Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın «Paris sazişi»ndən çıxmaq cəhdləri mənasızdır! - Alimlər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, alimlər hesab edirlər ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın «Paris sazişi»ndən çıxmaq istiqamətindəki cəhdləri mənasızdır.

Alimlərin fikrincə, ABŞ-n yeni administrasiyası nümayəndələrinin «Paris sazişi»ndən imtinqa etmək istəyi real olaraq heç nəyə gətirib çıxarmayacaq.

Trampın ABŞ ətraf mühitin müzafizəsi Agentliyinin başçısı təyin etdiyi Skott Pryuitt belə bir bəyanatla çıxış edib ki, bu ölkə «Paris sazişi» üzrə öhdəliklərindən imtina etməlidir.

ABŞ elm ictimaiyyətinin bir sıra nümayəndələri artıq qeyd ediblər ki, Pryuitt ötən dəfəki kimi, indi də ciddi səhv edir. O, demişdi ki, planetin qlobal qızması üçün karbon qazı başlıca səbəb deyil. Üstəlik də, əgər Tramp administrasiyası bu ölkənin «Paris sazişi» ilə üzərinə götürmüş olduğu öhdəliklərinin ləğvinə nail olsa belə, bu, artıq heç nəyi dəyişməyəcək. Bu barədə «New Scientist» müxtəsər yazı dərc edib.
«Paris sazişi»nə əsasən, ABŞ atmosferə karbon qazı tullantısını ciddi şəkildə azaltmalıdır ki, qlobal istiləşməni yüzilliyin sonuna qədər sənayeləşmədən əvvəlki norma ilə müqayisədə, 2 dərəcədən (Selsi ilə) aşağı səviyyədə saxlamaq mümkün olsun.

Ancaq Pryuitt hesab edir ki, bu, ABŞ üçün «pis sövdədir».O, öz fikrini belə əsaslandırır ki, iqtisadi baxımdan planetin digər nəhəng ölkələri - Çin və Hindistan sözügedən sazişə əsasən, 2030-cu ilə qədər ümumiyyətlə, heç nə etməməlidir.

Bundan əvvəl oxşar fikiri Prezident Tramp qısa formada səsləndirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar