Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın nüfuzu hər saat aşağı düşür, üstəlik onu ittiham edirlər ki...


"The Guardian" qəzeti yazır ki, demokrat senatorlardan biri Donald Trampın məsələsinin federal etika ofisində müzakirə edilməsinə çağırıb


Buna prezidentin Nordstrom univermağını Tvitterdən tənqid etməsi səbəb olub.Tramp mağazanı ona görə tənqid edib ki, Nordstrom onun qızının geyim brendini satışdan çıxarıb.

Senator Bob Keysi Trampın tvitini ABŞ Hökumət Etikası Şurasına yönləndirib. Həmin tvitdə Tramp yazırdı: "Nordstrom mənim qızıma qarşı böyük ədalətsizlik edib. O çox böyük insandır və məni həmişə düzgün işlər görməyə yönəldir. Dəhşətdir".

Bu da qeyd olunur ki, bu tvit sonradan ABŞ prezidentinin rəsmi Tvitter hesabından da yenidən paylaşılıb. Konqres demokratlarının lideri Nenci Pelosi deyib ki, Tramp prezidentliyə qətiyyən layiq adam deyil.

Trampın tvitindən bir qədər əvvəl Nordstrom mağazası elan etmişdi ki, İvankanın brendi satışın çox pis getdiyinə görə ləğv olunur. Mağaza bildirir ki, burada 2000-dən çox brend satılır və onların sərfəliliyi daim təftiş edilir. Amma "The Guardian" xatırladır ki, Nordstrom bu qərarı verməzdən əvvəl həftələrlə davam edən aksiya baş vermişdi. "Portmanatını al get" adlandırılan anti-Tramp kampaniyası prezidentin miqrant qadağanına etiraz olaraq mağazadan Tramp ailəsi ilə bütün əlaqələrin kəsilməsini tələb edirdi.

"The Guardian" yazır ki, Trampın tvitindən sonra mağazanın səhmləri qiymətdən düşsə də, sonra yenidən yüksəlməyə başlayıb. Bu tvit barədə suala cavab verərkən Ağ Evin mətbuat katibi Şin Spayser deyib ki, prezdentin bir ata kimi öz qızını müdafiə etmək haqqı var və buna görə onu tənqid etmək düzgün deyildir.

Nordstrom isə iddia edir ki, İvanka brendinin çıxarılması sırf satışla bağlı məsələdir və bu qərar barədə prezident qızına əvvəlcədən xəbər verilib. Opponentləri Trampı öz ailəsinin biznes maraqlarını yürütmək üçün vəzifəsindən sui-istifadə etməkdə günahlandırırlar.

Corc Buşun keçmiş etika vəkili deyib ki, bu, dövlət vəzifəsindən şəxsi çıxarlar üçün sui-istifadənin ağır formasıdır. "The Guardian" yazır ki, ətrafdan yağdırılan tələb və tənqidlərə baxmayaraq Tramp hələ də bir çox biznes maraqlarından əl çəkməyib.Bundan başqa prezident özünün vergi sənədlərini açıqlamaqdan da inadkarlıqla imtina edir.

ABŞ etika ekspertləri qəti əmindirlər ki, Tramp Amerika prezidentini biznes maraqları ilə toqquşduran faktorların aradan qaldırılması üçün çox az iş görüb. Onlar deyirlər ki, ABŞ Konstitusiyasına zidd olaraq Tramp hələ də biznesindən mənfəət götürməkdə davam edir.

“Public Citizen” vətəndaş qrupunun prezidenti Robert Veysmann deyib ki, onun qızının brendi ilə bağlı məsələyə belə sərt reaksiyası bu ittihamların doğruluğunu təsdiq edir. Ivanka Tramp - Tramp Təşkilatındakı vəzifəsindən başqa bir də öz adını daşıyan zinət və geyim əşyaları brendinin satışı ilə məşğuldur.

Bu həftə Melania Tramp” Daily Mail” qəzetini nəşr edən korporasiyaya qarşı 150 milyon dollarlıq məhkəmə iddiası qaldırıb. Qəzet xanım Trampın 1990-cı illərdə bahalı eskort qız kimi işlədiyi barədə iddialardan yazmışdı. Maraqlıdır ki, xanım Tramp bu iddiaların onun "çoxmilyonluq biznes maraqlarına ziyan vurduğunu" bildirir. Onun vəkilləri bildiriblər ki, xanım Tramp dünyada ən çox fotoşəkli çəkilən qadın ola bilər.

Prezident Obamanın keçmiş etika müşaviri Norman Eisen “Associated Press “agentliyinə deyib ki, "Tramplar Ağ Evdən Kardaşyanlar realiti teleşousundan istifadə etdikləri kimi istifadə edirlər".

"The İndependent" isə yazır ki, siyasət aləmi də pop musuqisi aləmi kimidir. Adamın bəxti hər an tərsinə dönə bilər. Bir də görürsən göyün yeddinci qatındasan, bir də görürsən sərt enişdə… Çox vaxt bunun niyə belə olduğunu başa düşmək də olmur.

Məqalədə deyilir ki, Trampa gəldikdə isə, onun vəziyyəti prezidentliyinin başlanğıcından cəmi iki həftə keçmiş deyəsən pisdən betərə doğru dəyişir. ABŞ-da keçirilmiş rəy sorğusu göstərib ki, tarixdə prezidentliyinə ən aşağı reytinqlə başlamış Tram-ın populyarlığı ikicə həftədə lap aşağı düşüb.

Gallup-ın arapdığı monitorinq tipli rəy sorğusundan aydın olub ki, rəyi soruşulanların 53 faizi onun prezident kimi fəaliyyətindən narazıdır. 42 faiz isə bu fəaliyyətdən razı olduğunu bildirib. Yanvarın 22-də, inaqurasiyadan iki gün sonra onu bəyənənlər və bəyənməyənlər arasında nisbət 45 faiz-45 faiz idi.

Trampın ümumi rəğbət reytinqi onun prezidentliyinin elə birinci həftəsində 8 bal enib. Bundan başqa prezidenti bəyənənlərlə bəyənməyənlər arasında fərq də böyüyüb və hazırda 12-yə çatıb. "The İndependent" izah edir ki, Gallup prezidentin fəaliyyətini təqdir və tənqid edənlərin faizini bilmək üçün hər gün 1500 amerikalı arasında telefonla rəy sorğusu keçirir.

Rəy sorğusu nəticələrində mümkün xəta 3 faiz ola bilər. Prezidentlərin populyarlığını hələ Duayt Eyzenhauerin vaxtından müəyyən edən “Gallup” bildirir ki, indi Trampı istəməyənlərin faizi 53-dür. Müqayisə üçün qeyd olunur ki, keçmiş prezident Barak Obamanın prezidentliyinin ikinci həftəsində onu bəyənənlərin faizi 65 idi. Corc Buş da 2001-ci ilin əvvəllərində 50 faizdən çox insanın xoşuna gəlirdi.

Rəy sorğusu barədə hesabatdan belə başa düşülür ki, Trampın iki həftə ərzində belə gözdən düşməsinə səbəb onun verdiyi ilk sərəncamların xaotikliyidir.

“Gallup”-un nəticələrinə görə rəyi soruşulanların 50 faizi Trampın çox sürətlə hərəkət etdiyini, 35 faizi isə normal sürətlə işlədiyini bildiriblər.Obama prezidentliyinin ilk 12 günündə 19 icra sərəncamı vermişdi. Tramp bundan bir sərəncam az verib. Lakin 2009-cu ildə rəyi soruşulanların yalnız 12 faizi Obamanın tələskənliyə yol verdiyini düşünürdülər. (BBC-nin xülasəsi)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar