Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Suriya strategiyası nədən ibarətdir?


ABŞ-ın başçılığı altında Qərb koalisiyasının Suriyaya vurduğu zərbələr bizim qarşımızda bir neçə sual qoyur


Birincisi – ABŞ-ın Suriyadakı strategiyası nədən ibarətdir?

İki həftə öncə Donald Tramp Ohayo ştatında çıxış edərkən demişdi ki, ABŞ çox tezliklə Suriyadan çıxacaq. İndi isə Tramp Dəməşq də daxil olmaqla, bir neçə Suriya şəhərinə qarşı iri miqyaslı bombalama əməliyyatına rəhbərlik edib.

Tramp administrasiyasının Suriyadakı strategiyası necədir? O, Bəşər Əsədin hakimiyyətdən getməsini nəzərdə tuturmu? Belə ki, Barak Obama administrasiyası Suriya vətəndaş müharibəsinin ilk başlarında Əsədin getməsini istəyirdi. Bəlkə də ortada Əsədin kimyəvi silah tətbiq etməməsi kimi hansısa qırmızı xətt mövcuddur və bundan başqa heç nə yoxdur?

Cavab müəmma olaraq qalır. Tramp Qərb koalisiyasının Suriyaya zərbə vuracağını elan edəndə Əsədin hakimiyyətdə qalmamasına eyham vurmuşdu. Bundan əvvəl isə ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bilirmişdi ki, əgər Əsəd hakimiyyətdə qalarsa, Suriyada hansısa siyasi həllin baş tutmasına ümid bəsləmək olmaz.

İkincisi – Suriya rejimi tərəfindən kimyəvi silahın təbiqinə cavabdan əlavə Tramp administrasiyasının müharibədə Suriyanın dinc əhalisini qorumaq planı varmı?

Bu müharibədə yarım milyonadək suriyalı ölüb. Kimyəvi silahın qurbanları bunun yalnız çox cuzi bir hissəsidir. Seçki kampaniyası zamanı Tramp Suriyanın mülki əhalisi üçün “təhlükəsizlik zonası” yaradılması fikrini irəli sürmüşdü.

Belə zonaların yaradılması Trampın növbəti addımı olacaqmı? Onlar necə olacaq?

Bu cür təhlükəsizlik zonaları uçuşsuz zonanın olmasını tələb edir. Çünki indiyədək Suriya Hərbi Hava Qüvvələri səmada tam üstünlük əldə ediblər ki, bu da onlara sərbəst şəkildə çəllək bombalarının, kimyəvi silahların və digər mərmilərin atılmasına imkan verib. Bu cür uçuşsuz zonaların yardılması həm də ona görə çətindir ki, Suriya üzərindəki səmada xeyli sayda Rusiya təyyarələri uçur.

Üçüncüsü – Trampın dinc sakinlərin həyatından tərifəlayiq narahatlığı onun ABŞ ərazisinə getmək istəyən suriyalı qaçıqınlara qarşı olan münasibətini dəyişəcəkmi? Hal-hazırda Tramp administrasiyası faktiki olaraq suriyalı qaçqınların ABŞ-a gəlməsinə qadağa qoyub. Baxmayaraq ki, onların əksəriyyəti qadınlar və uşaqlardır.

Dördüncüsü – Suriyaya vurulan zərbələri Tramp və Rusiya münasibətləri arasında hansısa dönüş saymaq olarmı?

ABŞ prezidenti uzun müddət Rusiya prezidenti Vladimir Putini tənqid etmək arzusunda deyildi, lakin o, rusiyalıların ünvanına kəskin bəlağətlə çıxış edib: ”Mən Rusiyadan soruşuram: hansı ölkə istəyər ki, onu günahsız kişilərin, qadınların və uşaqların kütləvi öldürülməsi ilə assosiasiya etsinlər?”

Beşincisi – 13 apreldə ABŞ müdafiə naziri Ceyms Mettis Pentaqonda mətbuat konfransında çıxış edərkən deyib ki, ABŞ konstitusiyasının 2-ci bəndinə uyğun olaraq ABŞ prezidenti ali baş komandan kimi zərbə vurmağa icazə vermək hüququna malikdir.

Hüquq üzrə əksər ekspertlər və Konqresin üzvləri bununla razı deyillər. ABŞ-ın hərbi əməliyyatlar keçirməsinə razılıq vermək hüququ olan Konqres Suriya rejiminin obyektlərinə yox, yalnız terrorçuların mövqelərinə zərbə vurmağa icazə verərdi.

Altıncısı – İndiki yaranmış vəziyyət Bill Klintonun 1998-ci ilin avqustundakı Monika Levinski qalmaqalının ən qızğın vaxtına bənzəyir. Onda prezident Klinton göstəriş vermişdi ki, ”Əl-Qaidə”nin Əfqanıstandakı təlim düşərgələrinə zərbə vurulsun. Çünki prezidentin göstərişindən əvvəl terrorçular ABŞ-ın Afirkadakı iki səfirliyində partlayış törətmişdilər.

Nə zamansa Mark Tven deyib: ”Tarix təkrar olunmur, ancaq qafiyəsi uyğun gəlir”.(zpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar