Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Suriya hesabları – Putinin cavab tədbiri olacaqmı?


Yəqin ki, Donlad Tramp, Ağ Evə köçməsindən sonra ilk dəfədir ki, uduşlu gediş edə bilib


 Əlbəttə, əgər Amerika tərəfindən Suriya aviabazasına vurulan raket zərbələrindən sonra Rusiya, İran və ya “Hezbolla” hansısa cavab tədbirləri görməzlərsə.

ABŞ-da cərəyan edən daxili siyasi planda artıq bunu uğur saymaq olar. Tramp, özünün sələfi Barak Obamadan tamamilə fərqli davranaraq, onun 2013-cü ilin yayında etmək istəmədiyini etdi.

Obamanın özü Bəşər Əsəd rejimi qarşısında qırmızı xətt çəkmişdi. Hər necə olsa da, 21 avqust 2013-cü ildəki zəhərli qaz hücumu nəticəsində 1400 dinc sakin öldürüldükdən sonra Ağ Ev, hətta rəmzi zərbələrdən də imtina etmişdi. Səbəb isə nüvə proqramı üzrə danışıqların aparılması istiqamətində İranın narazı salınmamasıydı. O zaman Barak Obama məsuliyyəti Rusiyanın üzərinə qoydu. Rusiya, Suriya hakimiyyətinin əlindəki kimyəvi silah ehtiyatının məhv edilməsi öhdəliyini öz üzərinə götürmüşdü.

- Tramp hərəkətə keçməyə qərar verib

2013-cü ildə ABŞ prezidenti öz xəbərdarlığının yalnız sözlərdən ibarət olmasını və bundan sonra Amerikanın Yaxın Şərqdə və ya hər hansı bir yerdəsə jandarm rolu oynamayacağını bütün dünyaya göstərməklə, böyük səhvə yol verib. Elə bunun nəticəsində də Rusiya Ukrayna və Suriyada açılmış boşluqdan istifadə etdi. İran və “Hezbolla” isə kütləvi qüvvə ilə Bəşər Əsədin dəstəklənməsinə başladılar.

Trampın Əsəd ordusuna zərbə vurması, onu Moskva avtokratına yaxınlıqda ittiham edənlərə qarşı müəyyən mənada cavabdır. Trampın seçki qərargahının Rusiya ilə əlaqələri barəsində konqresin apardığı təhqiqat, ABŞ dövlət başçısının gələcəyi üçün təhlükə sayılmalıdır. Suriyadakı bazaların dağıdılmasından sonra Tramp ona qarşı tənqidi mövqedə dayanan nüfuzlu respublikaçı senatorlar Con Makkeyn və Linsi Qrem tərəfindən dəstək görüb.

- Daxili izolyasionizm

Nəhayət, Donald Tramp özü barəsində beynəlxalq arenada söz söyləmiş oldu. O, istənilən böyük dövlətin mühüm tərəfinin nədən ibarət olduğunu nümayiş etdirdi. Tramp göstərdi ki, onun seçki kampaniyası zamanı irəli sürdüyü izolyasionizm doktrinası yalnız sözdən ibarədir. Bunun ilk sübutu – hərbi büdcənin 54 milyard dollar artırılmasıdır. Hal-hazırda Suriyada oynanılan oyun ABŞ üçün heç də sadə sayılmamalıdır. Vaşinqton heç də Suriyanın “Su-22” təyyarəsindən atılan “zarin” kimyəvi bombasının Suriya, Rusiyaİran tərəfindən göndərilmiş siqnal olduğuna şübhə etmir. Onların bundan xəbərsiz olmaları inandırıcı deyil. Bombanı atan təyyarənin yerləşdiyi bazada Rusiya hərbi hissəsi var.

Tramp administrasiyası münaqişədəki iştirakını təsdiq etməlidir. Ona görə də, Suriya bazasına vurulan zərbələr, kimyəvi silah istifadə olunması sərhədlərindən də uzağa gedir. ABŞ Suriyanın taleyi və münaqişənin həlli məsələsindəki itirilmiş təsirini geri qaytarmağa çalışır. Rakkaya hücumum hazırlanmasına dəstək kimi quru qoşunu ilə yanaşı zirehli texnika və artilleriyanın göndərilməsi olduqca mühümdür. Ağ Evin planı İŞİD-in Suriyadakı paytaxtı Rakkaya hücumu koordinasiya etməkdən ibarətdir. Moskva, Tehran və Dəməşqin buna qarşı prinsipial etirazları yoxdur, ancaq onları Amerikanın uğurunun sonrakı nəticələri bərk narahat edir. Həm də ki, Tramp administrasiyası Suriyadan İran və “Hezbolla”nın çıxarılması niyyətini qətiyyən gizlətmir.

ABŞ dövlət katibi Reks Tillerson hətta Moskvanın ünvanına qarşı tənqidlə çıxış edərək deyib: ”Əgər Suriya öz kimyəvi silah arsenalını məhv etməyibsə, onda Rusiya onu öz öhdəliyini yerinə yetirməyə məcbur edə bilməz. Rusiya ya vasitəçi olub, ya da ki, səriştəsizlik göstərib”.

İndi Vladimir Putinin cavab vermək qərarına gəlib-gəlməyəcəyi sual altındadır. Moskva, 17 mart tarixində İsrailin digər bir Suriya hərbi bazasına endirdiyi zərbəyə reaksiya verməmişdi.

Çox güman ki, son günlər iki ölkənin hərbi qərargahları arasında yaradılan çoxsaylı əlaqələrdən sonra ABŞRusiya, Amerikan zərbələrinin miqyası barəsində razılığa gəliblər. Yaxınlıqdakı əsgərlərin zərbə altına düşməməsi üçün, atəş barəsində Moskva öncədən xəbərdar edilib.

Nəhayət, Vladimir Putin yəqin ki, seçilməsini aktiv şəkildə alqışladığı yeni ABŞ prezidenti ilə münaqişəyə girməyi qətiyyən arzulamır.(Slate.fr-Fransa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar