Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın İsrailə “sonsuz sevgisi“


Fərəh Nəccar

"Al-Jazeera"


ABŞ prezidenti Donald Tramp yanvar ayında vəzifəyə gəlməsindən bu yana ilk xarici səfəri çərçivəsində İsrailə təşrif gətirib, lakin tənqidçilər artıq indidən onun İsrail-Fələstin sülh sazişinə nail olacağına dair vədinə dodaq büzürlər.

Səfər çərçivəsinə İsrail baş naziri Binyamin Netanyahu və yenilənmiş sülh prosesinə dəstək verəcəyini bu ayın əvvəlində Vaşinqtonda olarkən bildirən Fələstin Muxtariyyətinin (FM) prezidenti Mahmud Abbas ilə ikitərəfli görüşlər daxildir.

Ancaq mütəxəssislər qeyd edirlər ki, İsrail dövləti üçün "əlindən gələni etməyə qərarlı olan Tramp administrasiyası"nın "sarsılmaz dəstəyi" istənilən potensial danışıqları faydasız edəcək.

Fələstin-Amerika siyasi şərhçisi Sam Bahur deyir: "ABŞ administrasiyası ABŞ və İsrail arasında strateji ittifaqa hər zaman sadiq qalaraq, sözdə sülhə dəstək verəcək və İsrailə kor-koranə dəstək verəcək".

Fələstin Araşdırmaları Vaşinqton İnstitutunun baş elmi işçisi Muin Rabbani hər hansı bir konkret planın yoxluğunu vurğulayaraq, sülh sazişi perspektivirini "buxar" kimi səciyyələndirib. "İsrail-Fələstin sülh sazişi üzrə danışıqlara dair heç bir Amerika planı yoxdur. Onun nə gələcəkdə olacağının hər hansı əlamətləri, nə də belə bir planının həqiqətən kimlərisə cəlb edəcəyi fərziyyəsi var".

1993-cü ilin Oslo sazişinin uğursuzluğundan sonra sülh sazişini canlandırmaq üçün ABŞ-ın təşəbbüsləri nəticəsiz olub və fələstinlilər müvəqqəti özünüidarəetmə ərazisini tərk edə bilməyib.

2000-ci ildə Kemp-Devid Zirvəsi zamanı ABŞ-ın sabiq prezidenti Bill Klinton, o cümlədən Fələstin qaçqınlarının qayıtması və yaşayış hüququ daxil olmaqla, Oslo sazişinin elementlərini xilas etmək məqsədilə danışıqları canlandırmaq və final statusu razılığı əldə etməyə cəhd etdi, lakin proses uğursuz oldu və işğal olunmuş Fələstində qanunsuz yəhudi məskunlaşmasının davamı və artımı ilə növbəti illərdə də sülh səyləri boğuldu.

Ekspertlərin fikrincə, əvvəlki ABŞ prezidentlərindən çox fərqli olaraq, İsraillə daha səmimi əlaqələri inkişaf etdirən Tramp, İsrailin ilkin sülh şərtlərinin ləğvi baxımından az təsirli olacaq.

"İsrail danışıqlardan yaşayış məskənlərinin genişləndirilməsi siyasətini saxlamaq üçün fasad kimi istifadə edir. Tramp administrasiyası dövründə bu siyasət davam edəcək", – deyə "ABŞ-ın Fələstin üzrə siyasəti" ("Al-Şabaka") eksperti Tariq Bakoni bildirib.

Tramp vəzifəyə gəldiyi gündən bu yana, İsrail 3 min əlavə qeyri-qanuni məskunlaşma evinin tikintisinə nail olub və 20 il ərzində ilk dəfə işğal olunmuş Qərb Şəriyədə yeni qəsəbənin inşasını elan edib.

İsraildəki mübahisəli yeni ABŞ səfiri David Fridman yaşayış məntəqələrinin güclü tərəfdarıdır.

Senatın xarici əlaqələr komitəsinin üzvləri və Amerikanın yəhudi təşkilatları arasında əhəmiyyətli boşluq əmələ gətirən Fridmanın təyinatı ABŞ-ın regionda vicdanlı vasitəçi kimi hərəkət edə bilməməsi və bunu istəməməsini vurğulayır, – analitiklər deyir.

Fridman əvvəllər ənənəvi olaraq ABŞ diplomatiyasının əsası olmuş potensial iki dövlətli həll seçənəyinə artıq şübhə bildirib və ABŞ səfirliyinin Qüdsə köçürülməsinə çağırış edib.

İsrail Qüdsün paytaxtı olduğunu iddia etsə də, şəhər üzərində onun yurisdiksiyası beynəlxalq birlikdə tanınmayıb. BMT-nin 1947-ci il Bölüşdürmə Planı çərçivəsində Qüds (Yerusəlim) beynəlxalq səviyyədə idarə olunmalıdır.

1967-ci ildə İsrail qanunsuz olaraq Qüdsün şərq hissəsini işğal edib və 1980-ci illərdə şəhərin "İsrailin əbədi və ayrılmaz paytaxtı" olduğunu təsbitləyən qanun qəbul olunub.

Sülh danışıqları üçün vasitəçi kimi fəaliyyət göstərən ABŞ-ın İsrailin həyat qabiliyyətini təmin etməkdən ötrü ona maliyyə və hərbi dəstəyi artıq çoxdan etirazlar doğurur. İsrail 1948-ci ildən, yəni yarandığı ildən ABŞ-dan ən çox xarici yardım (ümumi məcmu 233 milyard  $-dan çoxdur) almış dövlətdir.

Növbəti on il ərzində ABŞ İsrailə daha 38 milyard $ – Birləşmiş Ştatlar tarixində ən böyük xarici yardım paketi verəcək. Müqavilə ABŞ-ın sabiq prezidenti Barak Obama administrasiyası dönəmində əldə edilib.

Eyni zamanda, fələstinlilər öz son aylarda işğal edilmiş ərazilərdə Fələstin Muxtariyyətinin, müqavimət hərəkatına zidd olaraq, İsrail-FM təhlükəsizlik koordinasiyasını məhkum edirlər.

Tramp mübahisəli təhlükəsizlik koordinasiyası siyasətinin davam etdirilməsinə çalışacaq. "Onlar birlikdə gözəl işləyir", – Ağ Evdə Mahmud Abbasla birgə mətbuat konfransında o belə demişdi.

Qəzzadakı Əl-Əqsa Universiteti post-müstəmləkə ədəbiyyatı kafedrasının dosent Heydər Eyd deyir ki, İsraillə "sülh prosesi" naminə təhlükəsizlik koordinasiyası edən FM-in öhdəliyinin davamlılığı ABŞ liderliyindəki danışıqlarda bir daha gündəmə gətiriləcək.

"İsrailə hər hansı real təzyiq göstərmədən sülh danışıqları səyləri uğursuzdur. Öz müqəddəratını təyin etmək hüququ da daxil olmaqla, fələstinlilərin əsas hüquqları hazırda Tramp rəhbərliyinin gündəmində deyil. Bu iki sütun olmadan ABŞ-ın Yaxın Şərqdə rolu itir".

T.Bakoni deyir ki, Vaşinqtonun əsas məqsədi digər region ölkələri ilə İsrailin əlaqələrini gücləndirməkdir: "Bununla da ABŞ, Fələstin məsələsindən effektiv yan keçməklə, İsrail və onun qonşuları arasında daha geniş sülh əldə etmək istəyir".

"Bu yanaşma indiyə qədərki ritorika istehsal deyil, konkret olaraq İsrail-sünni ittifaqının genişləndirilməsinə əsaslanır və bunun Fələstin hüquqlarının hesabına olması üzücüdür", – deyə T.Bakoni əlavə edib.

HƏMAS hərəkatının 1967-ci il sərhədləri tanınması ilə yeni siyasi sənədinə gəlincə, H.Eyd bildirib ki, HƏMAS ilə hər hansı gələcək danışıqlar kənarda da davam bilər. "Məncə, Tramp administrasiyası HƏMAS-a dair səylərin uğurlu olacağına ümid etmir", – Bakoni deyib. (tərcümə: Strateq.az)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar