Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb


Norveçin Tərəqqi Partiyasından olan deputatlar 2018-ci il Nobel Sülh Mükafatına ABŞ Prezidenti Donald Trampın namizədliyini irəli sürüblər


Azərtac Norveç KİV-lərinə istinadla xəbər verir ki, bu məlumatı Tərəqqi Partiyasından olan deputat Per-Villy Amundsen jurnalistlərə müsahibəsində açıqlayıb. O bildirib ki, Donald Tramp Şimali Koreya və ABŞ arasında əldə olunan sülh razılaşmasına və Koreya yarımadasında “Nüvəsizləşdirmə” prosesinin başlanması işindəki səylərinə görə bu mükafata layiqdir.

Qeyd edək ki, Nobel Sülh Mükafatı Oslodakı Nobel Komitəsi tərəfindən hər il dünyada sülhün möhkəmləndirilməsi sahəsində göstərilən böyük xidmətlərə görə fiziki şəxslərə və təşkilatlara verilən ən nüfuzlu mükafatdır. Namizədlərin adları açıq və gizli şəkildə təqdim olunur. Laureatı seçən orqan – Nobel İnstitutu namizədlər və onların xidmətləri haqqında adətən məlumat vermir.

Laureatların adları oktyabr ayı ərzində keçirilən xüsusi tədbirlərdə açıqlanır. Mükafatların təqdim edilməsi mərasimi isə bir qayda olaraq dekabrın 10-da – mükafatın təsisçisinin vəfatı günü Stokholm və Osloda keçirilir.

Nobel mükafatının təsisçisi Alfred Nobelin vəsiyyətinə görə, beş nominasiya üzrə yaradılan mükafatın dördü Stokholmda verilir. Bu sıraya fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat, habelə 1969-cu ildə İsveç Bankının təşəbbüsü ilə Alfred Nobelin xatirəsinə təsis edilmiş iqtisadiyyat üzrə qeyri-rəsmi mükafat daxildir. Nobel Sülh Mükafatı isə Norveçdə təqdim edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar