Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın Fələstin üçün yekun sülh planının gerçəkləri

Trampın “YEKUN SÜLH” planı ilə bağlı gerçəklər üzə çıxır


Bölgəni İsrailin nəzrətinə vermə planındakı əsas ölkələr və adamlar... 

Prezident Trampın “yekun sülh” (“ultimate peace”) adını verdiyi, İsraillə Fələstin arasında davamlı sülh gətirəcəyini söylədiyi planla əlaqədar Vaşinqtondakı qurumlar son düzəlişlərini edirlər. İsrail, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də bu plan üçün ABŞ-la birlikdə aktiv formada çalışırlar.

Qurulan bu koalisiyaya baxdıqda, əslində bunun sülh planı olmadığını, əksinə bölgədə bütün gücü və nəzarəti İsrailə vermək üçün hazırlanan strategiya olduğunu görürük.
Image result for Cared Kuşner və Məhəmməd bin Salman


Fotoda: Cared Kuşner və Məhəmməd bin Salman

Tramp üçün bu strategiyanın həyata keçirilməsini kürəkəni Cared Kuşner öz üzərinə götürüb. Kuşnerin Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla yaxın münasibətləri var. İsrail hakimiyyəti ilə Salman arasındakı əlaqələndirməni də Kuşner təmin edir.

İllərdir regionumuzu izləyən və İsraillə də yaxın əlaqələri olan, hazırda dövlətdə vəzifə tutmasalar da bu məsələləri çox yaxşı bilən mütəxəssislər mənə sülh planının arxasında qurulan gizli əlaqələri anlatdılar.

Əsas adam – Məhəmməd Dahlan

Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və İsrail arasında aparılan bu əməliyyatın bölgədəki kilid adamı Məhəmməd Dahlandır.

15 iyul çevriliş cəhdindən öncə FETÖ dəstəsinin liderilə də əlaqə qurmaqda və çevriliş təşəbbüsünə maliyyə yardımı etdiyindən şübhəli sayılan Dahlanın Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla və Dubayın vəliəhd-şahzadəsilə də dostluq münasibətləri var.



Fotoda: Məhəmməd Dahlan

“Əl-Fətih”in öndə gələn şəxslərindən olan Məhəmməd Dahlan, illər öncə Qəzzadan çıxarıldıqdan sonra BƏƏ-yə qaçıb, Dubayın vəliəhd-şahzadəsinin müşaviri olub. Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanla da dostluq münasibətləri qurub.

Kilid ölkə – Misir

Səudiyyə Ərəbistanı ilə BƏƏ Misirlə əməkdaşlıq edərək, HƏMAS-a qarşı əməliyyat keçiriblər.

Mənbələrimin dediyinə görə, prezident Trampın seçilməsinin həmən ardından çıxdığı və açılışını ənənəvi döyüş rəqsi ilə etdiyi ziyarətindən sonra Qətərə qarşı elan edilən embarqonun ən önəmli məqsədi, İsrailin istədiyi kimi, HƏMAS-ı zəiflətmək olub. Qətərə qoyulan embarqonun səbəbləri arasında onun HƏMAS-a verdiyi dəstək də yer alırdı. Bunu Səudiyyə Ərəbistanı üzərindən İsrailin xüsusilə təkid etdiyi deyilir.

Qətər HƏMAS-a etdiyi maliyyə yardımını kəsilmiş deyiləcək qədər azaltdı. İsrailin Qəzzaya təzyiqləri davam etdiyi vaxt Qətərdən gələn yardımların da azalması HƏMAS rəhbərliyini çox çətin vəziyyətə saldı. Məhz bu mərhələdə Dahlan dövrəyə girərək, Misirin yardımçı ola biləcəyini söylədi. Dahlan daha öncə Sisi ilə anlaşmış və HƏMAS-ı, İsrailin istədiyi kimi, Misirin əlinə buraxmışdı.

İsrail o dövrdə Qəzzaya verdiyi elektriki də kəsmişdi. Dahlan yenə, planlandığı kimi, dövrəyə girərək, bölgəyə Misirin elektrik verməsini təmin etdi. Bütün bu əməliyyat Fələstin üzərində İrailin tam təsirini təmin etməyə yönəlik idi və beləliklə, HƏMAS Səudiyyə Ərəbistanı, BƏƏ və İsraillə birgə işləyən Misir tərəfindən nəzarət altına alınırdı. ABŞ bu hadisələrdən sonra öz səfirliyini Qüdsə daşıdı.

Şərqi Aralıq dənizinə təsiri

 

Devid Satterfild

Bütün bu prosesi mənə izah edənlər əməliyyatın Şərqi Aralıq dənizindəki enerji ehtiyatları ilə bağlı tərəfinin olduğunu da söyləyiblər.

İsrailin öz sahəsindən çıxaracağı maye təbii qazı Yunanıstan üzərindən Avropaya göndərəcəyi haqqında verdiyi açıqlamanın doğru olmadığını, bunun sadəcə Türkiyəni narahat etmək üçün verildiyini söyləyən mənbələr, İsrailin qazı Misirdəki qaz emalı zavodlarında işləyərək, gəmilərlə Avropaya daşımağı planlaşdırdığını bildirirlər.

Bu anlaşmanın əldə edilməsində Türkiyəyə səfir təyin edilməsi gözlənilən ABŞ Xarici İşlər Nazirliyinin Yaxın Şərq şöbəsinin müdiri Devid Satterfildin böyük rolunun olduğu da söylənilir.

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 03 iyul 2018-ci il


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar