesə xeyri yoxdur. Belə olacağı halda Bakı elə bir sosial səviyyəyə qalxmış olar ki, hələ həmin şəraitə praktiki olaraq heç bir keçmiş “olimpiada paytaxtı” nail olmayıb”.
 
Qeyd: Bakı-2015-in simvolunda yanlış olaraq “Feniks quşu” kimi başa düşülən Azərbaycan mifologiyasında xüsusi önəm daşıyan odda yanmayan, əbədilik rəmzi olan Səməndər quşudur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar