Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın ən yaxın müttəfiqinin oğlu ABŞ prezidentini tənqid edib


“21st Fox Century” şirkətinin sahibi Ceyms Murdok Trampın əsas müttəfiqi olan atasından fərqli olaraq Trampa qarşı çıxıb


Musavat.com “The Guardian” qəzetinə istinadən xəbər verir ki, o, Trampın Şarlottesvil hadisələrinə münasibətini doğru saymadığını və onun əksinə olaraq neofaşistlər içərisində yaxşı birisinin olmadığını bildirib.

Prezidentin hadisəyə münasibəti Amerikalı və azad insanlar kimi bizi narahat edir” – Ceyms Murdok şirkət heyətinə yazılı bəyanat göndərib.

Ceyms Murdok “21st Century Fox” şirkətinin rəhbəridir. Onun atası Robert Murdok isə Donald Trampın yaxın müttəfiqidir. Məhz bu səbəbdən Fox rəhbərinin Trampı qınaması əks-səda doğurub. Murdok bəyan edib ki, Anti-Təhqir Liqası şirkət 1 milyon dollar məbləğində ianə ödənilməsi üçün tapşırıq verib. Anti-Təhqir Liqası anti-semitizmə qarşı mübarizə aparır.

Ceyms Murdokun atası Robert Murdok Tramp davamlı olaraq əlaqə saxlayır. “Fox News” telekompaniyası “21st Century Fox”a məxsusdur.  

“Bu hadisələr bizə xatırlatdı ki, nifrət və fanatikliyə qarşı mübarizə bizim vəzifəmizdir. Cəmiyyətimizdə nifrətin mövcudluğu Şarlottesvil hadisəsi ilə üzə çıxmış oldu. Faşistlərə qarşı mübarizə aparmaq çox mühümdür. “Yaxşı faşist var” deyə bir şey yoxdur. Ya Klansmen, ya da terroçular”- Murdok vurğulayıb.

Trampla Fox News-un sahibi və baş direktorluğunu icra edən 86 yaşlı Robert Murdok uzun müddətdir ki, dostluq münasibətindədirlər. Medianın verdiyi məlumata görə, Roberd Murdok Trampın Ağ Evdən kənarda hər həftə məsləhət aldığı şəxslərdən biridir. Digər tərəfdən Fox News Trampdan üz çevirmədi və ona olan sədaqətini qorudu.

Virciniya ştatının Şarlottosvil şəhərində iğtişaş avqustun 12-də baş verib. Ağ milliyətçilər yürüş-mitinq keçirib, Robert E.Linin heykəlini yıxmaq istəyiriblər. Li 1861-1865-ci illərdə baş verən vətəndaş müharibəsində qulların tərəfini saxlayan Konfederasiya ordusunun komandiri olub.

Bir sıra yürüş-mitinq iştirakçılarının əlində tüfəng və zirehli əşyalar olub. Etirazçıların da əlində bu alətlərin olduğu vurğulanır. İki qrup arasında baş verən toqquşmada bir nəfər ölüb, 19 nəfər yaralanıb.

ABŞ prezidenti Donald Tramp “hər iki tərəfdə də günah var” deyib. Onun bu münasibəti bütün dünyada tənqid edilir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar