Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Qüds qərarı Rusiyanın əlini gücləndirə bilər


Avropa mətbuatı isə vəziyyətin bu hala gəlməsində həm ABŞ-ı, həm İsraili, həm müsəlman dünyasını, həm də fələstinlilərin özlərini günahlandırır


Hazırda dünya gündəminin bir nömrəli mövzusu şübhəsiz ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı olaraq rəsmən tanıması və səfirliyin həmin şəhərə köçürülməsi barədə bəyanıdır.

Doğrudur, bəzi ekspertlər prezidentin çıxışında fələstinlilərə təskinlik verə biləcək məqamların olduğunu qeyd edirlər. Məsələn, Tramp nitqində bütün şəhəri İsrailin paytaxtı olaraq qəbul etdiyinə dair söz deməyib. Bundan başqa, o, İsrailin çox sevdiyi “vahid və bölünməz paytaxt” ibarəsindən də qaçıb. Bundan başqa, Ağ Evin rəhbəri ümumiyyətlə səfirliyin nə vaxt köçəcəyini belə çatdırmayıb.
Hər halda söz artıq ağızdan çıxıb.

İndi İsrail Yaxın Şərqin ikinci əsas oyunçusu Rusiyanı prosesdə öz tərəfinə çəkməyə çalışır.

İsrailin Moskvadakı səfiri Harri Koren dekabrın 7-də keçirdiyi mətbuat konfransında RusiyaABŞ-dan nümunə götürməyə çağırıb. “Nə qədər tez olsa, bir o qədər yaxşı olacaq”, - səfir qeyd edib.

Rusiya mətbuatının yazdığına görə, İsrail Qüdsdə bunun üçün olduqca sərfəli şərtlərlə Rusiyaya ərazilər verməyə hazırdır. Burada hələ XIX əsrdə Rusiya İmperiya Pravoslav Fələstin Cəmiyyəti tərəfindən tikilən Müqəddəs Sergey karvansarasını qeyd etmək olar. Tarixi bina 2008-ci ildə uzun mübahisələrdən sonra Rusiya dövlətinin mülkiyyətinə keçib.

Rusiyanın İsraildəki səfiri Aleksandr Şeinin də son günlərdə söyləydiyi cümlələr diqqəti cəlb edir. Səfir Şein səfirlik binasının Qüdsə köçürülməsinin istisna olunmadığını bildirib. Lakin o, bu məsələnin yalnız Fələstin əraziləri ilə bağlı bütün problemlərin həll olunmasından sonra baş tutacağını vurğulayıb.

Buna baxmayaraq, Rusiyanın Fələstin məsələsində mövqeyində hələlik qəti görünür.
Moskva hələ 2017-ci ilin aprelində Fələstinə dövlət statusu verilməsi, habelə Qüdsün Qərb hissəsinin Fələstinin paytaxtı olmasının gərəkdyini xarici işlər nazirinin ağzı ilə ifadə edib.

Almaniyanın Handelsblatt qəzetinin icmalçısı Pyer Hoyman Donald Trampın son qərarı ilə odla oynadığını, yaranan vəziyyətin isə ən çox Rusiyaya yaradığını qeyd edib.

Müəllif Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımaqla yəhudi dövlətinə pulsuz, lakin bahalı hədiyyə verdiyini qeyd edərək, əslində özünü pis vəziyyətdə qoyduğunu yazıb:

“Ağ Evə rəhbərlik etdiyi gündən bu yana Tramp İsrail və Fələstin arasında münaqişəni “daşınmaz əmlak alverində olduğu kimi” böyük razılıq əsasında həll edəcəyinə söz verib. Bu səbəbdən o, kürəkəni Cared Kuşner kimi etibar etdiyi şəxlsəri tez-tez bölgəyə göndərib. Bu vasitəçilər əsl ev maklerləri kimi tərəflərin mənafelərini aydınlaşdırmalı idilər. Lakin heç bir nəticə əldə olunmadı. Tramp isə özünün birtərəfli qaydada qəbul etdiyi qərarla vasitəçi rolundan ofsayd vəziyyətə düşdü”.

Siyasi icmalçı ABŞ-ın vasitəçilik rolunu itirməsi ilə Rusiyanın bu cür ambisiyalı rolu öz üzərinə götürə bilmək ehtimalını dilə gətirib:
“Putin onsuz da sistematik olaraq İrandan Suriyaya, Misirdən Livana qədər Yaxın Şərqdəki təsirini artırmaqda davam edir. Fələstin hələ ki Rusiyanın dosyesinə daxil edilməyib. Lakin Putindən vasitəçilik rolunu öz üzərinə götürməsini iki dəfə xahiş etmək lazım gəlməyəcək”.

Hoyman məsələnin bu həddə gəlməsində ABŞ-la yaxınlıq edən Fələstin rəhbərlyinin də rol oynadığını qeyd edib. O vaxtilə İsrailin Fələstinə Qüdsü bölməyi təklif etdiyini, lakn nə Yasər Ərəfatın, nə də onun yerinə gələn Mahmud Abbasın kompromisə getmədiyini bildirib: 
"Bunun“yerinə onlar “ya hamısı, ya da heç nə “siyasətində təkid etdilər və uduzdular”.

ABŞ-ın “The Daily Beast” qəzeti də 1995-ci ilin sentyabrında İsrail və və Fələstin arasında Osloda ilk razılıq əldə olunmasından bu yana vəziyyətin daima Fələstinin ziyanına işlədiyini yazıb. Məqalədə bu məsələdə ABŞ və İsrailin müəyyən dairələrinin böyük rol oynadığı vurğulanıb.

Kristofer Diki tərəfindən qələmə alınan yazıda həmin sazişlə fələstinlilərin muxtariyyat əldə etdiyini, habelə yol xəritəsinin ikidövlətli həlli nəzərdə tutduğu qeyd olunub.

Buna rəğmən bir sıra qüvvələr və ard-arda gələn fəlakətlər sazişin həyata keçməsinə mane olub:

“Saziş bağlandıqdan cəmi 9 gün sonra ABŞ Konqresi səfirlik haqqında (Qüdsü İsrailin paytaxtı olaraq tanıyan-red.) Bill Klintonun imzasına göndərdi. Noyabrın 4-də isə sazişi İsrail tərəfdən imzlayan baş nazir İshaq Rabin sui-qəsd nəticəsində öldürüldü.

Həmin vaxtdan bu yana Benyamin Netanyahu münaqişənin “iki xalq, iki dövlət” prinsipi ilə həllini heçə endirmək yönündə (mümkündür ki, “Həmas” və “İslam cihadı” təşkilatlarını əli ilə) əlindən gələn hər şeyi elədi.

ABŞ-da baş verən 11 sentyabr terror aktı, arxasınca Usama bin Ladenlə mübarizə fələstinlilərin dərdini ümumiyyəltə bir kənara buraxdı.

Daha sonra Yaıxn Şərqdə İsrailin rəqibləri İraqSuriya bir-bir çökdü. Bölgədə yəhudi dövlətinə tək təhdid olaraq İran qaldı”.

Almaniyanın “Die Welt” qəzetinin yazarı, İsrail dövlətinin mövqeyini qatı şəkildə müdafiə etməsi ilə tanınan Alan Pozner isə Trampı dəstəkləyib. Müəllif ABŞ prezidentinin qərarının sülhü pozacağı və müsəlman birliyini qızışdıracağı barədə söyləyən ekspertləri isə saxtakar adlandırıb.

Olduqca ziddiyətli və İsrailin xeyrinə qərəzli fikirlərin yer almasına rəğmən yazıda bir sıra maraqlı təsbitlər də var.

“Görəsən, hansı sülhdən danışılır”, - müəllif yazaraq davam edir:

“Qəzza sektorunda İsraili məhv etməyi qarşısına məqsəd qoyduğunu bildirən terrorçu təşkilat (“Həmas”-red.) dayanıb. Ramallahda da eyni istəkdə olan lakin buna silah you ilə nail olmayacağını anlayan korrupsiyalaşmış təbəqə (Mahmud Abbas və Fəth təşkilatı-red.) hökmü sürür.

Qalan müsəlman dövlətlrin gəldikdə isə bütün bölgə, İraqSuriyadan Livana, habelə Yəmənə qədər bir tərəfdən məzhəblərarası, digər tərəfdən isə radikal cihadçı və özlərini mülayim adlandıran lakin əslində korrupsiyalaşmış ərəb avtokariyasından başqa bir şey olmayan qüvvələr arasında gedən vətəndaş müharibələrindən qana boyanıb. Onları fələstinlilərin taleyi heç vaxt maraqlandırmayıb. Heç Qüdsdən ötrü bu qüvvələr bir-birlərini qırmadan vaz keçən deyil”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar