Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın hakimiyyəti illərində xristian-islam qarşıdurması üçün təhlükə varmı?


“Bu gün Yaxın Şərqdə hazırki dönəmdə baş verən proseslər, yaxın gələcəkdə daha kəskin münaqişələrin baş verəcəyinin xəbərçisidir”


Suriyada  Türkiyə və İranın maraq konturları artıq cızılıb və tərəflər hələlik, bu cizgiləri keçmirlər”.

Bu sözləri “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bəzi Qərb analitiklərinin və ekspertlərinin müsəlman ölkələri ilə bağlı təhlillərinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Son zamanlar Qərbin analitik və ekspertləri müsəlman ölkələri ilə bağlı tez-tez proqnostik fikirlər irəli sürürlər. Bu prosesdə isə İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi müsəlman dövlətləri arasında ziddiyyətlərin yaradılması aspekti xüsusi yer tutur. Qərbdə müsəlman dövlətləri haqqında hansı mövqe mövcuddur? Yaxın Şərqdə İran-Səudiyyə Ərəbistanı-Türkiyə xəttindəki münasibətlərə Qərbin kənardan təsiri hansı səviyyədədir? Trampın hakimiyyəti illərində xristian-islam qarşıdurması üçün təhlükə varmı?

Image result for vüqar zifəroğlu pia.az

Vüqar Zifəroğlu: “İndiki dönəmdə Türkiyə ilə İranı üz-üzə gətirmək çətin olacaq”.


Yaxın gələcəkdə kəskin münaqişələrin baş verə biləcəyini qeyd edən analitik Vüqar Zifəroğlunun fikricə, indiki zamanda Yaxın Şərqdə baş verən proseslərdə din məsələsi əsas faktor deyil:

“Bu gün Yaxın Şərqdə baş verən prosesləri heç bir halda fərqli dinlərin toqquşması və ya müharibəsi kimi təqdim etmək olmaz. Ümumiyyətlə, 21-ci əsrdə dini müharibələr anlayışı öz əhəmiyyətini itirib və daha çox milli-dövlət və ya imperialist maraqlar çərçivəsindən qiymətləndirilməlidir. Ukrayna ilə Rusiya arasında yaşananlardan tutmuş, Suriyada gedən proseslərə qədər hər biri bunun əyani sübutudur. Münaqişədə marağı olan və iştirakçı olan tərəflər var və bu zaman onların dini və ya məzhəbsəl mənsubiyyəti sadəcə olaraq manipulyativ nöqteyi-nəzərdən qabardılan məqamlardır. Bu gün Yaxın Şərqdə hazırki dönəmdə baş verən proseslər, əslində yaxın gələcəkdə daha kəskin münaqişələrin baş verəcəyinin xəbərçisidir. 

Bu münaqişələrdə etnik və dini-məzhəbsəl faktorlar, şübhəsiz ki, qabardılacaq. Amma işin mahiyyəti, təbii ki, aktyor dövlətlərin geo-siyasi maraqlarıdır. Əgər Yəməndən husilər ər-Riyadı raket hədəfinə çevirirlərsə, bundan qısa bir zaman sonra Tel-Əvivdən də Qəzza hədəf olaraq götürülürsə və bütün bunlar ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda baş verirsə, deməli bölgə yeni və daha kəskin proseslərin astanasındadır. Hazırda Livan, İraqSuriyada mövqeləri kifayət qədər güclü olan İranın, husilərin vasitəsi ilə Yəməndə ərəb koalisiyası ilə dolayısı ilə müharibə apardığı bir zamanda, Qərbin yeni istiqamətdən cəbhə açacağını istisna etmək olmaz. 

Nəzərə alsaq ki, Rakka üzərinə hücumdan hazırki dönəm üçün imtina edilib, o zaman Vaşinqtonun Suriyanın şimalında Türkiyənin daha aktiv mövqeyə gəlməsində maraqlı olduğunu söyləmək olar. Lakin indiki dönəmdə Türkiyə ilə İranı üz-üzə gətirmək çətin olacaq. Baxmayaraq ki, hər iki ölkə Yaxın Şərq siyasətində ciddi rəqibdirlər və maraqları nəinki fərqlidir, hətta bir çox prinsipial məqamlarda toqquşur, bunun mümkün olacağına inanmıram. Suriyada bu iki ölkənin maraq konturları artıq cızılıb və tərəflər hələlik, bu cizgiləri keçmirlər. Başqa tərəfdən Rusiya faktoru var ki, indilikdə Moskva bu iki ölkənin qarşı-qarşıya gəlməməsində ən maraqlı tərəf və eyni zamanda vasitəçi kimi çıxış etməkdədir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar