Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın oğlu gizlicə Senata daxil olub və ifadə verib

“Klinton barədə kompromat almaq istəyirdim...”


ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald (junior) Tramp Senatda Rusiyanın Amerika seçkilərinə müdaxiləsi ilə bağlı aparılan təhqiqat çərçivəsində ifadə verib.

 Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, oğul Tramp Senatın binasına gizlicə, arxa qapıdan daxil olub və jurnalistlərin nəzərindən yayınıb. Onun Senat komitəsi qarşısında 5 saat ifadə verdiyi və çoxsaylı sualları cavablandırdığı bildirilir. Bu dindirmə oğul Donaldın 2016-cı ildə prezident seçkiləri ərəfəsində rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşü barədə idi.

Həmin görüş azərbaycanlı biznesmen-müğənni Emin Ağalarovun təşkilatçılığı ilə baş tutub. Veselnitskaya Hillari Klinton barədə kompromatlar ötürmək üçün Trampın oğlu ilə görüşüb. Həmin kompromatları Emin Ağalarovun atası Araz Ağalarovun Rusiya Baş prokuroru Yuri Çaykadan əldə etdiyi bildirilir. Lakin Tramp deyir ki, görüşdə Veselnitskayanın Klinton barədə heç bir ciddi kompromata malik olmadığına əmin olub.

Trampın oğlunun Senat qarşısında verdiyi ifadənin bəzi detalları mətbuata sızıb. Oğul Donald Senat təhqiqatçılarına deyib ki, o 2016-cı ildə rusiyalı vəkillə, onda atasının demokrat rəqibi Hillari Klinton haqqında ziyanlı informasiyanın olduğuna əmin olmaq məqsədilə görüşüb.

Onun dediyinə görə “Trump Tower” otelində aparılan danışıqlardan heç nə hasil olmayıb və onun Rusiya hökumətinin 2016-cı il ABŞ prezidenti seçkisinə müdaxilə cəhdləri ilə heç bir əlaqəsi yoxdur. “The New York Times” bu məlumatları oğul Trampın Senatın Ədliyyə Komitəsinin qapalı iclasında təqdim etmək üçün əvvəlcədən hazırladığı izahata əsasən verib.

Oğul Tramp deyib ki, o rusiyalı vəkil Natalya Veselnitskayada Klinton kampaniyası üçün ziyanlı informasiyanın olduğunu eşidəndə əvvəlcə nə etməli olduğunu bilməyib. O bildirib ki, belə bir informasiya onu maraqlandırsa da, əvvəlcə vəkilləri ilə Veselnitskayanın verdiyi informasiyadan istifadənin legitimliyi barədə məsləhətləşmək istəyib.

İyulda verilən media xəbərlərində deyilirdi ki, oğul Donald Tramp, prezident Trampın kürəkəni Jared Kuşner və seçki kampaniyasının ovaxtkı rəhbəri Paul Manafortun 2016-cı il iyunun 9-da Nyu Yorkdakı “Trump Tower” otelində keçirdikləri görüş Tramp kampaniyası ilə Kremlə bağlı şəxslər arasında əlaqələndirmənin olduğuna dair suallar yaradıb.

Prezidentin oğlu bu görüş barədə əvvəlcə bir-birindən fərqli bəyanatlar versə də, nəhayət Rusiyalı vəkilin Klinton haqqında informasiyaya malik olması barədə e-mail aldığını etiraf edib.

Oğul Tramp deyib ki, o Veselnitskayadakı informasiyanın namizəd Klintonun vəzifəyə uyğunluğu, xarakteri və keyfiyyətləri barədə olduğunu düşünüb. ABŞ mediası xəbər verir ki, oğul Donald Tramp yazılı bəyanatını oxuduqdan sonra 5 saata yaxın Senat təhqiqatçılarının sualalrına cavab verib. Senatdakı sessiyadan sonra oğul Tramp Tvitterdə yazıb: “Mən bu gün Senatın Ədliyyə Komitəsi ilə görüşdüm. Mən onlara peşəkarlıqlarına və xoş məramlarına görə təşəkkürümü bildirirəm”.

O daha sonra yazıb ki, Senatda ondan soruşulan bütün suallara cavab verib. Oğul Donald Trampın habelə Senatın Kəşfiyyat Komitəsinin qarşısında ifadə verəcəyi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar