Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın bahalı dollar siyasəti digər valyutalar üçün nə vəd edir?


Ekspert: “Dekabr ayında uçot dərəcəsinin yenidən artırılması ehtimalı var”


“Con Teylor Federal Ehtiyat Sisteminin, (FED), rəhbərliyinə gətirilərsə, ABŞ hökuməti bahalı dollar siyasətini sərgiləməkdə davam edəcək”.

Bu fikirləri  iqtisadçı ekspert Fikrət Yusifov Con Teylorun Federal Ehtiyat Sisteminin, (FED), rəhbərliyinə gətirilərsə, faizlərin sürətlə artacağı xəbərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dolların məzənnəsi ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyi üçün Con Teylorun (John Taylor) namizədliyini düşünməsi barədə çıxan xəbərlərlə öz təsdiqini tapmağa başlayıb. “Ağ Ev”dən verilən məlumatda ötən həftə Teylorun Trampla görüşündən sonra onun prezidentdə müsbət təəssürat yaratdığı bildirilir. 

Xəbərin açıqlanması əsas valyuta cütlüyü olan USD/EUR-un 1,1820 səviyyəsindən 1,1750 səviyyəsinə qədər geriləməsinə səbəb olub. Həmçinin, dollar funt sterlinqə qarşı 0,4% bahalaşıb. Qeyd edək ki, C.Teylor FED-in 2017-ci ildə uçot dərəcəsini 3 dəfə artırması fikrini dəstəkləyib. Tokioda yerləşən “SMBC Trust Bank” menecerlərindən olan Simon Pianfettiyə görə, “Teylor FED rəhbəri olarsa, faizlər sürətlə yüksələcək”.

Dolların məzənnəsi artmağa başlasa, bunun digər valyutalara, o cümlədən manata təsiri necə olacaq?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifovun fikirlərini öyrənib.



Fikrət Yusifov: “Dolların möhkəmlənməsi digər ölkələrin milli valyutalarının məzənnəsinin zəifləməsinə gətirib çıxara bilər”.


Son günlər ABŞ dollarının məzənnəsində baş verən möhkəmlənmə meylləri ilk növbədə prezident Donald Trampın ABŞ Mərkəzi Bankının rəhbərliyinə Con Teylorun gətirilməsi barədəki düşüncələrinin səbəb olduğunu vurğulayan sabiq maliyyə naziri, iqtisadçı ekspert, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib ki, sərt monitar siyasət aparmağın tərəfdarı olan C.Teylor uçot dərəcəsinin artırılmasının tərəfdarıdır:

“Federal Ehtiyat Sisteminin növbəti toplantısı cari ilin noyabr ayının 1-də olacaq. Dekabr ayında isə uçot dərəcəsinin yenidən artırılması ehtimalı var. Son günlər ABŞ dollarının məzənnəsində baş verən möhkəmlənmə meylləri ilk növbədə prezident Donald Trampın ABŞ Mərkəzi Bankının rəhbərliyinə Con Teylorun gətirilməsi barədəki düşüncələri olub. Sərt monitar siyasət aparmağın tərəfdarı olan C.Teylor uçot dərəcəsinin artırılmasının tərəfdarıdır. 

Görünən budur ki, o, Federal Ehtiyat Sisteminin  rəhbərliyinə gətirilərsə, ABŞ hökuməti bahalı dollar siyasətini sərgiləməkdə davam edəcək. Məqsəd bu yolla ABŞ iqtisadiyyatına daha çox kapital cəlb etməkdən ibarətdir. 

Dolların möhkəmlənməsi digər ölkələrin milli valyutalarının məzənnəsinin zəifləməsinə gətirib çıxara bilər. Manatın məzənnəsi isə daha çox neftin qiymətlərinin səviyyəsindən və qeyri-neft ixracının həcmindən asılı olacaq. Dollar bahalaşarsa, neftin qiymətinin aşağı düşməsi riski də var və ona görə də, dolların bahalaşması fonunda neftin qoyməti aşağı düşərsə, manatın zəifləməsi mümkündür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar