Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Putinə təşəkkürü amerikalı diplomatları qəzəbləndirib


ABŞ prezidenti Donald Trampın Rusiyadakı amerikalı diplomatların ixtisarı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə təşəkkür etməsi ABŞ Dövlət Departamentinin əməkdaşlarını qeyzləndirib


APA-nın xəbərinə görə, bu barədə “Politico” yazıb.
 
Ölkə xaricində çalışan amerikalı diplomatlardan biri prezidentin sözlərini hiddətləndirici adlandırıb. O qeyd edib ki, bu cür mövqe hətta ABŞ xarici siyasət idarəsinin bir çox ştatlı əməkdaşını işi tərk etməyə sövq edə bilər: “Bu, təhlükəli situasiyada ölkəsinə xidmət edən insanlara qarşı görünməmiş şəkildə hörmətsiz və ruhdan salan bir davranışdır”.  

Adının çəkilməsini istəməyən başqa bir əməkdaş Trampın bəyanatının çoxlarını çaşdırdığını söyləyib: “Mən zarafat etmirəm, bu barədə son 5 dəqiqədə mənə 3 nəfər dedi. Hər kəs heyrətlənib. Bu, bizim yerlərdəki bütün əməkdaşlarımıza qorxunc siqnaldır”.
 
“Putinə təşəkkür?! Mən sadəcə olaraq, öz reaksiyamı sizin yaza biləcəyiniz sözlə ifadə edə bilmirəm”, - deyə başqa bir diplomat hiddətini dilə gətirib.  
 
ABŞ dövlət katibinin sabiq müavini Nikolas Berns isə prezidentin sözlərini utandırıcı adlandırıb: “O, Putinin amerikalı diplomatlarla axmaq davranışına bəraət qazandırır”.  
 
Xatırladaq ki, D. Tramp Rusiyadakı ABŞ diplomatik missiyalarının əməkdaşlarını 755 nəfər azaltdığına görə Vladimir Putinə təşəkkür edib. Onun sözlərinə görə, bu addım Vaşinqtona imkan verəcək ki, əmək haqlarına ayrılan vəsaitə qənaət etsin. Tramp bunu zarafatla, yoxsa ciddi söylədiyinə dair hər hansı izahat verməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar