Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın “ticarət müharibələri” dollara necə təsir edəcək?


Ekspart: “Tramp adminstrasiyası çalışır ki, daha çox mühafizəkar ticarət mövqeyi ortaya qoysun. Bu isə bu günə qədər aparılan qloballaşma siyasətinə ziddir”


“İndiki halda “ticarət müharibələri” ABŞ adminstrasiyası üçün piar xarakterli olsa da, normalda ABŞ hökuməti nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini müxtəlif formalarda yayındırmağa çalışacaq”.

Məlumdur ki, ABŞ prezidenti Donald Trampın başlatdığı dünya “ticarət müharibəsi” genişlənməkdə davam edir. ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra verdiyi ən böyük vədlərindən birini yerinə yetirib-az qala bütün dünya ilə ticarət müharibəsi aparmaq vədini yerinə yetirib. ABŞ-ın daxili bazarını möhkəmləndirmək məqsədi ilə prezident Donald Trampın tətbiq etdiyi rüsumlar isə bütün dünyada narazılıqla qarşılanıb.

Məsələ orasındadır ki, Ağ Evin sahibi üçün qarşısındakının kim olmasının fərqi də yoxdur-istər geopolitik düşmən Çin və Rusiya olsun, istərsə də NATO müttəfiqi sayılan Avropa Birliyi ölkələri, Kanada və yaxud Yaponiya. Elə Böyük Yeddilərin Kanadada keçirilən son sammitində də Tramp öz müttəffiqləri ilə anlaşmaqdan açıq şəkildə vaz keçdi. Bu sammitdən sonra isə, Avropa Birliyi, Kanada və Yaponiya da Trampın elan etdiyi ticarət savaşına qatıldılar və ABŞ mallarının rüsumlarını adekvat olaraq qaldırdılar.

Beləliklə  Avropa Birliyi, Çin, Rusiya, Hindistan kimi iqtisadi ittifaqlar və iri dövlətlər ABŞ-ın gömrük rüsumlarını artırmaq siyasətinə adekvat cavab verirlər. Hətta “ticarət müharibəsi”nin tərəflərindən biri olan Rusiyaya qarşı Rəsmi Vaşinqton istər diplomatik, istərsə də iqtisadi formatda savaş elan etmiş vəziyyətdədir. Pekinin də ABŞ-ın Çin istehsalı olan mallara rüsumlar tətbiq etməsinə cavab tədbiri gecikməyib. Belə ki, Çin də Amerika mallarına adekvat olaraq idxal rüsumları tətbiq edib.

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin son iclasında FES uçot dərəcəsi artırılıb. Bu və ya digər səbəblərdən dolayı dollar digər valyutalara qarşı bahalaşmaqda davam edir.  Ekspertlərin fikrincə, ticarət müharibəsi ABŞ da daxil olmaqla, dünya ölkələrinin iqtisadi inkişaf tempini zəiflətsə də, dolların mövqeyinin daha da güclənməsi ilə nəticələnəcək. 

Maraqlıdır ki, ABŞ-ın başlatdığı ticarət savaşı fonunda dolların öz mövqelərini qorumasını saxlayan hansı amildir və uzun perspektivdə qlobal ticarət savaşı baş verərsə və bir çox ölkələrin beynəlxalq ticarətdə dollardan imtina etməsi dolların məzənnəsinə və ABŞ iqtisadiyyatına necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Image result for rəşad həsənov
Rəşad Həsənov: “ABŞ dollarının mövqeyində kəskin dəyərsizləşmə və ya bahalaşma hiss olunmayacaq”.


Mövcud şəraitdə FES-in əsas məqsədinin dollarının mövcud mövqeyini qorumaqdan ibarət olduğunu bildirən  iqtisadçı Rəşad Həsənova görə, ABŞ dollarının dollar mövqeyindəki dəyişikliyi 2020-ci ildən sonra dəyişə bilər:

“Dolların dünya bazarındakı mövqeyinə bir sıra amillər təsir edir. Ümumi istiqamətləri  isə Federal Ehtiyatlar Sistemi müəyyənləşdirir. FES-in son iclasında açıqlanan məlumatlar onu göstərir ki, əslində üzvlər mövcud status-kvonu qorumaqda daha çox maraqlıdırlar. 

FES-in qərarından sonra dünya bazarlarında ABŞ dollarının mövqeyində müəyyən möhkəmlənmə hiss olunmaqdadır. Lakin bu o demək deyil ki, dollar orta və uzunmüddətli dövrdə öz mövqeyini bu səviyyədə saxlayacaq. İndiki məzənnəni qısamüddətli dövrdə bazarların xəbərə verilən reaksiyası  kimi hesab edə bilərik. Ancaq sonrakı dövrlərdə müəyyən dəyişikliklər baş verəcək.  Hətta avronun ABŞ dolları nisbətində təxminən 1.7-1.20 ətrafında olacağı gözləniləndir. Yəni ticarət savaşı fonunda dollar avroya qarşı bir qədər geriləyə bilər və digər valyutalara qarşı da dolların kəskin bahalaşması isə gözlənilmir.
 
İndiki halda “ticarət müharibələri” ABŞ adminstrasiyası üçün piar xarakterli olsa da, normalda ABŞ hökuməti nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini müxtəlif formalarda yayındırmağa çalışacaq. Hətta adminstrasiyasının qəbul etdiyi qərarların hansısa formada ləğv edilməsi gecikə bilər. Çünki bu günə qədər ABŞ tərəfindən aparılan siyasət liberal istiqamətli olub. Lakin bu gün Tramp adminstrasiyası çalışır ki, daha çox mühafizəkar ticarət mövqeyi ortaya qoysun. Bu isə bu günə qədər aparılan qloballaşma siyasətinə ziddir. 

Rəşad Həsənov: “2020-ci ilə qədər dolların mövqeyində  kəskin dəyərsizləşmə  və ya bahalaşma hiss olunmayacaq. Belə bir risk mövcud deyil”.


Düşünmürəm ki, hazırda Tramp və onun bir neçə tərəfdarları tərəfindən irəli sürülən bu ideyalar ABŞ-da tam dəstəklənsin və dünyanın xarici ticarətinə  ciddi çətinliklər yaşatsın. Düzdür, hazırda Kanada, Avropa Birliyi və Çinlə bu məsələ müzakirə olunur. Siyasətin dəyişikliyi baş tutsa belə, bu proses kifayət qədər liberal formada olacaq və son nəticədə xarici ticarətə qarşı ciddi mənfi təsir göstərməyəcək.  Hazırda bazarda əsas izlənilən xəbərlər  Avropa Mərkəzi Bankının pul siyasəti ilə bağlı sərgilədiyi mövqe və FES-in açıqladığı qərardır. İnvestorlar daha çox bu istiqamətdə yayılan xəbərlərin gələcəkdə doğuracağı nəticələrə inanırlar. 

Hesab edirəm ki, ABŞ dollarının mövqeyində kəskin dəyərsizləşmə  və ya bahalaşma hiss olunmayacaq. Bu istiqamətdə hələlik ciddi risk yoxdur. Ən azından 2020-ci ilə qədər bu risk mövcud olmayacaq. 2020-ci ildən sonra müxtəlif yanaşmalar var. Bəzi mütəxəssislərin fikrincə, 2020-ci ildə ABŞ iqtisadiyyatı yenidən ressesiya dövrünə qədəm qoya bilər və ABŞ adminstrasiyası əvvəlki mövqeyini ortaya qoymaqla, bu ressesiyanın qarşısını almaq üçün yumşaq pul siyasətinə keçə bilər. Bu isə dolların mövqeyinə hansısa mənfi təsir edə bilər. Lakin bu fikirlər hələlik fərziyyədir və reallaşma ehtimalı ABŞ iqtisadiyyatının yeni adminstrasiya tərəfindən hansı formada idarə olunmasından asılı olacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar