Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın otağına 5 fahişə göndərmək istəyən Ağalarov olub?


ABŞ prezidenti Donald Trampın 2013-cü ildə Emin və Araz Ağalarovla birlikdə “Kainat Gözəli” müsabiqəsi keçirmək üçün Moskvaya səfəri zamanı rusiyalı təşkilatçılardan birinin onun otağına beş fahişə göndərmək təklifi barədə Konqresin Nümayəndələr palatasının kəşfiyyat komitəsində danışılanlar qalmaqal yaradıb


Xatırladaq ki, komitədə keçirilən qapalı dinləmələr zamanı Trampın keçmiş cangüdəni Keyt Şiller Moskvada rusiyalı təşkilatçılardan birinin ona axşam Trampın “Ritz Carlton” otelindəki nömrəsinə beş qadın göndərəcəyini dediyini açıqlayıb.

 Lakin Şiller deyib ki, o, dərhal bu təklifi rədd edib. Habelə axşam bu barədə Trampa danışanda onun güldüyünü, təklifə əhəmiyyət vermədiyini deyib. Ancaq keçmiş cangüdən bildirib ki, bütün gecəni Trampın qapısı ağzında növbə çəkməyib və bu səbəbdən otaqda nə baş verdiyindən əmin deyil.

Şillerin bu ifadəsini NBC telekanalına sızdırıblar. Telekanala təqdim etdiyi bəyanatda onun vəkili Stuart Sears onun müştərisinin Konqresə verdiyi məxfi informasiyanı mediaya sızdıranları tənqid edib. "Sədr və komitənin vəzifəli üzvü cənab Şillerin ifadəsinin saxtalaşdırılmış və azdırıcı versiyasını sızdıranların təhqiq edilib məsuliyyətə cəlb olunmasını təmin etməlidirlər" -vəkil deyib.



Konqres komitəsi Rusiya hökuməti ilə Donald Trampın seçki kampaniyası arasında mümkün sövdələşməni araşdıran çoxsaylı qurumlaran biridir.

Bu araşdırmalar zamanı, habelə Trampın Moskvada olarkən yaraşmayan hərəkətlərinə dair iddiaları irəli sürən dosye də təhqiq olunur. NBC-nin reportajında Trump-ın otel nömrəsinə beş qadın göndərmək istədiyi iddia edilən şəxsin kimliyi bildirilmir.

Lakin "The Independent" yazır ki, iyul ayında “Associated Press” Moskvada keçirilən “Kainat gözəli” yarışı zamanı rusiyalı pop ulduzu Emin Ağalarovun Trampın otel otağına fahişələr göndərməyi təklif etdiyini bildirirdi.

Agentlik yazırdı ki, Keyt Şiller Ağalarovun bu təklifini rədd edib. Məqalədə deyilir ki, Emin Ağalarovun həm də Donald Trampın böyük oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskayanın görüşünü təşkil etdiyi xəbər verilirdi. Vəkil Hillari Klintonun barəsində kompromatlara malik olduğuna inandıraraq Trampın oğlu ilə görüşüb. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Ən çox oxunanalar