Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Kim Çen İnlə “möhtəşəm görüş”ünün pərdəarxası məqamları


“Suriya problemi dünya üçün təhlükəyə gəlib çatıb” - tanınmış politoloq


Mənim Şimali Koreya lideri Kim Çen İnlə görüşüm möhtəşəm olacaq. Bu bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib. O bildirib ki, hazırda onunla Kim Çen İn arasında görüşlər planlaşdırılır: “Fikrimcə, möhtəşəm olacaq. Düşünürəm ki, biz böyük ehtiramla gələcəyik və nə olacağını görəcəyik”.

Şimali Koreya ilə az qala müharibə həddində olan ABŞ-ın prezidentinin birdən-birə belə bir açıqlama verməsi, Kim Çen İnə qarşı loyallaşması dünyada maraqla qarşılanmaqdadır və suallar doğurur.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat” şərhində bildirdi ki, əslində möhtəşəm görüş gözlənildiyi barədə deyilənlər siyasi gedişdir. Sadəcə olaraq Tramp qarşısındakı rəqibinə müəyyən pozitiv düşüncələri təlqin eləməyə çalışır. Diplomatiyada bu sınanmış metoddur, qarşı tərəfi yola gətirmək üçün, qarşı tərəfdə duran adamın ruhi-psixoloji vəziyyətində problemlər varsa bu metod xüsusilə vacib hesab olunur: “Görüşün baş tutacağına hələ o qədər də yüz faiz əminlik yoxdur. İkincisi, hətta bu görüş baş tutsa hansı nəticələri ola bilər? ABŞ-ın tələb etdiyi nüvə silahı və ballistik raketlərin istehsalından Şimali Koreyanın əl çəkməsidir. Şimali Koreya isə heç vaxt bu barədə öhdəlik götürməz. Xüsusən əgər nəzərə alsaq ki, onun arxasında Rusiya və Çin dayanır və hər iki ölkə Şimali Koreya kartından ABŞ-a qarşı istifadə edirlər sözügedən görüşdən pozitiv nəticələrin alınacağını söyləmək çətindir. Şimali Koreya lideri proqnoza çətin yatan adamdır və ondan tələb olunanların da yerinə yetirəcəyini qətiyyən düşünmürəm. Bəs onda ABŞ prezidenti nədən o cür bəyanat verir? ABŞ lideri görünür hesab edir ki, bəlkə Kim Çen İnlə bəlkə bu yolla qismən nəticələr əldə etmək olar. Çünki onunla təhdid dili ilə danışanda təhdidə 10 qat cavab verir”.

Politoloq hesab edir ki, ABŞ-ın Şimali Koreya ilə belə bir taktikaya keçmək istəməsinin səbəblərindən biri də ABŞ-ın çox çətin bir məqama daxil olmasıdır: “Amerikanın qarşısında duran əsas problem Rusiya ilə məsələləri çürütmək, Rusiyanı vurub Suriyadan çıxarmaq, İranı Suriyanın və İraqın ərazisindən çıxarmaq, İrana qarşı rejim dəyişikliyinə qədər gedə biləcək tədbirləri həyata keçirməkdir. Zənnimmcə ABŞ belə düşünür ki, Şimali Koreya ilə problemləri istənilən vaxt, lap 10 il sonra da həll etmək olar. Çünki mütəxəssislərin hesablamalarına görə Şimali Koreyanın elmi-texniki potensialı, əlində olan maddi imkanlar ona ən tezi 10 ilə nüvə silahına və bu silahı daşıyacaq ballistik raketlərə sahib olmağa imkan verə bilər. Üstəlik də Şimali Koreya problemi ilə məşğul olacaq başqa kifayət qədər dövlət var. Ona görə də Amerika özünü bu saat Rusiyaya və İrana qarşı mübarizəyə indeksləşdirib. Bu gün Suriya ətrafında cərəyan edən hadisələr dünya üçün kifayət qədər təhlükəli məcrada inkişaf etməkdədir. ABŞ Suriya məsələsində geri çəkilmək fikrində deyil. Bu saat Şimali Koreya məsələsi ABŞ-ın və NATO-nun planlarında ən axırıncı yerlərdən birini tutur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar