2017-ci ildə forum 17-20 yanvar tarixlərində keçiriləcək
ABŞ-ın seçilmiş prezidenti Donald Trampın komanda nümayəndələrindən heç kim yanvarın 17-də Davosda öz işinə başlayacaq Dünya İqtisadi Forumunda iştirak etməyəcək.
"Report" xəbər verir ki, bu barədə Trampın nümayəndəsi Houp Hiksə istinadən "Bloomberg" məlumat yayıb.
"Heç kim iştirak etməyəcək", — deyə o bildirib.
İqtisadi forum hər il İsveçrənin Davos şəhərində keçirilir və bütün dünyanın siyasi və iqtisadi elitasını bir araya toplayır.
2017-ci ildə forum 17-20 yanvar tarixlərində keçiriləcək.
pia.az