Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın iradəsi ilə ABŞ ordusu dünyanın hər yerində əməliyyat keçirəcək?

Politoloq: “Reks Tillersonun Konqressdən bu cür tələbi qlobal səviyyədə müəyyən təhlükələr vəd edir. Çünki bütün problemlərin məhz zor müstəvisində həll olunması fikiri qəbulolunmaz bir fikirdir”


“Bu gün birqütblü dünyanın yenidən yaranması məsələsi mümkün deyil. Çünki artıq regionda, xüsusilə də Suriyada və İraqda baş verən hadisələr, həmçinin Koreya yarmadasında baş verən gərginlik və münaqişələr də göstərdi ki, dünyada bir çox regional güclər var və dünya artıq heç də bir qütblü deyil”.

Bu sözləri politoloq Natiq Miri ABŞ Dövlət Katibinin Konqressə müraciət edərək ABŞ ordusundan dünyanın hər yerində istifadə etmək icazəsinin adminstrasiyaya verilməsi istəyini PİA.AZ-a şərh edərkən açıqlamsında qeyd edib.

ABŞ-ın Dövlət Katibi Reks Tillerson Konqressə müraciət edərək ABŞ ordusundan dünyanın hər yerində istifadə etmək icazəsinin  adminstrasiyaya verilməsini istəyib. Dövlət Katibi bu istəyini dünyanın hər yerində terrorizmə qarşı effektli mübarizə aparmaqla əlaqələndirib. Müraciətində Tillerson 11 sentyabr 2001-ği ildən sonra verilən icazələri terrorizmlə mübarizə aparmaq üçün yetərli hesab etmir və bu icazələri də saxlamaq şərti ilə Tram adminstrasiyasına dünyanın istənilən nöqtəsində ABŞ ordusundan istifadə edilməsi icazəsini verilməsini istəyir. Eyni zamanda Tillerson İŞİD üzərində tam qələbəyə qədər ABŞ ordusunun İraqdan çıxmayacaq. Suriyadakı vəziyyətə də toxunan ABŞ-ın Dövlət Katibi qeyd edib ki, hazırda Vaşinqton Bəşər Əsədin ordusuna qarşı çıxış etmir, lakin gərəkirsə bu məsələ ilə bağlı da Konqressə müraciət oluna bilər. 

Bəzi müşahidəçilər hesab edirlər ki, əslində Dövlət Katibinin bu müraciəti bütün dünyada terrorozmə qarşı total müharibə elan etmək anlamına gəlir və bu ABŞ rəhbərliyinin əslində öşvlətlərin suverenliyinə qəsd kimi də dəyərləndirilə bilər. Qeyd edək ki, Reks Tillersonun bu müraciətini ABŞ-ın müdafiə naziri Ceyms Mettis də müdafiə edib.

Hazırkı durumda ABŞ ordusunun dünyanın hər yerində əməliyyat keçirməsi zərurəti nədən doğa bilər və bu onsuz da gərgin olan dünyada yeni gərginliyə səbəb olmazmı? Həmçinin Konqress ABŞ ordusunun dünyanın hər yerində əməliyyat keçirməsinə icazə verərsə, bu ABŞ hegemoniyasının və aqressiyyasının bütün dünyaya hakim olmasına yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.



Natiq Miri: “Bu gün ilk olaraq zor tətbiq edilir və sonradan bu zorun nəticələri beynəlxalq hüquqa uyğunlaşdırılır”.


ABŞ-ın Cənubi Qafqazda, xüsusilə Gürcüstanda ordusunun olmasında maraqlı olduğunu qeyd edən politoloq Natiq Miri PİA.AZ-a verdiyi açıqlamasında əlavə edib ki, son zamanlar intensiv olaraq Cənubi Qafqazın Gürcüstan bölgəsində NATOABŞ-ın da iştirak etdiyi hərbi təlimlər keçirilir və bu faktın özü də göstərir ki, artıq Cənubi Qafqazı da ABŞ öz maraq dairəsinə əlavə edib:

“Burada dünyanın bütün regionları deyiləndə əsas qaynar nöqtələr nəzərdə tutulur. Yəni bu gün söhbət Koreya yarmadasında, yəni Şimali Koreya ilə ABŞ arasındakı gərginlikdən gedir. Həmçinin bildiyimiz kimi Suriyada çox böyük qeyri-müəyyənlik baş verir. Bundan başqa da İraqda da ABŞ gözləmədiyi siyasi nəticələrlə qarşılaşdı. Yəni ABŞ bu gün mərkəzi İraq höküməti ilə Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani arasında baş verən proseslərin yenidən Suriyada təkrarlanmasını istəmir. Bu yöndə də konkret olaraq Suriyada Əsəd rejimini müxtəlif vasitələrlə şantaj etməklə dəstək verdiyi PKK, PYD terrorçularının müxtariyyatının Əsəd rejimi tərəfindən tanınmasını tələb edir. Bütün bunlara görə ABŞ əsasən bu bölgələrdə ordusunun rahat əməliyyat keçirməsini istəyir. 

Bunu da qeyd edim ki, bu məsələdə bir növ Avropa üçün təhlükə mənbəyi olan Ukraynadan da söhbət gedir. Avropanın tam təhlükəsizliyini qaratiya altına almaq üçün Ukraynanın ərazi bütövlüyü bərpa olunmalı və NATO bu və digər şəkildə Ukraynanın müdafiəsini öz üzərinə götürməlidir. Buna paralel olaraq təbii ki, ABŞ Cənubi Qafqazda, xüsusilə Gürcüstanda ordusunun olmasına maraqlıdır. Çünki bildiyimiz kimi son zamanlar intensiv olaraq Cənubi Qafqazın Gürcüstan bölgəsində NATOABŞ-ın da iştirak etdiyi hərbi təlimlər keçirilir və bu faktın özü də göstərir ki, artıq Cənubi Qafqazı da ABŞ öz maraq dairəsinə əlavə edib. Buna görə də ABŞ Dövlət Katibi Reks Tillersonun Konqressdən bu cür tələbi qlobal səviyyədə müəyyən təhlükələr vəd edir. Çünki bütün problemlərin məhz zor müstəvisində həll olunması fikiri qəbulolunmaz bir fikirdir. 

Natiq Miri: “Əgər ABŞ yenidən birqütblü dünya yaratmaq istəyəcəksə, qarşısında bütün dünyanı görəcək”.


Bu gün daha çox iqtisadi yöntəmlərlə, daha çox beynəlxalq hüququn gərəyi olaraq atılan addımlarla problemləri çözmək əvəzinə, təəssüf ki, hər şey tərsinə baş verir. Yəni bu gün ilk olaraq zor tətbiq edilir və sonradan bu zorun yaratdığı nəticələr beynəlxalq hüquqa uyğunlaşdırılır. Bir sözlə, bu gün güc, beynəlxalq hüququn qarşısında tutulduğu üçün hələ də problemlər regionda davam edir. ABŞ-ın son addımı, yəni Reks Tillersonun Konqressə bu yöndəki, müraciəti də dünyada yeni bir gərginlik yaratmaqdan, həm də bir çox region ölkələrinə təzyiqdən başqa bir şeyə yaramayacaq.

Bu gün birqütblü dünyanın yenidən yaranması məsələsi mümkün deyil. Çünki artıq regionda, xüsusilə də Suriyada və İraqda baş verən hadisələr, həmçinin Koreya yarmadasında baş verən gərginlik və münaqişələr də göstərdi ki, dünyada bir çox regional güclər var və dünya artıq heç də bir qütblü deyil. Dünya təkcə bir siyası mərkəzdən idarə olunmur. Bu dönəm artıq geri qaldı və bundan sonra ABŞ yenidən birqütblü dünyanın yaranmasına cəhd edəcəksə, bu böyük uğursuzluqla nəticələnəcək.Çünki indi hətta ABŞ-ın öz müttəfiqləri belə mərkəzdən qaçma addımları ilə bu məsələni ortaya qoyur. 

ABŞ-ın keçmiş strateji müttəfiqi olan Türkiyə də bu gün region məsələlərində ABŞ ilə birgə addım atmır. Bildiyimiz kimi həm İraqda, həm Suriyada Rusiya-İran-Türkiyə üçlük formatında konkret addımlar atılır. Bu atılan addımların da uğurlu nəticələri ortadadır. Buna görə də düşünürəm ki, ABŞ artıq bütün bu məsələləri gözardı edə bilməz. Əgər ABŞ bu məsələləri gözardı edib yenidən birqütblü dünya yaratmaq istəyəcəksə, qarşısında bütün dünyanı görəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar