Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın “müsəlman koalisiyası” hansı dövlətlərə qarşıdır?


Qabil Hüseynli: “Bu sammit müsəlman ölkələrinin üzərindən “terrorizm” sözünün götürülməsində böyük rol oynayacaq”


Əhəd Məmmədli: “Tramp Amerikanın Ərəb ölkələri ilə hərtərəfli müttəfiqliyini qura bilsə, bu nəinki İranın, həmçinin Rusiyanın da bölgədəki  nüfuzunu  ciddi şəkildə sarsıdacaq”.

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda Kral Əbdüləziz mərkəzində Ərəb- İslam-Amerika sammitində nitq söyləyib.Ərəb və müsəlman liderlərinin ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammitdəki nitqində müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birliyə çağırıb. Tramp bildirib ki, Birləşmiş Ştatlar “ekstremizmin kökünün kəsilməsi kimi bir məqsəd ətrafında birləşən” ölkələrin koalisiyasını yaratmağa çalışır. O, bu mübarizəni “xeyir və şər arasında mübarizə” adlandırıb.Bu sammitin dünya siyasətinə təsirləri nə dərəcədədir?

Eyni zamanda Tramp çıxışında İranı xüsusi qeyd edərək, Tehranı regionda qeyri-sabitlikdə rol oynamaqda ittiham edib. Donald Trampın ərəb-müsəlman koalsiyası yaratmaq cəhdləri Türkiyə və İranın bölgədəki nüfuzunu sarsıtmağa hesablana bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloqlar Qabil Hüseynli və Əhəd Məmmədliyə müraciət edib.

Картинки по запросу qabil hüseynli
Qabil Hüseynli: “Trampın ərəb-müsəlman koalisiyası yaratmaq cəhdləri Türkiyənin  bölgədəki nüfuzunu sarsıtmayacaq”.


Ər-Riyadda keçirilən Ərəb- İslam-Amerika sammitinin tarixi əhəmiyyətə malik olacağını vurğulayan politoloq Qabil Hüseynliyə görə, bu cür tədbirlər müsəlman ölkələrinin üzərindən “terrorizm” sözünün götürülməsində effektiv rol oynaya bilər:

 “Ər-Riyadda keçirilən görüş əhəmiyyətli görüşdür və bu görüşdə məcazi mənada,  müsəlman “NATO”sunun formalaşdırılması kimi fikirlər səsləndirilib. Lakin  Səudiyyə Ərəbistanı liderlik etsə,  müsəlman dövlətlərini bir hərbi blokda birləşdirə bilər. Düzdür, bu blokun formalaşması üçün xeyli vaxt  və müsəlman dövlətləri arasında siyasi əlaqələrin inkişaf etməsi lazımdır. Hər bir halda bu müsbət addımdır. 

Digər tərəfdən, məsələ Tramğın şəxsiyyəti ilə bağlıdır. ABŞ-da Trampın impiçmenti ilə bağlı məsələlər gündəmdədir.Tramp impiçment edilərsə, Səudiyyə Ərəbistanında keçirilən görüş və əldə olunan saziş müəyyən qədər uğurlar gətirə bilər. Hər halda bu cür tədbirin keçirilməsi tarixi əhəmiyyətə malikdir. Zənnimcə, bu sammit müsəlman ölkələrinin üzərindən “terrorizm” sözünün götürülməsində böyük rol oynayacaq. Eyni zamanda “müsəlan dünyası” faktorunu və onların hərbi gücünü birləşdirməklə, müsəlman kəliməsinin dünyada daha dinamik rol oynamasına yol açacaq. 

Türkiyə və İran məsələsinə gəlincə, Trampın ərəb-müsəlman koalisiyası yaratmaq cəhdləri Türkiyənin  bölgədəki nüfuzunu sarsıtmayacaq. Çünki Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında çox yaxşı münasibətlər formalaşıb. Əgər bu koalsiya formalaşarsa, yəqin ki, Türkiyə də daxil olacaq. Ancaq bu koalisiyanın İrana qarşı olma ehtimalınıo ortadan götürmək olmaz. Belə deyək, bu koalisiya  İranın bölgədə öz ideologiyasını yaymaq prosesinə qarşı çevrilə bilər”.

Картинки по запросу əhəd məmmədli
Əhəd Məmmədli: “ABŞ Türkiyənin qarşısında deyil, yanında olmağa məcburdur”.


Keçirilən sammitin Amerika çevrələri üçün bir mesaj olduğunu da qeyd edən politoloq Əhəd Məmmədlinin fikrincə, Trampın məhz ilk xarici səfərini ərəb ölkəsinə etməsi ABŞ-ın Suriya məsələsindəki mövqeyini açıqlamış oldu:

“Əvvələ onu deyim ki, dünyanın yeganə super dövlətinin liderinin xaricə ilk rəsmi səfəri istənilən halda çox əhəmiyyətli hadisədir. Ələlxüsus da bu səfər bir müsəlman ölkəsinədir. Ərəb xalqlarının və ümumiyyətlə, müsəlmanların son illərdə ABŞ-a münasibəti çox soyuqdur və ildən-ilə də mənfi istiqamətə doğru gedir. Bütün bu mənzərəni nəzərə alsaq, Trampın ilk xarici səfərinin məhz Səudiyyə Ərəbistanına etməsi və orada digər körfəz ölkələri monarxları ilə bir sammit keçirməsi və o sammitdə müsəlman ölkələrini terrorizm ilə birlikdə mübarizəyə çağırması, ABŞ-ın İslamla savaş yox, dialoqda hətta müttəfiq olmaq maraqlarının göstəricisidir.Nəhayət ki, Amerika çevrələri anladı ki, kommunizm kimi, İslamla da bir ideologiya olaraq savaşmaq olar, lakin kommunizmdən fərqli olaarq, İslama qalib gəlmək mümkün deyil. Çünkü bu ideologiya daha dərin və cəlbedici fəlsəfəyə sahibdir.

 Namizədliyi dövründə anti-müsəlman şüarları ilə seçilən, gündəmə gələn və prezident seçiləndən sonra bir neçə müsəlman ölkəsinin vətəndaşlarının Amerikaya gəlişini yasaqlayan Trampın məhz ilk xarici səfərini ərəb ölkəsinə etməsi bu sammitin əhəmiyyətini daha da artırdı. Həmçinin onu göstərdi ki, Suriya məsələsində ABŞ aktiv iştirak etmək niyyətindədir  və bu aktiv iştirakı öz ərəb müttəfiqləri ilə birlikdə etmək istəyir. 

Yuxarıda qeyd edilənlərdən irəli gələrək söyləyə bilərik ki, Tramp Suriyanın gələcəyini Əsədsiz və bütöv görür. Bu da PYD və YPD  terror təşkilatlarının Şimali Suriyada müstəqil bir dövlət qurmaq xülyalarını puça çıxarmış olur. ABŞ və Ərəb ölkələri arasında bir yazılmamış razılaşma var, amerikalılar Ərəb ölkələrinə hərbi müdaxilə edə bilərlər, amma bunun nəticəsində hansısa ərəb ölkəsinin ərazi itirməsi, parçalanması və dağılmasına əsla razılıq və yol verilməyəcək.

Koalisiya məsələsinə gəlincə, Tramp Amerikanın Ərəb ölkələri ilə hərtərəfli müttəfiqliyini qura bilsə, bu nəinki İranın, həmçinin Rusiyanın da bölgədəki  nüfuzunu  ciddi şəkildə sarsıdacaq. Təbii ki, Amerika NATO müttəfiqi Türkiyənin də bölgədə güclənməsini istəməz. Baxmayaraq ki, müttəfiqdilər. Amma bir nüansa fikir verək, Tramp Ərdoğanı Ağ evdə qəbul edir, sonra Səudiyyə Ərəbistanına səfər edir. Amerikada ərəb monarxiyaları da anlayırlar ki, əgər həqiqətən Rusiyaİranı Yaxın Şərq problemlərindən sıxışdırıb çıxartmaq istəyirlərsə və bunun nəticəsində Əsəddən qurtulmaq niyyətləri varsa,  hökmən Türkiyənin də real dəstəyi laızmdır. Və üstəlik regionda bir Türkiyə-Qətər müttəfiqliyi yaranıb. Artıq Türkiyə körfəz ölkələri arasında özünə daimi sabit bir müttəfiq tapıb. Həmçinin Ərdoğanın digər ərəb monarxları ilə şəxsi münasibətləri, böyük həcmdə ərəb kapitalının Türkiyədə dövriyyəyə girməsini, Suriyadan 5 milyona yaxın qaçqının məhz Türkiyədə məkan salmasını nəzərə alsaq, ABŞ Türkiyənin qarşısında deyil, yanında olmağa məcburdur”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar